Kaizen.az - Ödənişsiz Sertifikat Əldə Edə Biləcəyiniz 4 E-Təhsil Platforması

Ödənişsiz Sertifikat Əldə Edə Biləcəyiniz 4 E-Təhsil Platforması

 


1. futurelearn.com- 2012-ci ilin dekabr ayından fəaliyyətə başlayan bu sayt, 12 universitetin iş birliyi ilə qurulmuş, ödənişsiz kurs keçən təhsil portallarından biridir. 2020-ci ilin fevral ayında verilən  məlumatına görə saytda 10.0 milyondan çox istifadəçi qeydiyyatdan keçmişdir. FutureLearn istifadəçilərə mühəndislik, kompüter elmləri, hüquq, tibb, biologiya, sosial elmlər, riyaziyyat və başqa sahələrdə kurslar təklif edir. Kurslar dünyanın məşhur universitetləri tərəfindən təqdim edilir. Saytda qeydiyyatdan keçdiyiniz zaman, sizə xatırlatma, dərs mövzuları və dərs keçən müəllimlərin siyahısını özündə birləşdirən bir e-mail göndərilir. Kurslar, əvvəldən hazırlanmış və həftələrə bölünmüş şəkildə sizə təqdim olunur. Və belə ki, siz dərslərə online və ya offline qatıla bilər, Pdf və video şəklində olan dərsləri yükləyib, o dərs haqqında şərh yaza, müəllimlərə e-mail vasitəsi ilə suallarınızı verə bilərsiniz.


2. udemy.com- 2007 -ci ildə Udemy qurucusu Eren Bali, Türkiyədə yaşayarkən virtual sinif üçün bir proqram hazırladı. Daha sonra bu layihəsini genişlədərək, 2010 -cu ilin əvvəlində  Oktay Çağlar və Gagan Biyani ilə birlikdə udemy..com saytını qurdular. Udemy, 40 milyondan çox tələbə, 35.000 müəllim və 80.000-dən çox kursu olan ən yaxşı onlayn təhsil platformalarından biridir. Udemy təhsil platformunda 150.000’dən çox təhsil paketi var və belə ki, bu say gündən-günə çoxalmaqdadır. Sayt akademik dərsləri, dil, mahnı, sənət, sağlıq və idman, texnologiya, programlama və daha bir çox kateqoriyaları əhatə edən effektiv e-təhsil platformalarından biridir. Udemy saytından kurslar həm ödənişli, həm də ödənişsiz şəkildə olur. Kursları bitirdikdən dərhal sonra artıq sertifikatınızı əldə edə biləcəksiniz.

3. bilgeis.net- Bilgeİş, Orta Doğu Texniki Universiteti tərəfindən hazırlanan, müxtəlif mövzuları özündə birləşdirən 100 pulsuz, effektiv kursu ehtiva edən bir öyrənmə portalıdır. Kursları bitirən hər kəsə ODTÜ rektorunun imzası ilə iştirak sertifikatı verilir. Bilgeİş üçün hazırlanan kurslar hər kəs üçün açıq və tamamilə ödənişsizdir. Bilgeİş kursları ümumiyyətlə 1-2 saat ərzində tamamlanacaq şəkildə hazırlanır. Bununla birlikdə, kursun tamamlanma müddəti mühazirə, ev tapşırığının hazırlanması, ev tapşırıqlarının qiymətləndirilməsi və hər dərs üçün dəyişən məşqlər kimi fərqli kurs komponentlərinə görə dəyişə bilər. Bu bölmələri fərqli vaxtlarda və fərqli formalarda öz vaxt planınıza uyğun olaraq tamamlaya bilərsiniz.


4. iienstitu.com- 2012 -ci ildə əsası qurulan İstanbul İşletme İnstitu, tələbələrə yeni bir perspektiv qazanmaq və peşə bacarıqlarını artırmaq üçün onlayn təhsil imkanları təqdim edir. 2020 -ci ildə 1,5 milyondan çox şəxsə təhsil verən İstanbul İşletme İnstitutunda həm ödənişli, həm də ödənişsiz təlimlər var. İienstitu.com saytındakı müvafiq onlayn təhsil saytına daxil olaraq pulsuz qeydiyyatdan keçərək kurslara başlaya bilərsiniz. Saytda ödənişli təlimlərin qiymətləri 19 ilə 600 TL arasında dəyişir. Saytda stressin idarə edilməsi, blog yazmaq, effektiv satış texnikaları, Facebook və İnstagram reklamları və bu kimi mövzuları əhatə edən xeyli pulsuz sertifikat əldə edə biləcəyiniz təlimlər mövcuddur.

0 Rəy

Şərh yazmaq üçün daxil olun