employment.az employment.az

Dərc olunma tarixi

20.04.2022 Fərdi İnkişaf

Baxış sayı

eye 1287

Oxunma müddəti

clock 4 dəq

"Alqoritmə inanmaq üçün onu görmək lazımdır."

    Əgər həyatımızda etdiyimiz bir sıra günlük vərdişlərimizə nəzər yetirsək, icra etdiyimiz proseslərin adətən müəyyən addımlardan ibarət olduğunu görərik. Məsələn, yemək bişirmək. Hər hansı qidanı hazırlamaq üçün lazım olan addımları etməsək, istədiyimiz nəticəni əldə edə bilmərik. Bu kimi proseslərin ümumi adı var: alqoritm. Belə ki, alqoritm – həyata keçirildikdə müəyyən hədəfə çatmağa və ya problemi həll etməyə xidmət edən hərəkətlər ardıcıllığıdır. 

    Alqoritmik düşüncə daha çox proqramlaşdırma sahəsi ilə məşğul olanlara aid edilir, lakin bu iki konsept bir birindən fərqləndirilməlidir. Əgər alqoritmik düşüncə problemi həll etmə strategiyasıdırsa, proqramlaşdırma alqoritmlərin kompüterlərin anlaya biləcəyi dilə “tərcümə edilməsidir”. Odur ki nəinki proqramlaşdırma, digər ixtisaslarda da alqoritmik düşüncə ilə böyük nəticələr əldə edilə bilər. Elə isə bu konsepti daha da irəli aparaq və alqoritmik düşüncənin əhəmiyyətindən necə faydalana biləcəyimizi müzakirə edək. 

    Alqoritmik düşüncə ilə problemi həll etmək üçün müəyyən əməliyyatlar yerinə yetirilməlidir. Bu əməliyyatları 4 yerə ayırmaq olar:

  • Parçalanma - problemi kiçik hissələrə bölərək həll etmək. Ən sadə şəkildə izah edilərsə, telefon nömrələrinin daha yaddaqalan və oxunaqlı olması üçün hissələrə ayrılması nümunə kimi göstərilə bilər: +XXX-XX-XXX-XX-XX.
  • Modelin tanınması - uğur və məğlubiyyət gətirən müəyyən metodların yadda saxlanması və digər hallarda da effektivliyi artırmaq üçün istifadə olunması. Məsələn, əgər bir reklam üçün istifadə olunan qırmızı rəng müştərilərin cəlb olunmasına müsbət təsir etdisə, digər oxşar reklamlar üçün də bu metoddan istifadə oluna bilər.
  • Mücərrədləşdirmə - problemin lazımsız detallarının nəzərə alınmaması, digər sözlə, filtrlənməsi. Günlük situasiyalara baxsaq, bir çox nümunələr görə bilərik. Məsələn, avtomobillərdən istifadə edərkən onun bütün hissələrinin necə işlədiyini əksər sürücü bilmir. Çünki lazımsız detalların bilinməsinə ehtiyac yoxdur, sürücünün etməli olduğu əməliyyatlar avtomobili işə salmaq, əyləci basmaq və s. kimi daha sadə işlərdir. 
  • İnsanlar və avtomatlaşdırılmış maşınlar arasında "ortaqlıq" -ilk 3 hissə insanlarla avtomatika arasındakı uyğunlaşmaya gətirib çıxarır. MİT Sloan İdarəetmə Məktəbində mühazirəçi olan Paul McDonagh-Smith deyir: “Alqoritmik biznes düşüncəyə aid alqoritmlər problemlər üzərində yanbayan, çiyin-çiyinə çalışan insanlar və maşınlardan ibarətdir.”

    Yuxarıda qeyd olunmuş hallarda alqoritmik düşüncənin nə qədər əhəmiyyətli olduğu və günlük həyatda ehtiyac duyulduğu müzakirə olundu. Bəs Kompüter Elmlərindən bizə tanış olan bu bacarığı daha da inkişaf etdirmək üçün nə etmək olar?

    Bu bacarıqdan istifadə etmək üçün ilk addım qarşımızda olan problemi təyin etməkdir. Əgər problem tam şəkildə müəyyən edilibsə, artıq onu bir neçə hissəyə parçalamaq daha asan olacaq. Növbəti addım problem barədə bütün informasiyaların toplanmasıdır. Nümunə üçün: müştəri hər hansı yaradılan proqramda hesab yaradarkən problem yaşayırsa, spesifikləşdirmək üçün bu suallar verilə bilər: Proqrama daxil olarkən hansı serverdən istifadə olunur? Digər mail adresləri üçün də mi eyni problem yaşanır? və s. Növbəti olaraq, parçalanmış problem üçün addımların ən uyğun ardıcıllığını müəyyənləşdirmək lazımdır. Məsələn, bir-birindən asılı olan əməliyyatlar yanaşı icra edilə bilər. Digər önəmli faktor müxtəlif variantların mövcudluğunu nəzərə almaqdır: proqramlaşdırmada bunu “if – else” komandalarından istifadə edərkən tətbiq etmək olar. Qarşılaşdığımız problemi tam mənimsədikdən sonra həllə aparan metodlar planlaşdırıla bilər. Bəzən müəyyən prosesləri təkrarən icra etmək lazım gəlir, odur ki mümkün döngə və ya “loop”ları planınıza daxil etməyi unutmayın. Plan hazır olduqdan sonra çözümün “skeleti” sizin əlinizdədir; yeganə edilməli olan planı icra etməkdir.

    Bu məqalədə alqoritmik düşüncə, onun əhəmiyyətləri və inkişaf olunma yolları müzakirə olundu. Məqalənin başlanğıcında alqoritmlərə nümunə olaraq yemək bişirmək göstərilmişdi. Təsadüfi deyil ki, yeməklərlə alqoritmlər arasındakı əlaqəni təsvir edən “A Book of Tasty Algorithms” kitabının ön sözünü yazanlardan biri olan məşhur alim Donald Knuth deyir ki, bir alqoritmə inanmaq üçün onu görmək lazımdır və bunun üçün ən yaxşı yol cəhd etməkdir.

heart save

Rufa Guliyeva

20.09.2023

👏🏻👏🏻👏🏻👏🏻

Fidan Yusifova

20.09.2023

Əla👏🏻👏🏻

Cəbrayıl

20.09.2023

Əla👏👍

Faik Eyvazli

20.09.2023

👏👏

Sadiq

20.09.2023

Mükəmmədi! əl-Xarəzmi görsə qürur duyardı👍👏

Chilanay Hajisoy

20.09.2023

👍🏻👏🏻👏🏻

Nuray Məmmədova

20.09.2023

Məqaləni İlhamə yazıbsa mükəmməl olmama ehtimalı yoxdu💖👍

Nuray Məmmədova

20.09.2023

😍❤👏👏👏

Nargiz

20.09.2023

😍😍😍👏

Yazar
  • İstifadəçi adı:

    Ilhama Novruzova
  • Ad Soyad:

    Ilhama Novruzova
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?