employment.az employment.az

Dərc olunma tarixi

16.04.2022 Fərdi İnkişaf

Baxış sayı

eye 816

Oxunma müddəti

clock 2 dəq

Spotlayt effekti və onun bizə təsiri

Günümüzdə bir çox insanlarda belə bir düşüncə var ki, ətrafımız bizi mühakimə edir, bütün nəzərlər üzərimizdədir, ən kiçik problemi belə insanlar anlayacaq və bizi sonsuzadək günahlandıracaqlar. Beləliklə biz özümüz fərqinə varmadan həyatımızı daha da çətinləşdiririk. Halbuki, aparılan tədqiqatlar nəticəsində demək olar ki, bütün bu fikirlər əslində heç də düşündüyümüz kimi deyil. Düşünək ki, bir yerə gedərkən paltarımıza ləkə bulaşıb, və yaxud saçımız heç də istədiyimiz kimi yaxşı görünmür. Bunun getdiyimiz yerdə insanların çox diqqətini çəkəcəyi düşüncəsi bizi narahat edir. Əslində isə bunlar çox az insanın diqqətini çəkir, anlayan insanlar isə bir müddətdən sonra unudurlar. Bizdə bu düşüncələrin yaranmasına Spotlight effekti (Səhnə işığı təsiri) səbəb olur. Səhnə işığı təsiri insanın özünü diqqət mərkəzində, bütün gözlərin üzərində olduğunu hiss etməsidir. Lakin heç də həmişə bütün gözlər bizim üzərimizdə olmur. Bununla bağlı aparılan təcrübəyə nəzər salaq:

Tom Giloviç və həmkarları 2000-ci ildə Personality and Social Psychology jurnalında apardıqları araşdırma ilə bağlı məqalə dərc etdilər. Bu araşdırmada, tədqiqatçılar bir-biri ilə əlaqəsi olmayan bir tapşırığı eyni otaqda yerinə yetirmək üçün təsadüfi olaraq tələbələr təyin etdilər. Sonra isə bu seçilən tələbələrə onlar üçün utancverici olan bir köynək (köynəyin üzərində cəmiyyət tərəfindən sevilməyən bir müğənninin şəkli var idi) geyinməyi tapşırdılar. Ardından bu köynəyi geyinən tələbələri içində xeyli insan olan bir otağa salırlar. Sonda tədqiqatçılar bu köynəyi geyən tələbələrdən otaqda neçə nəfərin geyindiklərini fərq etdiyini təxmin etmələrini istədi. Köynək geyən tələbələr otağın təxminən 50%-nin fərq etdiyini təxmin etdi. Reallıqda otaqdakı insanların yalnız 25%-i bu köynəyi tanıya bildi. Maraqlıdır ki, başqa tələbələrdən bu qrupların səsyazmalarını izləmək və köynəyi neçə nəfərin görəcəyini düşündüklərini təxmin etmək istənildikdə, onlar reallıqla oxşar təxminlərə sahib idilər – təxminən 25%. Bu o deməkdir ki, əslində köynəyi geyinmək və vəziyyətdə olmaq, insanların nə qədər çox insanın kəskin şəkildə fərq edəcəyini düşüncəsininin artmasına səbəb olur.

Birinci təcrübənin ardından tədqiqatçılar ikinci təcrübə apardılar. Bu dəfə tələbələrə 3 utandırıcı olmayan köynək arasından seçim edə biləcəkləri bildirildi. Yenə də köynək geyinən tələbələr otağın təxminən 50%-nin köynəyi görüb xatırlayacağını təxmin etdilər. Bu araşdırmada insanların 10%-dən azı əslində bu köynəklərin fərqinə varmışdı.

Beləliklə səhnə işığı təsirini öyrənməyimiz həyatımızda bir sıra məsələlərlə bağlı olaraq daha az narahat olmağımıza yardımcı ola bilər. Məsələn saçımızın dağınıq olması və yaxud paltarımızda ləkə olması əslində biz düşündüyümüz kimi hər kəsin yox, çox az adamın diqqətini çəkir.

 

 

heart save

pusterustem

20.09.2023

dəyərli məlumatlar.. əhsən :))

İsmayıl

20.09.2023

Dəyərli 💎məqalə 📝 .

Yazar
  • İstifadəçi adı:

    Ülkər Əliyeva
  • Ad Soyad:

    Ülkər Əliyeva
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?