employment.az employment.az

Dərc olunma tarixi

19.11.2021 Filmlər

Baxış sayı

eye 1442

Oxunma müddəti

clock 2 dəq

"The Shining" filmi və Bilmədikləriniz!

The shining (1980, 8.4 IMDb)

Qorxu filmlərini izlərkən kalori yandırdığınızı bilirdiniz? Bunun üçün Stanley Kubrick-in rejissoru olduğu, Stephan King-in romanı əsasında çəkilmiş bu qorxu filmini izləməyi tövsiyə edirik. Jack Nicholson və Shelley Duvall-ın baş rollarda yer aldığı bu filmi bir çoxumuz “Here’s Johnny!” sitatı ilə tanıyırıq. Bu səhnənin çəkilişi 3 gün çəkib, 127 dəfə təkrar edilib və səhnə üçün Jack Nicholson 60 qapı qırıb. Danny rolunu canlandıran beş yaşındakı aktyor, çəkiliş əsnasında qorxu filmində oynadığının fərqində deyilmiş. Amma o, qorxu hissini izləyicilərə çox yaxşı ötürüb.

Bu film haqqında maraqlı teoriyalar var. Yəqin ki, Aya eniş haqqında olan fikirləri siz də eşitmisiniz. Bir qrup insan bizə təqdim olunan Aya eniş şəkillərinin reallığı əks etdirmədiyini, onların hamısının studioda çəkildiyini iddia edir. Və deyilənlərə görə, bu çəkilişi Stanley Kubrick həyata keçirib. O öz filmində bizlərə bununla bağlı kiçik detallar, mesajlar verir. Danny üzərində "Apollo 11 USA" yazan bir sviter geyinir və 237 nömrəli otağa daxil olur. Bu otaqda paranormal şeylərin bas verməsi isə iddiaları biraz daha sirli hala gətirir. Romana görə, Danny 217 nömrəli otağa daxil olur, ancaq rejisor bunu 237-ə dəyişir. Niyə məhz 237? Çünki dünya ilə Ay arasında 237 min millik məsafə var. Həmçinin bəzi səhnələrdə kosmos, roket, kosmonavt şəkillərini görürük. Bu şəkillərin qısa müddətdən sonra yox olması da, yəqin ki, çəkiliş xətası deyil.

 


Stanley romandan çox kənara çıxmışdı. Buna qəzəblənən və filmi bəyənməyən Stephan King öz romanının 3 bölümlük serialını çəkdirir və cəmiyyətə təqdim edir. Ancaq bu seriala az maraq göstərildi.

Digər maraqlı fakt isə "The Shining"i təhlil edən “ROOM 237” adlı sənədli filmin çəkilməsidir. Məqsədləri filmindəki gizli mənaları, simvolları, şifrələri öz üslublarınca ortaya çıxarmaqdı.

heart save
Yazar
  • İstifadəçi adı:

    Samra
  • Ad Soyad:

    SamraAb
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
İzləyə Biləcəyiniz 5 Film

07.03.2021

Filmlər

Həftə sonları izləyə biləcəyiniz 5 film listəsini sizinlə paylaşırıq

paper-1-img
Motivasiya Edici 5 Film

01.04.2021

Filmlər

Hər birimizə məlum olduğu kimi, uğura doğru addımlayarkən motivasiya ən başlıca tələblərdən biridir. Bu gün sizlərlə motivasiyanızı yüksəldəcək 5 filmdən bəhs edəcəyik.

paper-1-img
Dahilərin Həyat Hekayələrindən Bəhs Edən 10 Film

02.08.2021

Filmlər

Dahilərin həyatını və uğur hekayələrini izah edən filmlər həmişə ilhamverici olub. Bu gün sizlərlə dahilərin həyat hekayələrindən bəhs edən 10 filmi bölüşmək istəyirəm.