-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
149
Dərc olunma tarixi
17.09.2021 HekayələrBaxış sayı
2286Oxunma müddəti
4 dəq
Phil Knight, idman ayaqqabısı dedikdə ağla gələn ilk markalardan birinin qurucusudur. Məşhur dünya brendi olan Nike şirkətini qurmaq onun üçün heç də asan deyildi. Onun cəmi 50 dollar və xəyalları var idi. Belə ki, 1962 -ci ildə Stanford Business School’da bir tapşırıq hazırlayarkən, birdən ağlına Yaponiyadan ayaqqabı idxal etmək fikri gəldi. Məktəbi bitirdikdən sonra atasına fikrinin heç də pis olmadığını inandırmağa çalışdı. Onun üçün macəra Yaponiyaya getdikdən sonra başladı. Qaçış ayaqqabıları istehsal edən “Onitsuka” şirkətinə getdi və tamamilə özünün xəyal etdiyi “Blue Ribbon" şirkəti adına çalışdığını söylədi və istədiyini aldı! Çətin və bir o qədər də inandırıcı bir çıxışdan sonra Onitsuka Phil Knight -ın uydurma şirkətinə ABŞ bazarı üçün distribyutorluq hüququ verdi.
Ancaq bunun müqabilində Knightın 50 dollara ehtiyacı var idi. O, razı saldığı atasından 50 dollar istədi. Nike artıq macəra üçün hazır idi. 1964 -cü ildə Onitsukadan gözlədiyi ilk ayaqqabı gəldi. Knight ayaqqabılarını ilk olaraq qaçış məşqçisi olan Bill Bowermana göndərdi. Yeganə ümidi, Bowermanın komandası üçün bir neçə ayaqqabı alması idi. Daha da yaxşısı oldu!
Bill Bowerman bu xəyali şirkətin ortağı oldu. Və nəhayətində bu xəyali şirkət də gerçək olmuşdu. Artıq şirkətin 1966 -cı ildə pərakəndə satış edə biləcəyi bir dükanı var. Phil Knight, qərb sahilindəki hər bir qaçış qruplarına çatmaq istəyirdi. Satış strategiyası sadə, lakin təsirli idi. Ayaqqabıları çox sürətlə satılırdı. Satışlar artırdı, 1966 -cı ili 84 min dollar satışla yekunlaşdırmışdı. Məhz bu prosesdə o, əzəli rəqibi Adidas ilə tanışdı və gözlənilən yarış artıq başladı. 1968 -ci ilə qədər hər şey yaxşı idi. Ancaq Onitsuka yeni bir razılaşma üçün Phil Knight ilə görüşmək istədi. Phil Knight 5 illik müqavilə üçün qollarını yuvarlamışdı, lakin onlardan 3 illik müqavilə üçün razılıq ala bildi. Və bu Knight üçün dönüş nöqtəsi idi. Phil Knight, Nike markasını Onitsuka'ya alternativ olaraq yaratdı. Nəhayət Onitsuka ilə yollarını ayırmaq və öz qanadları ilə uçmaq qərarına gəldi. Satışlar Nike markası altında yaxşı gedirdi, amma digər tərəfdən təchizatçısı Onitsuka ilə problem yaşayırdı və öz yolunu təyin etməyə qərar verməli idi.
Bəzi çətinliklərlə üzləşdi, amma heç vaxt təslim olmayıb, əsl döyüşçü kimi mübarizə apardı. Artıq 1974-cü ilin sonunda satışlar 8 milyon dollara çatdı. 1974 -cü ildə Phil Knight üzləşdiyi bütün maddi çətinliklərə baxmayaraq ayaqda qalmağa davam etdi. Eyni zamanda, Onitsuka ilə yollarını ayırarkən tədarükçü çətinliyi yaşayırdı. Bütün maliyyə problemləri aradan qaldırıldıqdan sonra Phil necə bir marka yaratmaq istədiyinə fokuslanmışdır. Qətiliklə markanın böyük və güclü, eyni zamanda gəlirli, yenilikçi və səmərəli olmasını istəyirdi.
O zaman idman ayaqqabısı tək idmançıların geyindiyi bir məhsul deyil, həm də insanların gündəlik həyatda istifadə edə biləcəyi bir məhsul olmalı idi. Phil markasını bu istiqamətdə hazırlamalı idi. 1976 -cı ili gəldiyində artıq Nike ayaqqabıları təkcə idmançılar tərəfindən deyil, hamı tərəfindən bəyənilirdi. Satış inanılmaz idi.
Belə ki, Phil'in qurduğu Nike şirkəti hələ də öz hakimiyyətini saxlamağı bacarır.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14907.03.2021
Hekayələr
07.03.2021
Hekayələr
07.03.2021
Hekayələr