-
İstifadəçi adı:
rahimova03 -
Ad Soyad:
Rahimova Turkan -
Məqalə sayı:
24
Dərc olunma tarixi
16.03.2022 Fərdi İnkişafBaxış sayı
Oxunma müddəti
İşə qəbul üzrə məsləhətçilərin və insan resursları menecerlərinin bəzən CV-ləri oxumaq üçün çox məhdud vaxtı olur. Buna görə də yaxşı hazırlanmış CV iş prosesində müsahibə mərhələsinə daha tez çatmağınıza kömək edə bilər. Buna görə də işəgötürənlərin CV-lərdə ən çox diqqət yetirdiyi 8 şeyi bir araya gətirdik.
1. Müraciət etdiyiniz işə uyğun CV
Hərtərəfli və ümumi CV göndərib CV mərhələsində xaric edilməkdənsə, vəzifənin tələblərini və məsuliyyətlərini əhatə edən CV ilə vəzifəyə müraciət etməkdən çəkinməyin.
2. Əlaqədar təcrübələr
İnsan resursları menecerləri vəzifə və sənaye ilə birbaşa əlaqəli təhsil və peşəkar təcrübənizə baxacaqlar. Odur ki, CV-də müvafiq sahədə təcrübənizi qeyd edin.
3. İxtisas və bacarıqlar
CV-nizdə əvvəlki iş və ya digər sahələrdəki ixtisas və bacarıqları daxil edin, çünki gələcəkdə onlardan iş yerinizdə istifadə etmək lazım ola bilər. Təcrübə, hobbi və iştirak etdiyiniz seminar və təlimləri ixtisas və bacarıq kimi yaza bilərsiniz.
4. Uğurlar
İnsan resursları menecerlərinin diqqətini cəlb etməyin ən yaxşı yollarından biri keçmiş nailiyyətlərinizi qeyd etməkdir. Bu, insan resursları menecerinə şirkətin gələcəkdə sizdən nə gözləyə biləcəyi barədə daha çox məlumat verəcəkdir.
5. Təhsil
Təhsil o iş mövqeyi üçün önə çıxırsa, CV-də aldığınız müvafiq təhsili vurğulamaqdan çəkinməyin. Əgər universitetdən sonra hər hansı kurs və ya seminarda iştirak etmisinizsə, dərəcələrinizlə yanaşı, əgər varsa, məlumatlarınızı CV-yə daxil etməyi unutmayın.
6. Oxumaq asan
Bir vəzifə üçün nə qədər uyğun olmağınızdan asılı olmayaraq, insan resursları menecerləri sizin CV-nizi tam oxumaya bilər. Buna görə də uzun cümlələr yerinə maddə-maddə üsulundan istifadə edin. Gözə asan gələn şriftlə də səliqəli görünüş əldə edə bilərsiniz. Heç bir uyğunsuzluğun olmadığına əmin olun.CV-nizdə boşluqlara yol verməyin və təcrübələrinizi xronoloji ardıcıllıqla sıralayın. Əvvəlki öhdəliklərinizi və nailiyyətlərinizi təsvir edərkən, bəyanatlarınızda heç bir uyğunsuzluğun olmadığına əmin olun.
7. Dil və orfoqrafiya
Seçdiyiniz sözlər və orfoqrafiya olmaq istədiyiniz biznesə uyğun olmalıdır. Müraciət edəcəyiniz iş elanında iş təsvirini hərtərəfli oxumaqla, CV-nizdə hansı dildən istifadə etməli olduğunuz barədə fikir sahibi ola bilərsiniz.
8. CV fayl formatı
CV-nizi onlayn göndərirsinizsə, standart proqramlarla açıla bilən fayl formatını seçdiyinizə əmin olun, çünki heç bir insan resursları meneceri CV-nizə baxmaq üçün yeni proqram endirib quraşdırmayacaq.
İstifadəçi adı:
rahimova03Ad Soyad:
Rahimova TurkanMəqalə sayı:
2407.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf