employment.az employment.az

Dərc olunma tarixi

07.09.2021 Filmlər

Baxış sayı

eye 1719

Oxunma müddəti

clock 4 dəq

Motivasiya Edici 4 Animasiya Filmi

Bu gün sizlərlə motivasiya edici animasiya filmlərini bölüşmək istəyirəm. Digər filmlərdən fərqli olaraq bir çox şəxsə görə animasiya filmləri ayrı bir maraqlı və mənalı olur. Aşağıda yararlanmağınız üçün 4 motivasiya edici və bir o qədər maraqlı animasiya filmini qeyd etmişəm.

 

1. Coco- 2018-ci il Oscar mükafatını alan Coco animasiya filmi Miguel' in ölülər diyarındakı macərasından bəhs edir. Belə ki filmin konsepsiyası Ölülər Günü adlanan Meksika bayramına əsaslanır. Gitarist olmaq istəyən 12 yaşındakı Miguel ailəsinin təzyiqinə baxmaraq gitarist olmaq üçün əlindən gələni etməyə hazırdır. 12 yaşlı Migelin ən böyük qəhrəmanı əfsanəvi meksikalı gitarist Ernesto de la Cruzdur. Ancaq Cruz dünyasını dəyişib və Migelin onunla görüşmək şansı yoxdur. Hər gün mahnılarını dinləyən Miguel bir gün məşhur musiqiçinin gitarasını tapır. Ancaq gitara çalması onu Ölülər aləminə aparır. Çıxış yolu axtaran Miguel, yaramaz Hector ilə qarşılaşır və birlikdə Miguelin ailə tarixinin əsl hekayəsini kəşf etmək üçün qeyri-adi bir səyahətə çıxırlar ... Film; animasiyası, səsli aktyorluğu, musiqisi, mahnıları, emosional hekayəsi və Meksika mədəniyyətinə hörmətinə görə müsbət rəylər qatmaqla qalmayıb o cümlədən, eyni zamanda bir çox mükafat qazandı, National Review Board tərəfindən 2017 -ci ilin ən yaxşı cizgi filmi seçildi və Critics 'Choice Film Award və Annie mükafatına Ən Yaxşı Cizgi Filmi üçün namizəd oldu. Həmçinin 75 -ci Qızıl Qlobus Mükafatında Ən Yaxşı Cizgi Filmi və Ən Yaxşı Orijinal Mahnı ("Xatırla məni") nominasiyasına da layiq görüldü.

 

2. Happy Feets - Təxminən 42 milyon gəlir əldə edən bu film Antarktidada yaşayan digər pinqvinlərdən fərqli olduğu üçün həmişə uzaqlaşdırılan Mumble'in macərasından və onun uğurundan bəhs edir. Belə ki, animasiyada pinqvinlər musiqi vasitəsiylə özlərinə yoldaş tapırlar. Səsi bərbad olan Mumble isə özünə yoldaş tapmaqda çətinlik çəkir . Mumblenin anası Norma Jean bu istedadı çox sevimli hesab edərkən atası Memphis onun pinqvin olmadığını düşünür. Uşaqlıqdan hamıdan fərqlənən Mumble -nin ən yaxın dostu isə Gloriadir, hansı ki Gloria ətrafındakı ən yaxşı səsi olan pinqvindir. İmperator Pinqvin bu vəziyyətlərə görə Mumble'yı cəmiyyətdən kənarlaşdırır. Evindən uzaqlaşmaq məcburiyyətində olan Mumble tamamilə fərqli ruhlu pinqvinlərlə tanış olur və yeni həyat hekayəsi başlayır. Happy Feet animasiya filmi 2007 -ci ilin Oskar Mükafatında İlin Ən Yaxşı Animasiyası mükafatını almişdır.

 

3. Zootopia- 2016-cı ildə "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş 3D animasiya filmi. Cizgi filmi Disneyin 55-ci bədii filmidir. Sirr, cinayət, macəra, komediya və ailə janrındadır. Zootopia heyvanların bir arada yaşadığı böyük bir şəhərdir. Səndən polis olmaz demələrinə baxmayaraq polis olmaq xəyalı ilə yaşayan Judy Hopps Zootopia'ya gəldiyində böyük və vəhşi heyvanların olduğu bir yerdə polis olmağın heç də asan olmadığını anlayır. Filmin əsas məzmununda: polis olmaq istəyən bir dovşanın xəyallarının arxasınca getməsini və xəyalına çatdıqdan sonra uğradığı xəyal qırıqlığını, amma buna baxmayaraq, işini etmək üçün əlindən gələni etdiyini görürük.

 

4. Ratatouille- Ratatouille 2007-ci ildə "Pixar" studiyası tərəfindən istehsal olunmuş animasiya filmidir. Bu filmdə siçovul Ramy və siçovul ailəsinin yaşadığı hadisələr izah edilir. Belə ki, Ramy adlı bir siçovul, bütün ailəsinin qarşı çıxmasına və imkansız demələrinə baxmayaraq, məşhur bir Fransız aşbazı olmağı xəyal edir. Xəyal gücünə arxalanan şef Qusto pərəstişkarı Ramy, yer üzünə çıxır və özünü Şef "Qusto"nun restoranının qarşısında tapır. Bu restorana girir və Linquinin səhvən qarışıq etdiyi şorbanı düzəldir və Linquinin onu fərqinə varınca qaçır. Gənc Ramynin arxasından qaçır, ancaq onu tuta bilmir. Siçovul uşağa kömək etməyə qərar verir və macəra başlayır. Daha sonra siçovulun köməyi ilə gənc məşhur bir şef olur. Amma bir müddət sonra əsl şefin siçovul olduğu ortaya çıxır... Cizgi filmi "ən yaxşı animasiya filmi" nominasiyası üzrə Oskar, Qızıl qlobus, BAFTA, Qremmi və d. mükafatlara layiq görülmüşdür. Ratatouille daha sonra BBC tərəfindən 2016 -cı ildə keçirilən sorğuda 21 -ci əsrin  ən maraqlı 100 filmindən biri seçildi.

heart save

Amil Rustamli

20.09.2023

Ssenarisi və fəlsəfəsi ilə "Inside Out" animasiya filmi də bu siyahının ilk sıralarında olmağı haqq edir, məncə. Məqalə üçün təşəkkürlər, maraqlıdır hər biri. :)

Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
İzləyə Biləcəyiniz 5 Film

07.03.2021

Filmlər

Həftə sonları izləyə biləcəyiniz 5 film listəsini sizinlə paylaşırıq

paper-1-img
Motivasiya Edici 5 Film

01.04.2021

Filmlər

Hər birimizə məlum olduğu kimi, uğura doğru addımlayarkən motivasiya ən başlıca tələblərdən biridir. Bu gün sizlərlə motivasiyanızı yüksəldəcək 5 filmdən bəhs edəcəyik.

paper-1-img
Dahilərin Həyat Hekayələrindən Bəhs Edən 10 Film

02.08.2021

Filmlər

Dahilərin həyatını və uğur hekayələrini izah edən filmlər həmişə ilhamverici olub. Bu gün sizlərlə dahilərin həyat hekayələrindən bəhs edən 10 filmi bölüşmək istəyirəm.