Yoxsul bir fermer ailəsində doğulan Ferruçço Lamborgini kiçik bir sahibkar idi. O, fermer bacarıqları və zəkasını işlədərək traktor firması olan "Trattori"- nin istehsalına başladı.

Bu zavod Ferruççoya yaxşı gəlir gətirirdi və o öz əbədi arzusu olan Ferrari avtomobilini ala bilmişdi. Lakin ilk təəssüratlar elə də yaxşı deyildi.
Belə ki, onun əldə etdiyi Ferrari 250 GT avtomobilinin qarmaq hissəsində nasazlıqlar yaranırdı və onu tez-tez təmir etmək lazım gəlirdi. Artıq bu vəziyyətdən bezən Ferruçço şikayət etmək üçün Ferrarinin yaradıcısı olan Enço Ferrarinin yanına getdi. Saatlarla qapıda gözlədilməsiylə yanaşı şikayətini dilə gətirdikdə isə Enço Ferrari tərəfindən “Sən adi fermersən və bahalı maşınlar haqqında heç nə bilmirsən. Əgər xoşuna gəlmirsə, daha yaxşısını düzəlt!” cavabı onu daha da qəzəbləndirdi. Özünə ediləni təhqir hesab edən Lamborghini 1963-cü ildə əfsanəvi Lamborghini 350GT avtomobili yaratdı.Daha sonra Ferrari markasının təcrübəli mühəndislərinidə özüylə işləməyə cəlb etdi.
Bir qəzəb sayəsində Lamborghini hal-hazırda dünyanın ən bahalı və ən yaxşı idman avtomobilləri sırasında birinci yerdədir.