Kaizen.az - Effektiv Öyrənmə Yolları

Effektiv Öyrənmə Yolları


1. Qeydlər aparın- Yeni informasiyalar öyrənən zaman qeydlər edin. Qeyd aparmaq həm  yazaraq öyrənməyinizə, həm də öz fikirlərinizi cəmləşdirib vacib nüansları yadda saxlamağınıza yardımçı olacaqdır.

2. Fərqli metodlarla öyrənin- Digər effektiv yollardan biri də, birdən çox öyrənmə metodlarına fokuslanmaqdır. Araşdırmalar göstərir ki, yeni məlumatı fərqli metodlarla öyrənmə beynin fərqli hissələrini öyrənmək üçün təşviq edir. Məsələn öyrəndiyiniz informasiyanı başqalarına öyrətməklə, yaxud bununla bağlı videolar izləməklə, digər resurslara nəzər yetirməklə siz yeni informasiyanı daha yaxşı yaddaşınızda saxlaya bilərsiz.

3. Fərqli mövzular üzərində çalışın- Gün ərzində fərqli mövzular üzərində çalışma daha effektiv nəticələrə  gətirib çıxarır. Çünki  bir gündə  eyni mövzu üzərində çox çalışmaq oxşar məlumatları qarışdırmağınıza səbəb  ola bilər.

4. Fasilələrlə öyrənin- Uzun müddət, fasiləsiz öyrənmə heç də düşündüyümüz kimi effektiv deyil. Çünki, yorğun beyin bir müddət sonra yeni informasiyalar almaqdan imtina edir. Məsləhət odur ki, yeni informasiyanı bir neçə hissələrə bölüb hissə-hissə öyrənəsiz.

 5.Təkrarlayın- Öyrənilən informasiyanı təkrarlamaqla beyninizə bu informasiyanın uzun müddət saxlanılmasının vacib olduğu mesajını vermiş olarsınız.  Həmçinin, dünyaca məşhur “Nature” jurnalının araşdırmaları göstərir ki, yeni öyrəndiyiniz informasiyaları daha yaxşı yaddaşda saxlamaq üçün bu informasiyaları vaxtaşırı təkrarlamaq lazımdır. 

0 Rəy

Şərh yazmaq üçün daxil olun