employment.az employment.az

Dərc olunma tarixi

17.04.2022 Fərdi İnkişaf

Baxış sayı

eye 1761

Oxunma müddəti

clock 8 dəq

Nə üçün "İnsan Resursları"?

İş həyatında bir çoxumuzun eşitdiyi  “HR” ifadəsinin nə mənaya gəldiyini bilirikmi? Nə üçün bu peşə bu qədər vacib hesab olunur? Ümid edirəm ki, məqaləm sizə yetərincə aydın məlumat verər! :)

HR ifadəsi – ingilis dilindəki “human resource” ifadəsinin qısaldılmış formasıdır. Mənası İnsan Resursları deməkdir. “Human resource” ifadəsi elmdə ilk dəfə – Amerikalı iqtisadçı John Commons tərəfindən (1862-1945) özünün 1893-cü ildə yazdığı “Distribution of Wealth” (Sərvətin bölüşdürülməsi) adlı kitabında işlədilmişdir. “Human resource” ifadəsini müasir anlamda isə – Amerikanın Yale Universitetinin professoru, iqtisadçı və sosioloq – Edward Wight Bakke (1903-1971) öz məqalələrində işlətmişdir.

İnsan Resursları – təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir.

Bəs HR-ın əsas vəzifələri nədən ibarətdir? Nə üçün HR-a ehtiyac duyulur?

1.     İnsan Resurslarının planlaşdırılması gərəkli sayda uyğun əməkdaşın ehtiyac yarandığı zamanda uyğun vakansiyaya yerləşdirilməsini təmin etmək, təşkilatın insan resursları ehtiyaclarının müəyyənləşdirilməsindən ibarətdir.

2.     Professional mütəxəssisi işə qəbul etməklə hər şey bitmir, gərək işləri tələb olunan səviyyədə yerinə yetirsin.

3.     Personalın idarə olunmasında məzuniyyət cədvəllərinin hazırlanması, əmək haqqının hesablanması üçün işlədiyi günlərin müəyyənləşdirilməsi

4.     İşçinin qabiliyyətinə uyğun olaraq, əmək fəaliyyətində onu istifadə etməsi, peşəkarlıq səviyyəsinin artırılması, kadr hazırlığı daha önəmlidir

İnsan Resursları şöbəsi müəssisənin dayağıdır. Rəhbərlik ilə işçilər arasında sağlam mühitin formalaşmasında böyük rol oynayır. İnsan Resurslarının təməl işi “İnsan”dır. İR işi son dərəcə səbr, dözümlülük, kollektivlə işləmək, insan tanıma, gərgin iş şəraitində işləmək bacarığı tələb edir. İnsan Resursları mütəxəssisi işçinin təhlükəsiz əmək şəraitində, sağlam mühitdə, həvəslə, yüksək əhval-ruhiyyədə işləməsini təmin etməlidir.

İnsan Resursları idarəsinin funksiyalarına planlaşdırma, kadrlaşdırma, təlim, karyera idarəsi, əmək fəaliyyətinin idarəsi, əmək haqqının idarəsi, insan resurslarının mühafizəsi və insan resursları kargüzarlığı daxildir.

İnsan Resurslarının kadrlaşdırılması prosesində ilk növbədə müəssisənin ehtiyacı olan əməkdaşları tapmaq üçün namizədlər bazası formalaşdırılır. Burada əsas nüans bazanın keyfiyyətli şəkildə formalaşdırılması və tələb olunan keyfiyyətlərə malik namizədlərin seçilməsinə və yerləşdirilməsinə nail olmaqdır.

Performans qiymətləndirilməsinin işçilər üçün əhəmiyyəti bundan ibarətdir ki, işçilər müəssisənin onlardan nə gözlədiyini, nə tələb etdiyini və performanslarının necə qiymətləndirilməsi haqqında məlumat sahibi olurlar və bundan əlavə qiymətləndirmə nəticəsində işçilər özlərinin güclü və inkişaf etdirilməli tərəfləri haqqında məlumat əldə edirlər.

Müəssisələrdə keçirilən təlimlər sadəcə müəyyən bir dövrdə deyil, davamlı şəkildə həyata keçirilməlidir. Qloballaşan dünyada baş verən dəyişikliklərin artması rəqabətin əhəmiyyətini artırmışdır. Buna görə də müəssisələrin təlim və inkişaf proqramlarına olan marağı gündən-günə artır. İnsan Resurslarının təlimi  mövcud işçilərin daha səmərli işləməsi, işçilərin performanslarının yüksəldilməsi, bilik və bacarıqlarının artırılması üçün tətbiq olunur.

Hər bir insanın həyatında karyeranın böyük əhəmiyyəti vardır. İnsan Resursları karyerasının idarə edilməsi müəssisənin gələcəkdə ehtiyacı olan insan resurslarının yetişdirilməsi ilə bağlı həyata keçirdiyi fəaliyyətlər toplusudur.

İnsan Resurslarının mühafizəsi işçilərin təhlükəsiz və sağlam əmək şəraitində işləməsini ifadə edir. İnsan Resurslarının mühafizəsi prosesində əsas məqsəd işçinin təhlükəsiz əmək şəraitində işləməsini və işə görə işçinin sağlamlığına hər hansısa bir zərər gəlməməsini təmin etməkdir.

İnsan Resursları kargüzarlığı dedikdə, burada işçi heyətinə aid olan məlumatlar yaradılır, emal edilir, toplanılır və ehtiyac yarandığı zaman istifadə üçün təqdim edilir. Kargüzarlıq təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir.

İnsan Resursları haqqında sizi məlumatlandırmaq istədim. Bu işlərin öhdəsindən gələ biləcəyini düşünən hər kəs özünü bu sahədə sınaya bilər. Hər kəsə uğurlar!

 

 

 

 

 

heart save
Yazar
  • İstifadəçi adı:

    Lmn_nli
  • Ad Soyad:

    Ləman Namazlı
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?