employment.az employment.az

Dərc olunma tarixi

21.04.2022 Filmlər

Baxış sayı

eye 1928

Oxunma müddəti

clock 7 dəq

Filmlərin həyatımızda rolu

Günümüzdə filmlər,serillar insanların sevdiyi məşğuliyyət növlərindən biridir.Məhz niyə film? Filmlər insanlar arasında niyə bu qədər sevilir və izlənilir? Filmin insanlara təsiri nələrdir?Bəs filmin müsbət cəhəti olduğu qədər,mənfi cəhətləri varmı? Bunlar haqda geniş məlumat məqaləmizdə yer alacaqdır.

İlk öncə,filmin tarixinə nəzər salsaq görərik ki, ilk film dünyada 1896-cı ildə Lümyer qardaşları, Azərbaycanda isə 1898-ci ildə Mişon tərəfindən çəkilmişdir.Şübhəsiz ki,həmin dövrdə filmlər ağ-qara şəkildə ekranlara verilirdi.

İnsanların filmlərə baxmağının bir çox səbəbləri var.

1. Filmlər bizə bəzi dəyərləri və bundan dərs almağı öyrədir.
2. Filmlər bizə başqa ölkələr,mədəniyyətlər,dinlər və bizdən fərqli insanların necə yaşadığı haqda məlumat verir.Belə tərz filmlərə misal olaraq,Baraka”, ”Born Into Brothels: Calcutta’s Red Light Kids” ,”5 Broken Cameras” deyə bilərik.

3. Xarici dil biliyini inkişaf etdirmək üçün. Bir çoxları xarici dil biliyini,əsasən də,ingilis dilini inkşaf etdirmək üçün filmlərə baxırlar.”The Kings Speech”, “ The sound of Music”, “Forrest Gump” belə filmlərə misal ola bilər.

4. Filmlər insanlara motivasiya verə bilər.Xüsusilə də,biznes qurulucuğuna aid olan motivasiya verici filmlər insanlar tərəfindən daha çox maraqla izlənilir. Belə filmlərə “ Something Ventured” , “ Startup.com” , “Print The Legend” , “We Live In Public” aid ola bilər.

5. Filmlər  stresli bir günün ardından yaxşı bir mükafatdır.Insanlar çox zaman özlərini stresli hiss edəndə filmlərə baxmağı üstün tuturlar.”Legally blonde”, “Oceans Eleven”,  “Cool Runnings” belə filmlərdəndir.

 

Filmə baxmağın müsbət təsirləri ilə yanaşı,əlbəttə mənfi nəticələridə vardır.

1. Filmlərdə zorakılıq və şiddət yayımlanır.Bunun nəticəsi uşaqlar,yeniyetmələr üçün çox ağır olur.Belə filmlərə baxmaq aşağı yaş qruplu insanlar üçün gələck həyatlarında ciddi problemlər olar bilər. 

2. Bəzi filmlər müəyyən mövzuları reallıqdan uzaq şəkildə təsvir edir.Bu təsvirlər insanlardan yanlış təsəvvürlər yaradır.Belə mühabisəli təsvirlər əsasən müharibə və dinə aid çəkilmiş filmlərdə görülür. 

3. Filmlərdə polislərə atəş açmaq,dövlət adamlarını sui-qəsd nəticəsində öldürmək və s. kimi qanunsuz və şiddətli hadisələr bəzən insanlara yaxşı bir iş kimi aşılanır. 

4. Bəzən filmlər asılılıq yarada bilər.İnsan bir filmə bir neçə dəfə baxa bilər və bu filmə qarşı asılılıq yaradır.

 

 Filmlərin bəzi müsbət və mənfi cəhətləri göz qabağındadır,onları ətrafımızda görə bilərik. Ancaq mənfi məqamlar asanlıqla qəbul edilmir, ictimaiyyətə açıqlanmır və buna görə də daha az tanınır. Kinoların müsbət cəhətləri qarşımızda işıq saçır, asanlıqla qavranılır, hər yerdə görünür və kino sənayesi özü bunu ictimailəşdirir.Nəticə olaraq,çalışın ki,vaxt itirmədiyiniz və həzz ala biləciyiniz filmlərə baxın.

 

 

 

 

 

 

heart save

Oruc Məmmədli

20.09.2023

Maraqlı məqalədir!

Yazar
  • İstifadəçi adı:

    yusif_aliyef
  • Ad Soyad:

    Yusif Əliyev
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
İzləyə Biləcəyiniz 5 Film

07.03.2021

Filmlər

Həftə sonları izləyə biləcəyiniz 5 film listəsini sizinlə paylaşırıq

paper-1-img
Motivasiya Edici 5 Film

01.04.2021

Filmlər

Hər birimizə məlum olduğu kimi, uğura doğru addımlayarkən motivasiya ən başlıca tələblərdən biridir. Bu gün sizlərlə motivasiyanızı yüksəldəcək 5 filmdən bəhs edəcəyik.

paper-1-img
Dahilərin Həyat Hekayələrindən Bəhs Edən 10 Film

02.08.2021

Filmlər

Dahilərin həyatını və uğur hekayələrini izah edən filmlər həmişə ilhamverici olub. Bu gün sizlərlə dahilərin həyat hekayələrindən bəhs edən 10 filmi bölüşmək istəyirəm.