-
İstifadəçi adı:
Ilhama Novruzova -
Ad Soyad:
Ilhama Novruzova -
Məqalə sayı:
1
Dərc olunma tarixi
20.04.2022 Fərdi İnkişafBaxış sayı
1936Oxunma müddəti
4 dəqƏgər həyatımızda etdiyimiz bir sıra günlük vərdişlərimizə nəzər yetirsək, icra etdiyimiz proseslərin adətən müəyyən addımlardan ibarət olduğunu görərik. Məsələn, yemək bişirmək. Hər hansı qidanı hazırlamaq üçün lazım olan addımları etməsək, istədiyimiz nəticəni əldə edə bilmərik. Bu kimi proseslərin ümumi adı var: alqoritm. Belə ki, alqoritm – həyata keçirildikdə müəyyən hədəfə çatmağa və ya problemi həll etməyə xidmət edən hərəkətlər ardıcıllığıdır.
Alqoritmik düşüncə daha çox proqramlaşdırma sahəsi ilə məşğul olanlara aid edilir, lakin bu iki konsept bir birindən fərqləndirilməlidir. Əgər alqoritmik düşüncə problemi həll etmə strategiyasıdırsa, proqramlaşdırma alqoritmlərin kompüterlərin anlaya biləcəyi dilə “tərcümə edilməsidir”. Odur ki nəinki proqramlaşdırma, digər ixtisaslarda da alqoritmik düşüncə ilə böyük nəticələr əldə edilə bilər. Elə isə bu konsepti daha da irəli aparaq və alqoritmik düşüncənin əhəmiyyətindən necə faydalana biləcəyimizi müzakirə edək.
Alqoritmik düşüncə ilə problemi həll etmək üçün müəyyən əməliyyatlar yerinə yetirilməlidir. Bu əməliyyatları 4 yerə ayırmaq olar:
Yuxarıda qeyd olunmuş hallarda alqoritmik düşüncənin nə qədər əhəmiyyətli olduğu və günlük həyatda ehtiyac duyulduğu müzakirə olundu. Bəs Kompüter Elmlərindən bizə tanış olan bu bacarığı daha da inkişaf etdirmək üçün nə etmək olar?
Bu bacarıqdan istifadə etmək üçün ilk addım qarşımızda olan problemi təyin etməkdir. Əgər problem tam şəkildə müəyyən edilibsə, artıq onu bir neçə hissəyə parçalamaq daha asan olacaq. Növbəti addım problem barədə bütün informasiyaların toplanmasıdır. Nümunə üçün: müştəri hər hansı yaradılan proqramda hesab yaradarkən problem yaşayırsa, spesifikləşdirmək üçün bu suallar verilə bilər: Proqrama daxil olarkən hansı serverdən istifadə olunur? Digər mail adresləri üçün də mi eyni problem yaşanır? və s. Növbəti olaraq, parçalanmış problem üçün addımların ən uyğun ardıcıllığını müəyyənləşdirmək lazımdır. Məsələn, bir-birindən asılı olan əməliyyatlar yanaşı icra edilə bilər. Digər önəmli faktor müxtəlif variantların mövcudluğunu nəzərə almaqdır: proqramlaşdırmada bunu “if – else” komandalarından istifadə edərkən tətbiq etmək olar. Qarşılaşdığımız problemi tam mənimsədikdən sonra həllə aparan metodlar planlaşdırıla bilər. Bəzən müəyyən prosesləri təkrarən icra etmək lazım gəlir, odur ki mümkün döngə və ya “loop”ları planınıza daxil etməyi unutmayın. Plan hazır olduqdan sonra çözümün “skeleti” sizin əlinizdədir; yeganə edilməli olan planı icra etməkdir.
Bu məqalədə alqoritmik düşüncə, onun əhəmiyyətləri və inkişaf olunma yolları müzakirə olundu. Məqalənin başlanğıcında alqoritmlərə nümunə olaraq yemək bişirmək göstərilmişdi. Təsadüfi deyil ki, yeməklərlə alqoritmlər arasındakı əlaqəni təsvir edən “A Book of Tasty Algorithms” kitabının ön sözünü yazanlardan biri olan məşhur alim Donald Knuth deyir ki, bir alqoritmə inanmaq üçün onu görmək lazımdır və bunun üçün ən yaxşı yol cəhd etməkdir.
Rufa Guliyeva
20.09.2023👏🏻👏🏻👏🏻👏🏻
Fidan Yusifova
20.09.2023Əla👏🏻👏🏻
Cəbrayıl
20.09.2023Əla👏👍
Faik Eyvazli
20.09.2023👏👏
Sadiq
20.09.2023Mükəmmədi! əl-Xarəzmi görsə qürur duyardı👍👏
Chilanay Hajisoy
20.09.2023👍🏻👏🏻👏🏻
Nuray Məmmədova
20.09.2023Məqaləni İlhamə yazıbsa mükəmməl olmama ehtimalı yoxdu💖👍
Nuray Məmmədova
20.09.2023😍❤👏👏👏
Nargiz
20.09.2023😍😍😍👏
İstifadəçi adı:
Ilhama NovruzovaAd Soyad:
Ilhama NovruzovaMəqalə sayı:
107.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf
07.03.2021
Fərdi İnkişaf