Kaizen.az - Hansı Keyfiyyətlər Sizi İnsan Resursları Sahəsində Fərqləndirə Bilər?

Hansı Keyfiyyətlər Sizi İnsan Resursları Sahəsində Fərqləndirə Bilər?

    Hazırda qloballaşma sürətlə inkişaf etdiyi üçün professionel təbəqənin inkişafı əsas prioritet istiqamətlərdən hesab olunur. Qlobollaşma faktorunun yaranması insan amili ilə sıx əlaqədar oluduğu üçün insan resursları üzrə mütəxəssislər fəaliyyətlərini doğru yönləndirməyə müvəffəq olarkən onların peşəkarlığı ön planda olmalıdır. Buna görə də, onlar müxtəlif keyfiyyətlərə yiyələnməli və ya onların inkişaf etdirilməsi istiqamətində səy göstərməlidirlər. Xüsusi ilə hansı keyfiyyətlər əhəmiyyət kəsb edir? Onların faydaları peşəkar fəaliyyətə neçə təsir göstərir? Bütün bunları bilmək üçün əvvəlcə həmin keyfiyyətlər haqqında məlumatları sadalamaq məqsədəuyğundur.                                                                                                    Mütəşəkkil olmaq(ciddi nizam və intizamlı) sizin aktiv fəaliyyətinizə müsbət istiqamətdə təsir göstərəcəkdir. Müxtəlif vasitələrlə öz fəaliyyətinizi mütəşəkkil edə bilərsiniz. Misal olaraq, yapışqan formalı kağızlar üzərinə qeydlər, müxtəlif proqramlar vasitəsi ilə işlərin planlanması və.s vasitələr iş axınınızı yaxşılaşdırmaqda və yaranacaq problemlərin qarşısını almaqda sizə yardımçı olacaqdır.                                                     
                                                                                                                                 
 Effektiv ünsiyyət qurmaq təkcə iş mühitində deyil, eyni zamanda sizin bir şəxsiyyət kimi cəmiyyətdə özünüzü doğru ifadə etməyinizdə məxsusi rol oynayır. Ünsiyyət, iş üçün müraciət edən namizədlərin müsahibəsi daxil olmaqla, eyni zamanda ofis daxilində fikirlərinizi, qərarlarınızı effektiv formada qarşı tərəfə ifadə etmək üçün bir vasitədir.   

  Nümunəvi rəhbər obrazı adətən, insan özünü dərk etdiyi vaxtdan daha əvvəl mövcud olan bir məsələdir, çünki yaranışla əlaqədar hadisədir. Biz müxtəlif bacarıqlar qazana bilərik, lakin "real mən"in fərqində olmaq daha vacibdir. Bəzən insanlar sosial, ideal məninin fərqində olsalar da real məni tam ortaya çıxarmağa cəsarət etmirlər. Yəqin ki, bu məsələ ictimai qınaq məsələsi ilə əlaqədardır. İnsan resursları üzrə mütəxəssislər ətrafdakı insanların inkişafının və potensiallarının doğru ötürülməsinə yardımçı olmaqdan xüsusi zövq alırlar. Adətən, onlar anadangəlmə nümunəvi obraza sahib olurlar. Bəzi öhtəliklərlə əlaqədar cavabdehlikləri olmasa da, onlar bütün bilikləri və təcrübəsini istifadə edərək şirkətin səmərəli inkişafını təmin etməlidir.                                                                                                                                                                                             
 Problemlərin həllindən zövq almalıdır. Bir sıra mütəxəssislər qeyd edir ki, HR mütəxəssisləri ofisdə iş şəraitini darıxdırıcı hesab etmirlər. Eyni zamanda, onlar problemləri həll etmək, işçilərin yeni təkliflərini öyrənmək və yeni işəgötürmə strategiyası hazırlamaq üzərində işləməkdə həmişə maraqlı olublar. HR mütəxəssisləri müxtəlif situasiyalardan çıxış yolu tapmaq üçün çağrışlar etmək, problemin həlli istiqamətində sürətli düşünmək və hərəkətə keçmək qabilliyyətinə sahibdirlər.                                                                                                                                                                                                                                                 
 Çətin qərarların qəbulu zamanı rahat olmaq HR peşəsinin heç də asan iş olmadığını təsdiq edir və onlar qərar verərkən obyektiv olaraq şirkətin gələcəyini ön planda nəzərdən keçirməlidir. Misal olaraq, işdən çıxarma, işçi mənfəətlərinin azaltmasını demək olar. Bəzən onlar bu kimi proseslərin işçi və onun ailəsinin həyat fəaliyyətinə necə təsirinin fərqində olsalar da, lakin müəssisənin mənfəəti daha əhəmiyyətlidir və HR mütəxəssislərində bu keyfiyyət vacibdir.                                                                                                                                                                                                                                                        
Risk almaq bəzən işin kənardan yalnış görünməsinə baxmayaraq, özünüzə inanaraq yeni bir addım atmaqdır. Belə hadisələr müxtəlif məqamlarda yaşana bilər: yeni istedadların işə alınması, HR–la bağlı yeni təşəbbbüslərin istifadəsi və bilinməyənlərə inanaraq sıçrayış edə bilərsiniz. Təbii ki, işin sonunda uğursuz ola bilərik, lakin uğursuzluq inkişafımız üçün bir imkan yaradır.                                                                                                                                                                                                                    
Öyrənməyi sevmək HR mütəxəssisləri üçün vacibdir, çünki bu sahə daim yenilənir və yeniliklərə uyğun addımlar atmaq tələb olunur. Misal olaraq, yeni uyğunluq qanunları, işçilərin gözləntiləri və faydaları HR sahəsi üzrə çalışan mütəxəssislərin daim dəyişən aspektlərindən yalnız bir neçəsidir. Çox güman ki, şirkətdə baş verən dəyişikliklər sizi daha da gücləndirəcəkdir- işçilərin sayı ilə bağlı dəyişikliklər, yeni rəhbərlik və birləşmələr və ya satınalmalar - sizin üçün yeni problemlərə zəmin yarada bilər. Lakin HR mütəxəssisləri daima diqqətli olmalı və sektorda baş verən ən son yeni qaunlar, ideyalar və üstünlüklərdən xəbərdar olmalıdır.                                                                                    
     
 Beləliklə,qeyd etmək olar ki, HR sahəsi darıxdırıcı deyil və bu sahədə çalışanların fəaliyyəti aktiv olaraq dəyərləndirilir. Bütün bu vəzifələri yerinə yetirməklə HR-də uğurlu karyera qurmaq üçün xüsusi bacarıq və şəxsi keyfiyyətlər tələb olunur. Əgər yuxarıda qeyd olunan bacarıq və keyfiyyətlər sizdə xüsusi motivasiya yaradırsa, deməli siz bu sahədə uğur qazanmaq üçün ilk addımı atmalısınız.

1 Rəy

Şərh yazmaq üçün daxil olun