employment.az employment.az

Dərc olunma tarixi

10.02.2022 Fərdi İnkişaf

Baxış sayı

eye 1166

Oxunma müddəti

clock 3 dəq

"Axmaq Puma" sindromu nədir?

"Axmaq Puma" sindromu nədir?

 

Axmaq puma sindromu kiçik qazanclar üçün gərəyindən çox enerji sərf edilməsidir. Quru heyvanlarının ən sürətlisi olan puma gündəlik qida istehlakı üçün çox ağıllı şəkildə ovlanmalıdır. Onlar enerjisini israf etməkdən çəkinir, kiçik ov üçün enerji sərf etmir. Çünki puma kiçik ov üçün çox enerji sərf edərsə, sonrakı gün yeni ov tapmaq üçün çox səy göstərə bilməz. O ya böyük şikarın arxasınca qaçmalı, enerjisini daha böyük və daha qaneedici məqsədlər üçün istifadə etməlidir; ya da imtina edib yeni planlar qurmalıdır. Məhz buna görə də pumaların böyük əksəriyyəti bu ayrımı edir və ovlarını məharətlə tutur. Onlar vaxtını və enerjisini itirmədən planlı şəkildə hərəkət edir, hesablamalarını yaxşı aparır.

Axmaq puma sindromu üçün müxtəlif nümunələrə keçməzdən əvvəl ümumiyyətlə, pumaların istifadə etdiyi taktikalara nəzər salaq.

 

Ağıllı bir heyvan olan puma qaçarkən sərf etdiyi enerjinin ovdan alacağı enerjidən çox olduğunu anladıqda qaçmaqdan imtina edir. O, yüksək qida və enerji dəyəri olan hədəflərə diqqət yetirir. O, bir müddət ovuna baxır, müşahidə edir və plan qurur: Özü ilə ovunun arasındakı məsafəni hesablayır. Bir müddət qaçmadan yalnız piyada izləyir. O, ovunun harada yaşadığını, harada su içdiyini, hansı şəraitdə diqqətinin dağıldığını, rutinində nə etdiyini, necə qaçdığını və daha çoxunu hesablayır.

 

Beləliklə, "axmaq puma sindromu" ifadəsi nə deməkdir? Buna misal olaraq kiçik bir dovşanın arxasınca saatlarla qaçıb qısa müddətdə onu yeyən pumaları göstərə bilərik. Axmaq puma sindromu həm də tuta bilməyəcəyi bir ov üçün saatlarla qaçmaq və enerji sərf etmək deməkdir. Bu gün həddindən artıq enerji, vaxt və bir çox başqa dəyərləri israf edən və sonda isə müvafiq qazancı əldə etməmək buna misaldır. Beləliklə, axmaq puma sindromu insanlar üçün də istifadə olunan bir termindir. Plan qurmadan, təxmin etmədən, düzgün hesablamadan, sonda nə olacağını təxmin etmədən atılan addımları axmaq çita sindromu adlandırmaq olar. Axmaq puma sindromunun insan həyatında və iş həyatında bir çox mənfi nəticələrinin olduğu görülür. Yerinə yetirilməsi mümkün olmayan bir iş üçün strategiya, planlama və taktika yaratmadan edilən davranışlar məyusluqla nəticələnəcək. Təslim olmamaq, cəhd etmək və çalışmaq lazımdır. Çünki bu vəziyyət insanlara öz səlahiyyətlərindən xəbərdar olmağa və enerjinin düzgün məqsədlər üçün istifadəsini başa düşməyə imkan verir. Daşınmaz əmlak agenti, marketoloq, satıcı və ya fermeri nəzərdən keçirək. İşindən müsbət nəticə əldə etmək üçün lazımi vaxt, düzgün enerji, düzgün strategiya və düzgün taktika ilə plan qurmasa nə baş verər? Sadəcə məyusluq... İşi axışına buraxmaq pumanın ovunu tuta bilməməsi ilə nəticələnir. Çox güman ki, bu puma uzun müddət yaşaya bilməyəcək. Pumanın ovunu tutmasının sirri sərf olunan səy və əldə edilən nəticədə tarazlığın düzgün müəyyən edilməsindədir. Əks təqdirdə, uğursuz axmaq puma sindromu yaşayacaqsınız. Enerjinizi boş işlərə sərf etməyin!

 

heart save
Yazar
  • İstifadəçi adı:

    turanahasanli
  • Ad Soyad:

    Turana Hasanli
  • Məqalə sayı:

    2

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?