employment.az employment.az

Dərc olunma tarixi

02.08.2021 Filmlər

Baxış sayı

eye 1745

Oxunma müddəti

clock 12 dəq

Dahilərin Həyat Hekayələrindən Bəhs Edən 10 Film

Dahilərin həyatını və uğur hekayələrini izah edən filmlər həmişə ilhamverici olub. Bugün sizlərlə dahilərin həyat hekayələrindən bəhs edən 10 filmi bölüşmək istəyirəm.

 

1) Mr. Turner (2014)

 IMDb: 6,8

Usta rejissor Mike Leigh, İngilis rəssamlığının məşhur adlarından biri olan J.M.W. Turnerin həyat hekayəsini izah edir. 19-cu əsrin ən çox sevilən rəssamlarından olan Turnerin həyatının son 25 ilində yaşadığı təcrübələri, sənətinin məzmununu, ictimai mühitini və şəxsi həyatını araşdıran və sizlərlə bölüşən bir film.

 

2) Pi (1998)

IMDb: 7,4

Riyazi bir dahi olan Max, problemli bir şəxsiyyətə malikdir və bəlkə də insan həyatının ən əhəmiyyətli kəşfinə çatmaq üzrədir. Son on il ərzində təbiətin rəqəmsal bir kodlaşdırma sisteminə sahib olduğunu kəşf etdi, lakin bunu həll edə bilmədi. Hər şey, onu tək bir nəticəyə aparır. Əldə etdiyi nəticə, onu daha böyük bir xaosa aparır və bununla yanaşı problemin mərkəzi olaraq özünü göstərir. Bəlkə də insanlar onun tapdığı sirrə görə hətta bir-birlərini öldürəcəklər. Bunu hamıdan gizlətməlidir. Lakin Max, zəncirin ilk halqası olan kodu sındıraraq bu riski ortadan qaldırmağa qərar verir.

 

3) Gifted (2017)

IMDb: 7,6

Frank Adler (Chris Evans) 7 yaşlı bacısı qızı Mary ilə (Mckenna Grace) Floridada yaşayır. Mary gənc olmasına baxmayaraq inanılmaz bir riyaziyyat istedadına malikdir və normal şərtlər altında xüsusi məktəbə getmək əvəzinə Frankın təkidi ilə dövlət məktəbinə gedir. Mary-nin anası da qızı kimi riyaziyyat aşiqi olub. Belə ki, o, Millennium problemlərindən Navier-Stokes problemini həll etmək üçün varını yoxunu ortaya qoyur, lakin qızı 6 aylıq olanda intihar etmişdi. Və belə ki, Frank kiçik qızın normal uşaqlıq keçirməsi üçün əlindən gələni etməyə hazırdır. Bir gün Frankın anası, eyni zamanda Mary-nin nənəsi olan Evelyn (Lindsay Duncan) gəlir. Kiçik qızın istedadlı olduğunu bilən qadın, uşağıN himayəsinə götürülməsi və onun bilik səviyyəsinə uyğun bir məktəbə göndərilməsində israrlı davranır. Frank, Mary-nin özəl bir məktəbə getməsini qəbul edir, lakin Mary-nin məktəbdə anasının himayəsi altında olduğunu öyrənəndə, ev sahibi Roberta (Octavia Spencer) və müəllimi Bonnie (Jenny Slate) ilə qızını almaq üçün əlindən gələni etməyə qərar verir.

 

4) Social Network (2010)

IMDb: 7,7

Film Facebook-un qurucusu Mark Zuckerbergin həyat hekayəsini və məşhur sosial şəbəkə saytının qurulma mərhələlərini izah edir.

 

5) The Theory of Everything (2014)

IMDb: 7,7

Məşhur İngilis fizik və alim Stephen Hawkingin karyerasının ilk illərinə, fiziki qabiliyyətini tədricən azaldan ALS xəstəliyinin mərhələlərinə və ilk həyat yoldaşı Jane Wilde  ilə əlaqəsinini xüsusilə vurğulayan “The Theory of Everything” filmi bir çoxlarının sevgisini qazanaraq film dünyasının ən əhəmiyyətli filmlərindən birinə çevrilməyi bacardı. Xüsusilə Eddie Redmaynein inanılmaz Hawking performansı tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi.

 

6) Rain Man (1988)

IMDb: 8,0

Atasının ölümündən sonra Charlie böyük bir mirasdan faydalanacağı ilə bağlı bir çox xəyallar qurur. Ancaq atası bütün sərvətini Charlie'nin varlığından xəbərdar olmadığı dahi böyük qardaşı Raymond üçün bağışladı. Raymondu qaçıraraq onu digər ölkəyə səyahətə aparan Charlie, böyük qardaşının həyatı üçün təhlükə yaradan vərdişlərindən narahat olur, eyni zamanda, qardaşının riyazi və yaddaş qabiliyyətlərinə heyrətlənir. Film 1989-cu ildə 4 kateqoriya üzrə "Oskar", "Qızıl qlobus" və Berlin kinofestivalının "Qızıl ayı" mükafatlarına layiq görülmüşdür. Charlie rolunu oynayan Tom Cruise idi.

 

7) A Beautiful Mind (2002)

IMDb: 8,2

Film məşhur riyaziyyatçı John Forbes Nash Jr. haqqında çəkilmişdir. Gənc yaşında riyaziyyat sahəsində inkişaf etdirdiyi bilikləri sayəsində dünyanın bir nömrəli alimi adını alır. Lakin qısa müddət içərisində eqoizmi və özünə olan həddindən artıq etibarı nəticəsində psixoloji problemləri yaranır. Film 2002-ci ildə çəkilib, ABŞ istehsalıdır.

 

8) Amadeus (1984)

IMDb: 8,3

Musiqidə fitri istedada sahib olan Amadeus Mozart və Antonio Salieri’nin münasibətlərinə həsr olunmuş bir filmdir. Film, həyatı və musiqisi əks qütblərdə hərəkət edən Mozartın yaşadıqlarından bəhs edir.

 

9) Good Will Hunting  (1997)

IMDb: 8,3

Will bir universitetdə qapıçı işləyən ağıllı bir gəncdir. Will heç cür küçə döyüşlərindən əl çəkə bilməz və sonunda başı dərdə girər. Həbsə düşmək üzrə olan Willi xilas edə biləcək yeganə insan, Willin bacarıqlarını kəşf edən və məktəbin professorlarından olan Sean McGuire-dir.

 

10) The Walk (2015)

IMDb: 7,5

Rejissoru Robert Zemeckis olan film dünya şöhrətli fransız kəndirbaz Philippe Petit-in həyatı haqqında çəkilmişdir. Əkiz qüllələrin arasında kəndirdə yeriməyi planlayan kəndirbazın həyəcanı, riski və nailiyyətindən bəhs olunur.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
İzləyə Biləcəyiniz 5 Film

07.03.2021

Filmlər

Həftə sonları izləyə biləcəyiniz 5 film listəsini sizinlə paylaşırıq

paper-1-img
Motivasiya Edici 5 Film

01.04.2021

Filmlər

Hər birimizə məlum olduğu kimi, uğura doğru addımlayarkən motivasiya ən başlıca tələblərdən biridir. Bu gün sizlərlə motivasiyanızı yüksəldəcək 5 filmdən bəhs edəcəyik.

paper-1-img
Dahilərin Həyat Hekayələrindən Bəhs Edən 10 Film

02.08.2021

Filmlər

Dahilərin həyatını və uğur hekayələrini izah edən filmlər həmişə ilhamverici olub. Bu gün sizlərlə dahilərin həyat hekayələrindən bəhs edən 10 filmi bölüşmək istəyirəm.