employment.az employment.az

Dərc olunma tarixi

13.01.2022 Fərdi İnkişaf

Baxış sayı

eye 1631

Oxunma müddəti

clock 6 dəq

"Pandemiya dövründə şagirdlərin psixososial tərbiyəsinin inkişafı"

       “ Hər bir uşaq kəşf olunmağa hazır bir ulduzdur “ bu cümlənin məzmununda hər bir uşağın sehrli aləmi dayanır. Hər bir uşaq ailəsi üçün, hər bir şagird isə müəllimi üçün dəyərlidir.

       Pandemiya dövründə mövcud vəziyyətlə əlaqədar uşaqların psixoloji durumunda fərqli psixologiya formalaşmışdır. Bu durumun  uşaqlar üçün  bir qədər psixoloji təsirləri ola bilər: Sosial mühitdən uzaqlaşma, qapalılıq, nitqin zəifləməsi, ünsiyyət azılığı və s.  Amma bunlara baxmayaraq uşaqlara nəzər yetirəndə görərərik ki, onların daxili aləmləri o qədər sehrlidir ki, imkansız düşündüyümüz hər şeyi belə imkanlı olmasına çalışıb mümkün edə bilərlər.

       Hər uşağın psixologiyası fərqlidir. Hər bir uşağın daxili aləmində maraqlı psixoloji xüsusiyyətlər olur. Bəzi uşaqlar öz daxili aləmini, yaradıcılıq xüsusiyyətlərini kəşf edə bilir, amma bəzi uşaqlar isə özündə olan fərqliliyi büruzə verməkdən çəkinir, yaxud bunun yaxşı bir fikir olmadığını düşünür,qorxurlar. Uşaqların psixososial tərbiyəsinin, emosional inkişafının formalaşması üçün bir çox psixoloji metodikalar vardır:

1. Özünüzü dəyərləndirin: Hər bir uşağın daxilində özünə aid müsbət dəyərləri olur, hər bir uşağın dəyərli, fərqli psixoloji xüsusiyyətləri vardır. Dəyərləriniz sizi psixoloji olaraq pozitiv saxlamağa kömək edə bilər. Tez-tez özünüzü müsbət cəhətlərinizə görə dəyərləndirin. Çünkü onlar yalnız sizə məxsusdur. Bunu unutmayın. 

Pandemiya dövründə uşaqların çox hissəsi özlərinə aid xüsusi bacarığı, istedadı kəşf etdilər. Özünüzü daha dərindən tanımağınız üçün öz gizli dəyərlərinizi axtarın, onlara nəzər yetirin.

2. Özünüzə tez-tez müsbət fikirlər ötürün. Bunu güzgü qarşısında, yaxud sakit məkanda edə bilərsiz. Gözlərinizi yumun. Sizə müsbət təsir edəcək musiqini də dinləyə bilərsiz.  Özünüzü aid olmaq istədiyiniz bir məkanda təsvir edin, rahat və  azad hiss etməyə çalışın. Bu rahatlığı bütün beyniniz və bədəninizdə hiss edin. Sonra özünüzə bu sözləri deyin: Mən azadam, mən rahatam, mən özümə inanıram, mən istəklərimin həyata keçəcəyinə inanıram, mən həyatda uğurlar qazanacağıma inanıram, həyat çox gözəldir, həyatın gözəlliyi mənim əlimdədir. Bu gözəlliyə sadəcə olaraq inanmaq xoşbəxt olmağa işarədir. 

3. İnanmaq. İnsanı həyatda güclü edən tək şey inanmaqdır. Özünə inanmaq isə səni hər zaman güclü edəcəkdir. Bəzən mənfi hadisələrlə qarşılaşırıq. Bəzən isə imkansız, mümkün ola bilməyən şeylərə inanmaqdan qaçırıq. Amma ən son bizə güc verən inam olur, ümid olur. Çünkü inanmağımız mümkünsüzü mümkün edə bilər. Bir şeyi bacaracağına bütün hislərinlə inandığında ağlın, düşüncə gücün  onu bacarmaq üçün sənə həll yolları tapmağa yardım edəcək və işin uğurlu olacaq. 

4. Başqalarının sizə qarşı olan təzyiqlərinə, təsirlərinə inanmayın. Cəmiyyətdə belə hallara çox tez-tez rast gəlmək olar. Amma bunlara qarşı insan hər zaman hazır olmalıdır. Əgər sinif mühitində, tələbəlik həyatında digər sosial mühitlərdə belə hallara rast gəlirsizsə bunlara qarşı özünüzü sakit hiss etməyə çalışın. Özünüzə bu sözləri deyin: Mən rahatam, mən sakitəm,mən güclü olduğum  bu sözlərə fikir verməməliyəm. Sakit olmağımla qarşı tərəfə güclü tərəflərimi göstərə bilərəm. Bu sözləri özünüzə dedikdən sonra düzgün mövqedə qarşı tərəflə düzgün münasibət yarada biləcəksiz və nəticədə siz psixoloji olaraq aqressiya və stres halında özünüzü hiss etməyəcəksiz. Əgər qarşı tərəf sizi çox və ciddi şəkildə narahat edirsə o zaman problemi özünüzdə saxlamayın. Sizin ən çox inandığınız və güvəndiyiniz insanlarla paylaşıb yardım ala bilməyiniz sizi psixoloji cəhətdən rahat və özgüvəndə hiss etdirəcək. 

5. Həyat paylaşmaqla gözəldir. Pandemiya dövründə insanlar bəzi sosial mühitlərdə sağlamlıqlarını qorumaq üçün sosial mühitlərdən, ünsiyyətdən uzaq oldular. Amma digər sosial mühitlərdən fərqli olaraq ailədə də gözəl zaman keçirməyin ən gözəl bir mühit olduğunu kəşf etdilər. Ev mühitində ailənizlə maraqlı və əyləncəli işlər etmək mümkündür. Ailənizlə səmimi ünsiyyət zamanı uşaqlıq dövrlərinizdən, gələcəkdə qurmaq istədiyiniz həyatdan, planlarınızdan danışmaq evdə maraqlı əhval-ruhiyyənin yaranmasına kömək olacaq. Ailənizin sizi izləməsinə, dinləməsinə şərait yaradın. Bunun üçün onların sizə baxması, izləməsi kifayətdir.Siz  musiqi alətlərində ifa edərkən, onların qarşısında musiqi ifa edərkən, şeir, maraqlı bir hekayə danışarkən  bu ailənizin sizin bacarığınıza olan inamı formalaşdıracaq, nəticədə sizin və ailənizin xoşbəxt hiss etməsinə şərait yaranacaq. 

        Xoşbəxt olmaq üçün psixoloji texnika: 

Xoşbəxtliyin reseptini özünüz yaradın:

 1 qaşıq hüzur

yarım stəkan şükür

2-3 damcı sevgi, sakitlik və s.

sevdiyiniz musiqi 

    Bu resepti  sevdiyiniz insanlarla həyata keçirə bilərsiz.

   Xoşbəxtlik bəzən ən gözəl bir dostla qarşılaşdığımız zaman, bəzən həyatımızın hekayəsini əks etdirən bir kitabda, bəzən qəlbimizə məxsus bir musiqidə, bəzən isə möcüzələrlə qarşılaşdığımız zamanda ola bilər. Xoşbəxtlik quşu qanadında bizə şanslar gətirəcəyi günü gözləməliyik.

    Kainatın  gözəlliklərlə  dolu bir dünya olduğunu unutma. Göyüzündə uçuşan quşların günəşin, ayın, ulduzların sənin üçün var olduğunu unutma. Göyüzündə ən parlayan ulduzun sənin üçün əbədi olaraq parlamasına inan, günəşin doğuşunu izlə. Bəzi şeyləri sadəcə hiss et, dinlə. Bu səni xoşbəxt hiss etdirəcək. Həyatda hər şey və hər kəs üçün sonsuz ehtimallar vardır, ümidlər vardır. Əgər bir şeyi çox istəsən kainat sənin istəklərin üçün  sənə şanslar göndərəcək. 

 Dünya heç bir zaman durmaz. Yaşanılan mənfilər olduğu kimi onlara qarşı daima yarışan müsbət qüvvələrdə vardır. Dünya sonsuzdur. Fürsətlərimiz, ümidlərimiz, xəyallarımız sonsuzdur. Yetər ki, inanmaq, ümid etmək, xəyal etmək və səbrli olmaq lazımdır. 

Stresə qalib gəlmək üçün texnikalar vardır: 

Nəfəs texnikaları, autogen məşq, art terapiya və s

   Nəfəs texnikası zamanı stresdə olduğunuz, gərginlik yaşadığınız zaman istifadə edə bilərsiz. Məsələn stres yaşadığımız zaman bədəndə mənfi hislər olur. Onları bədəndən psixoloji olaraq azad etmək üçün bədənimizdə olan bütün mənfi auranı nəfəsimizi dərindən bir neçə dəfə almaqla yox edə bilərik. Bunu ruhən inanaraq gülümsəyərək etməyimiz bizdə müsbət, xoş auaralı hislərin yaranmasına və yeni nəfəsin yaranmasına imkan yaradacaq. Bu zaman bədənimizdə, zehnimizdə köklənən mənfi ruh pozitiv enerji ilə dolacaq. Nəfəs texnikaları meditasiya, autogen məşq zamanı da istifadə olunur. Nəfəs texnikalarını təmiz havada, istədiyiniz rahat məkanda edə bilərsiz.

    Autogen məşq zamanı siz özünüzə müsbət təsir edən sözlərinizi birbaşa özünüzə ötürə bilərsiz. Məşq zamanı seçdiyiniz məkan çox rahat olmalıdır. Bu metodika vasitəsi ilə bədəninizdə və zehninizdə olan yorğunluq, mənfi enerjilər, gərginlik, stresdən azad olacaqsız. Məşq zamanı bədəninizin və zehninizin rahat ola biləcəyi şəkildə uzanın, ən çox sevdiyiniz melodiyadan da istifadə edə bilərsiz. Hər şəraiti qurduqdan sonra məşqi edin və bu sözləri özünüzə deyin:” Tənəffüsüm sərbəstdir”, “ürəyim ardıcıl və normal döyünür” ,”beyin damarlarımda gərginlik yoxdur”, “başımda və bütün bədənimdə tam rahatlıq, aydınlıq və yüngüllük hiss edirəm” və “mən istirahət edirəm”. Autogen məşq zamanı bədəninizdə ağırlıq hissi( qollarda və ayaqlarda)  istilik hissini ( qollarda və əllərdə), qarın nahiyəsində xoşagələn bir istilik hissini, alında isə sərinlik hissini, ürəyin döyüntüsünün sayılması və sakitliyin təmin olunmasını hiss edəcəksiz və psixoloji baxımdan gərginliyiniz azalacaq, özünüzü rahat hiss edəcəksiz. 

     Digər texnikalardan rəsm terapiyasını da göstərmək olar. Rəsm terapiyası hər uşağın sevdiyi bir işdir. Rəsm terapiyası insanların, uşaqların hiss etdiklərini, arzu etdiklərini, yaradıcılıq təxəyyüllərində olan ideyaları ifadə etməkdə, özünün daxili aləmində olan ideya və mənəvi dünyanın kəşf olunmasında böyük rol oynayır. Ümumiyyətlə rəsm, musiqi, teatr, heykəltəraşlıq və hekayələr yoluyla həyata keçirilən bu terapiya növləri sizə, özünüzə və ətrafdakılara fərqli gözlərlə baxmaq və anlamaqda köməkçi ola bilər. 

    

    Son olaraq bu əbədi və sonsuz gözəlliklərlə dolu bir dünyada hər kəsə xoşbəxt ruh, gözəl ümid dolu bir həyat arzulayıram....

 

 

       Şirvan  şəhər S.Hüseynov adına 1 nömrəli  tam orta məktəb-liseyin  psixoloqu Bədirova Nərmin

heart save
Yazar
  • İstifadəçi adı:

    Huseynova
  • Ad Soyad:

    Fidan
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?