employment.az employment.az

Dərc olunma tarixi

16.11.2021 Hekayələr

Baxış sayı

eye 1382

Oxunma müddəti

clock 6 dəq

Fərqli Hekayəsi Olan 5 Məşhur Şirkət

Müvəffəqiyyət əldə etmək çətin və çox zövqlü olan bir prosesdir. Şirkətlər, insanlar qarşılarına müəyyən məqsədlər qoyur və bu məqsədlərə nail olmaq üçün illərlə çalışırlar. Uğur prosesi hər bir şəxs və biznes üçün fərqli və dəyişkəndir. Onlar, məqsədlərinə çatmaq üçün çoxlu yeni ideyalar hazırlayır və riskə gedirlər. Alınan risklər nəticəsində bir çox marka daimi yerini qazandığı təqdirdə, bir çox marka uğursuzluqla üzləşə bilir. Məqsədlərinə nail ola bilmiş bəzi məşhur brendlər də var ki, uğursuzluqlarına baxmayaraq, onlardan ilham alacağımız hekayəsi var.

    Gəlin, maraqlı hekayəsi olan dünyaca məşhur 4 şirkətlə tanış olaq. Bunlar; Walt Disney, Fred Smith “FedEx”, Google və Honda bütün dünya tərəfindən tanınan uğurlu brendlərin yaxşı nümunələridir. Hamısı yaşadıqlarına rəğmən təslim olmayaraq, sahib olduqları inamı heç vaxt itirmədən nəhayət qazandıqları uğur səyahətinə çıxdılar. Elədirsə, bu 4 dünyaca məşhur brendi daha yaxından tanıyaq.

 

Walt Disney

 

Demək olar ki, Walt Disney haqqında eşitməyən yoxdur. Şirkət, bütün dünyada hər kəsin sevgisini və etibarını qazanmış bir markadır. İlk dəfə 1921-ci ildə Kansan City’də animasiya şirkəti olaraq qurulan Walt Disney, New York’dakı bir distribütor şirkəti ilə müqavilə bağladı. Karikaturaların bu şirkətə göndəriləcəyi və 6 ayın sonunda ödəniş alacağı ilə bağlı razılıq əldə olundu. Lakin, şirkət son anda fikrini dəyişdi. Beləliklə, Walt Disney icarə haqqını ödəyə bilmədiyi üçün firmasını bağlamalı oldu. Daha sonra Walt Disney Mickey Mouse ideyasını inkişaf etdirdi və MGM studiyaları ilə müqavilə bağlamağa çalışdı, lakin şirkət rəsmiləri bunun uğursuz bir ideya olduğunu bildirdilər. Ancaq, məlum olduğu kimi, sonrakı illərdə Walt Disney böyük uğur qazanıb, hər kəsin sevimlisinə çevrildi.

 

Google

 

Google, hazırkı uğurunu bilən hər kəs üçün hekayələri çox maraqlı olan 4 şirkətdən biridir. Lakin, çox şəxs Google şirkətinin də vaxtı ilə uğursuzluqlarla qarşılaşdığından xəbərsizdir. Keçmişə qayıtsaq, Google-un özünü sübut etdiyini göstərən heç bir iş modeli yox idi. Google ciddi problem içində olan və qazanc əldə edə bilməyən bir iş kimi görünürdü. Zamanla Google müxtəlif biznes modellərini inkişaf etdirməyə başladı. Bunlar; Müəssisələrə axtarış alətləri satmaq, texnologiyasını digər axtarış motoru bizneslərinə tanıtmaq və satmaqla qazanc əldə etməyə başladı. Şirkətin ən böyük biznes modellərindən biri olan Google Adwords proqramı onun uğurunda əsas amildir. Bu proqram vasitəsilə qurumlar Google.com-da reklamlar yaratmağa başladılar. Bu reklam vasitəsi sayəsində Google 2008-ci ildə 21 milyard dollar qazanmağı bacardı və tarixin yaddaşına həkk oldu.

 

Fred Smith "FedEx"

 

Yale Universitetində ev tapşırığı olaraq, Fred Smith, ABŞ-da malların daşınması prosesi haqqında məqalə yazmalı idi. O, logistika sektorunda nəqliyyat vasitələri ilə ABŞ daxilində böyük əşyaların daşınmasında əskikliyin olduğunu müəyyən etdi. Fred Smith daha təsirli olacağına inandığı bir prosedur haqqında düşündü. Tapşırıq olaraq, kiçik və qiymətli bağlamaları təyyarə ilə daşıyacaq bir qurumun olmasının daha yaxşı olacağını izah edən yeni məqalə yazdı. Lakin, təfərrüatları tam açıqlamadığı üçün çox da yüksək bal ala bilmədi. Amma, Fred Smith, fikrindən dönmədi. O, 1971-ci ildə FedEx şirkətini qurdu, lakin üç ildən sonra iflas etdi. Bir çox insan bu mərhələdə şirkəti bağlamağı seçsə də, Fred Smith etmədi, cəsarətli addımlar atmağı seçdi. Belə ki, şirkət qısa müddət ərzində xeyli qazanc əldə edə bildi. FedEx bu gün dünya miqyasında tanınan nəhəng bir brend olmağı bacardı.

Honda

 

 

Məqalə fərqli hekayəsi olan 4 şirkətdən sonuncusu olan Honda uğuru ilə unudulmazlar arasındadır. Soichiro Honda hekayəsinə qarajda işləyən mexanik kimi başlayır. Onun ən əsas vəzifəsi yarış avtomobillərini yarışlara hazırlamaq üçün lazımi tədbirləri görmək idi. Soichiro Honda 1937-ci ildə piston haqlaları istehsal edən Tokai Seiki adlı bir şirkət qurdu. Bu biznes, Toyota ilə piston haqlalarının tədarükü ilə bağlı müqavilə imzaladı. Lakin məhsulların keyfiyyəti yetərincə olmadığı üçün Toyota qısa müddət sonra müqaviləni bitirdi. Honda gələcək dövrdə Toyota-nın gözləntilərini qarşılayacaq prosesi inkişaf etdirmək üçün araşdırma apardı. Bir müddət sonra Honda Toyota-nın gözləntilərinə uyğun piston halqaları istehsal etməyi bacardı. Uğur uğuru gətirdi, Toyota bu biznesdə 40% pay aldı. Lakin, təəssüf ki, şirkət, başqa bir uğursuzluğa düçar oldu. Tokai Seiki-nin fabriki bomba partlaması nəticəsində xeyli zərərlə üzləşdi. Honda, şirkətin istifadəyə yararlı qalıqlarını Toyotaya satdı və 172 kvadratmetr sahədə cəmi 12 nəfərlə işləməyə başladı. Şirkət, Tohatsu mühərriklərini təqlid edərək motorlu velosipedlərin istehsalına başladı. Bundan sonra Honda mühərriki sürətlə böyüməyə başladı. 1964-cü ildə dünyaca məşhur motosiklet istehsalçısı kimi tanınmağa başladı. Honda bununla kifayətlənməyərək pikap və minik avtomobilləri istehsal etməyə başladı. Günümüzə baxdığımızda artıq Honda, Toyota ilə rəqabət aparan bir markadır.


Məlum məsələdir ki, uğur qazanmaq uzun bir prosesdir. Bu şirkətlər uğur qazanmaq üçün uzun illər çalışıblar. Amma onların hamısının ortaq bir cəhəti var. Qarşılarına məqsəd qoymaq və heç vaxt təslim olmamaq.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
Mauricio Estrella’nın Uğur Hekayəsi

07.03.2021

Hekayələr

Bir şifrə onun həyatını necə dəyişdirdi? Gəlin komputer şifrəsi ilə həyatı dəyişən qrafik dizayner Mauricio Estrella’nın uğur hekayəsi ilə tanış olaq.

paper-1-img
Mağaza Bağlanır

07.03.2021

Hekayələr

Mehmet Koçoğlu qalan məhsullarını satmaq üçün asdığı "mağaza bağlanır" elanını yeni bir biznes modelinə çevirdi.

paper-1-img
Gates Fondu

07.03.2021

Hekayələr

Bill Gates və Melinda Gates ailə həyatı qurmadan öncə sərvətlərinin 95 faizini yardıma yatıracaqlarını bildirmişdilər.