employment.az employment.az

Dərc olunma tarixi

29.07.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 1484

Oxunma müddəti

clock 5 dəq

Kəşf Etməyi Sevənlər Üçün 12 Fərqli Veb Sayt

 

Kəşf Etməyi Sevənlər Üçün 12 Fərqli Veb Sayt

 

1. freerice.com- Sayta daxil olursunuz və sayt sizə ingilis dilində sözlər təqdim edir. Sizin ingilis dilində bildiyiniz hər söz düyü şəklində saytda qeyd olunur və ehtiyacı olan ölkələrə düyü göndərilir.

 

 

2. wetransfer.com- 2Gb-a qədər olan faylları başqalarına göndərə biləcəyiniz bir saytdır.

 

 

3. librivox.org- Bir çox kitabların səsli formasını dinləyə biləcəyiniz bir saytdır.

 

 

4. remove.bg- Siz, sayt vasitəsi ilə şəkillərdə olan arxa fonu çox rahat şəkildə silə bilərsiniz. Əgər fotoşopla da arxa fonu silmək sizə çox çətin gəlirsə, bu sayt bir neçə saniyəyə sizin işinizi görəcək.

 

5. what-song.com- İzlədiyiniz bir serial yaxud filmdəki mahnını tapmaq istəyirsiniz? Bu sayt sizin üçündür. Sayt vasitəsi ilə izlədiyiniz film və seriallarda istifadə olunan mahnıları rahatlıqla tapmaq mümkündür.

 

 

6. draw.io- Sayt vasitəsi ilə istədiyiniz formada qrafiklər, fərqli fiqurlar çəkə bilərsiniz.

 

7. alternativeto.net- Sayt, sizə sevdiyiniz hər hansı bir proqrama alternativ proqramlar təklif edir.

 

8. thripy.com- Dünyanın müxtəlif yerlərindən və fərqli şəhərlərdən 4K keyfiyyətli videoları bir araya gətirir və internetdə gözdən keçirmənizə imkan verən bir saytdır.

 

9. flightradar24.com- Dünyadakı bütün təyyarələrin indi harda olduqlarını, gəliş və gedişlərini canlı xəritədə izləyə biləcəyiniz bir saytdır.

 

10. pushbullet.com- Qeyd etdiyim sayt telefonunuza gələn bildirişləri kompüterinizin ekranında görməyə imkan verir.

 

11. whichbook.net- Bir çox insan xəyallarında yaşadıqları romanı oxumaq istəyirlər, amma hələ belə bir kitabla rastlaşmamışlar. Kitabın sonunu özümüz təyin etmişik kimi bəzi xüsusiyyətlər təqdim edən sayt, istifadəçilərə fərqli axtarış üsulları təklif edir. Məsələn, siz bir romanın xoşbəxt və sürprizsiz bitməsini istəyirsinizsə, bu kriteriyalara uyğun axtarış edərək kitablar tapa bilərsiniz.

 

 

12. remove-vocals.com-  Bu sayt adından da göründüyü kimi, mahnılardan sözləri silmək üçündür. Mahnını karaoke oxumaq üçün sözləri çıxarmaq və mahnının ancaq musiqisini saxlamaq lazımdırsa bu sayt sizin üçündür. 

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    113

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?