-
İstifadəçi adı:
nazrin.yusibzade -
Ad Soyad:
Nəzrin Yusibzadə -
Məqalə sayı:
1
Dərc olunma tarixi
16.04.2022 FilmlərBaxış sayı
1479Oxunma müddəti
3 dəqQorxu filmlərini hamımız sevirik lakin bir filmin içərisində qorxu, bununla birlikdə fantastika və dram olduğu zaman film daha qeyri-adi və həyəcanlı olur. Bugün sizə təqdim edəcəyimiz filmi çoxları maraqla izləyir.
Parfümer filmi Patrick Süskind`in 1985-ci ildə yazılan “Das Parfum” romanından ilhamlanaraq çəkilmişdir. Filmdə hadisələr Fransanın 18-ci əsr tarixinə təsadüf edir. Filmin baş qəhrəmanı Jean- Baptiste Greenouille səfil bir həyat sürər və uşaq evində böyüyər. Dəri zavodunda işləyən bu oğlan günlərin birində şəhərə doğru yol alar və orada gördüyü gözəl bir qızın qoxusuna heyran qalaraq, qızı izləməyə başlayar. Qız biri tərəfindən izləndiyinin fərqinə vardığında qorxar və qışqırmağa başlayar. Jean-Baptiste təlaşlanaraq qızın ağzını tutar və nəfəs almağına əngəl olar. Bədbəxtçilikdən qızın nəfəsi kəsilər və ölər. Qızı istəmədən öldürdüyünə baxmayaraq, oğlan duyduğu bu gözəl qoxunun həzzini çıxarmağa çalışar. Bir qədər zaman keçdikdən sonra qızın qoxusu əvvəlki kimi olmaz və bu qatili narahat edər. Bu hadisədən sonra Jean-Baptiste qoxuları saxlamağın yolunu axtarar. Artıq Jean`nın bir hədəfi var idi: Hər şeyin qoxusunu əsir etmək.
Elə bu zaman Jean Parisdə məşhur parfüm ustası olan Baldini ilə tanış olar və ondan qoxular haqqında hər şeyi öyrənməyə çalışar. Qısa müddətdən sonra Jean Baldini ilə birlikdə işləməyə başlayar.
Jean iş sırasında qoxuları öyrənib saxlamaq üçün hər şeyi qazanda qaynadırdı. Bu sırada o şüşə, pişik və s. kimi digər əşyaları qaynatmağa başlayar.
Baldini ona qoxu barəsində çox önəmli bir məlumat vermişdi. Belə ki, ümumilikdə 12 qoxudan ibarət olan bu ətirlər, hamısı birləşdikdə 13-cü qoxunu yaradar. Baldini ona 13-cü qoxunun yaratdığı mükəmməliyyətdən də söz açar.
Baldini`nin ona söylədiyi bu məlumatlar Jean`a onun yeni məqsədini açıqlayar. Lakin Baldini`nin yanında çox şey öyrənə bilməyəcəyini görən Jean Grasse`yə doğru yol alar. Burada o çiçəklərə bağlı qoxuları öyrənər. Bir müddət keçdikdən sonra Jean fərqinə varır ki, onun özünə məxsus qoxusu yoxdur. Bu hiss qoxularla məşğul olan adam üçün dəhşət idi.
Daha sonra o möhtəşəm qoxunu əldə etmək üçün çalışmağa başlayar. Qatil əldə edəcəyi 13 cəsədin qoxusunu şüşələrdə saxlayaraq möhtəşəm qoxunu əldə edəcəkdi. 1 qurbanın şüşəsi artıq hazır olduğuna görə sıra digər 12 qurbanda idi. Bəs digər qurbanlar kim olacaqdı? İnsanlar bu qatili necə aşkara çıxaracaqdı?
İstifadəçi adı:
nazrin.yusibzadeAd Soyad:
Nəzrin YusibzadəMəqalə sayı:
107.03.2021
Filmlər
01.04.2021
Filmlər
02.08.2021
Filmlər