employment.az employment.az

Dərc olunma tarixi

07.03.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 3001

Oxunma müddəti

clock 8 dəq

Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

Öyrənmək üçün ən təsirli strategiyaları bilmək, yeni ideyalar, konsepsiyalar və bacarıqlar öyrənməyə çalışdığınız zaman səylərinizi maksimum dərəcədə artırmağa kömək edə bilər. Bununla belə, öyrənmə sürəti yeganə vacib amil deyil. Öyrəndiyiniz məlumatı dəqiq xatırlamaq və müxtəlif vəziyyətlərdə ondan səmərəli istifadə etmək vacibdir. 

Yaxşı öyrənməyi bilmək bir gecədə baş verən bir şey deyil, lakin bu 10 öyrənmə üsullarından bir neçəsini gündəlik təcrübədə tətbiq etmək sizə vaxtınızdan daha səmərəli istifadəyə kömək edə bilər. 

1. Yaddaşınızı Təkmilləşdirin

Yaddaşı gücləndirə biləcək bir sıra müxtəlif strategiyalar var. Diqqəti gücləndirmək, sıxılma seanslarından qaçınmaq və öyrənmə vaxtınızı strukturlaşdırmaq kimi əsas məsləhətlər başlamaq üçün yaxşı metodlardır. Lakin öyrənmə səmərəliliyinizi kəskin şəkildə artıra biləcək əsas nüans psixologiyanızın yaxşı vəziyyətdə olmasıdır.

Yaddaşınızı yaxşılaşdırmağa kömək edə biləcək strategiyalara aşağıdakılar daxildir:

  • Yaddaşın və beyin sağlamlığının yaxşılaşdırılması ilə əlaqəli müntəzəm fiziki məşq etmək
  • Digər insanlarla ünsiyyətdə vaxt keçirmək
  • Kifayət qədər yuxu almaq
  • Diqqətinizi yayındıran amilləri aradan qaldıraraq, öyrəndiyiniz şeyə fokuslanmaq
  • Öyrəndiyiniz məlumatı yadda saxlamağı asanlaşdırmaq üçün qruplaşdırmaq
  • Öyrənərkən ətraflı məşqdən istifadə etmək; yeni bir şey öyrəndiyiniz zaman onu öz sözlərinizlə özünüzə təsvir etmək üçün bir neçə dəqiqə sərf edin
  • Şəkillər, qrafiklər və diaqramlar kimi əyani vasitələrdən istifadə
  • Öyrəndiyiniz məlumatları yüksək səslə oxumaq

Məsələn, öyrənmək üçün sakit vaxt ayırmaq və məlumatları ucadan oxumaq kimi ümumi öyrənmə üsullarından istifadə edə bilərsiniz. Bunu məşq etmək və sosiallaşmaq kimi daha yaxşı yaddaşı gücləndirə biləcək strategiyalarla birləşdirə bilərsiniz.

Öyrənmə İpucu

Əgər vaxtınız varsa, öyrənmə strategiyalarını birləşdirməyi düşünün. Gəzinti zamanı podkasta qulaq asın və ya yeni bacarıqlarınızı başqaları ilə təcrübə edə biləcəyiniz qruplara qoşulun.

 

2. Yeni Şeylər Öyrənməyə Davam Edin

Daha effektiv öyrənən olmağın etibarlı yollarından biri sadəcə öyrənməyə davam etməkdir. Tədqiqatlar nəticəsində məlum olub ki, beyin yeni hüceyrələr istehsal etmək qabiliyyətinə malikdir. Bu proses neyrogenez kimi tanınır. Bununla belə, bu hüceyrələrin bir çoxu, insan bir növ davamlı öyrənmə ilə məşğul olmadığı zaman ölə bilər. Yeni şeylər öyrənərək, bu hüceyrələr canlı saxlanılır və beyin dövrələrinə daxil edilir.

Beləliklə, əgər siz yeni bir dil öyrənirsinizsə, əldə etdiyiniz nailiyyətləri qorumaq üçün bu dili öyrənməyə davam etmək və istifadə etmək vacibdir. Bu "istifadə et və ya itir" fenomeni "budama" kimi tanınan beyin prosesini əhatə edir. "Budama" zamanı beyində müəyyən yollar saxlanılır, digərləri isə aradan qaldırılır. Əgər indicə öyrəndiyiniz yeni məlumatın yaddaşınızda qalmasını istəyirsinizsə, təkrarlamağa davam edin.

 

3. Bir neçə yolla öyrənin

Öyrənməyin ən yaxşı yollarından biri də birdən çox şəkildə öyrənməyə diqqət yetirməkdir. Məsələn, sadəcə eşitmə öyrənməni əhatə edən podkast dinləməkdən əlavə, həm şifahi, həm də vizual olaraq məlumatı təkrarlamaq daha effektivdir. Bu, öyrəndiklərinizi dostunuza izah etməyi, qeydlər aparmağı və ya vizuallar çəkməyi əhatə edə bilər. Birdən çox şəkildə öyrənməklə, zehninizdəki biliyi daha da möhkəmləndirirsiniz.

Məsələn, yeni bir dil öyrənirsinizsə, dil nümunələrini dinləmək, yazılı olaraq oxumaq, dostunuzla təkrarlamaq və öz qeydlərinizi yazmaq kimi müxtəlif üsulları sınayın.

Faydalı məsləhətlərdən biri noutbuk, planşet və ya kompüterdə yazmaq əvəzinə qeydlərinizi kağız üzərində yazmağa çalışmaqdır. Tədqiqatlar göstərir ki, kağız üzərində notlar rəqəmsal qeydlərdən daha effektiv şəkildə yaddaşda məlumatın möhkəmlənməsinə kömək edə bilər.

Xülasə: Öyrənmə üsullarınızı dəyişdirmək və özünüzə müxtəlif yollarla və müxtəlif kontekstlərdə öyrənmək imkanı vermək sizi daha səmərəli öyrənən olmağa kömək edə bilər.

 

4. Öyrəndiklərinizi Öyrədin

Pedaqoqlar qeyd ediblər ki, nəyisə öyrənməyin ən yaxşı yollarından biri onu başqasına öyrətməkdir. Yeni öyrənilmiş bacarıq və bilikləri başqaları ilə bölüşməklə bu prinsipi həmişə tətbiq edə bilərsiniz. Məlumatı öz sözlərinizlə izah etməklə başlayın. Təkcə bu proses beyninizdə yeni biliklərin möhkəmlənməsinə kömək edir. Sonra, öyrəndiklərinizi bölüşmək üçün fərqli yollar tapın.

 

5. Əvvəlkilərlə Əlaqəli Öyrənin

Daha effektiv öyrənən olmaq üçün başqa bir əla yol: yeni məlumatların artıq bildiyiniz şeylərlə əlaqələndirilməsini nəzərdə tutan əlaqəli öyrənmədən istifadə etməkdir. 

Məsələn, yeni bir dil öyrənirsinizsə, öyrəndiyiniz yeni lüğət və qrammatikanı ana diliniz və ya danışa biləcəyiniz digər dillərdə artıq bildiklərinizlə əlaqələndirə bilərsiniz.

 

6. Praktik Təcrübə Qazanın

Bir çox tələbələr üçün öyrənmə adətən dərslikləri oxumaq, mühazirələrdə iştirak etmək, kitabxanada və ya onlayn araşdırma aparmaqdan ibarətdir. Məlumatı görmək və sonra onu yazmaq vacib olsa da, əslində yeni bilik və bacarıqların tətbiqi öyrənməni təkmilləşdirməyin ən yaxşı yollarından biridir.

Əgər bu idman və ya atletik bacarıqdırsa, bu fəaliyyəti müntəzəm olaraq həyata keçirin. Yeni bir dil öyrənirsinizsə, başqa bir insanla danışın və özünüzü dilə adaptasiya etmə təcrübələri ilə əhatə edin. Xarici dildə filmlərə baxın və öyrəndikləriniz bacarıqları tətbiq etmək üçün yaxınlarla söhbət edin. Bir sözlə, yeni nələrsə öyrənməyə çalışırsınızsa, diqqətinizi praktiki təcrübə qazanmağa yönəldin.

 

7. Səhv Etməkdən Qorxmayın

Tədqiqatlar göstərir ki, öyrənərkən səhv etmək təlim nəticələrini yaxşılaşdıra bilər. Bir araşdırmaya görə, səhvlərin həqiqi cavaba yaxın olduğu yerlərdə sınaq və səhv öyrənmə əslində öyrənmə prosesinin faydalı bir hissəsi sayıla bilər.

Beləliklə, yeni bir şey öyrənərkən səhv etsəniz, səhvi düzəltməyə və səhv cavaba necə gəldiyinizi araşdırmağa bir az vaxt sərf edin. Bu strategiya tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyə kömək edə bilər və fikrinizi dəyişdirməyi tələb edən öyrənmə vəziyyətlərinə sizi daha da uyğunlaşdıra bilər.

 

8. Bölünmə Təcrübəsindən İstifadə Edin

Kömək edə biləcək başqa bir strategiya bölünmə təcrübəsi kimi tanınır. Bütün öyrənmələrinizi bir neçə uzun seansa sığdırmağa çalışmaq əvəzinə, qısa, diqqətli bir sessiya keçirin və daha sonra fasilə verin. 

Beləliklə, əgər yeni bir dil öyrənirsinizsə, bir müddət intensiv öyrənmə seansına ayıra bilərsiniz. Fasilədən sonra siz geri qayıdıb əvvəlki öyrənmənizi məşq edəcəksiniz, eyni zamanda onu yeni öyrənmə ilə genişləndirəcəksiniz. Tədqiqatlar göstərir ki, bölünmə təcrübəsinin bu növü ən effektiv öyrənmə üsullarından biridir.

 

9. Testlər Keçirin

Öyrənməyə daha çox vaxt sərf etmək öyrənməni artırmaq üçün ən yaxşı yollardan biri kimi görünsə də, araşdırmalar göstərir ki, testlərdən keçmək əslində öyrəndiklərini, hətta testdə əhatə olunmasa belə, daha yaxşı yadda saxlamağa kömək edir.

Test effekti kimi tanınan bu fenomen yaddaşdan məlumat əldə etməyə vaxt sərf etməyin, həmin məlumatın uzunmüddətli yaddaşı yaxşılaşdırdığını göstərir. Bu təcrübə gələcəkdə həmin məlumatı yenidən yadda saxlamağınız ehtimalını artırır.

 

10. Çox tapşırıqla işləməyi dayandırın

Uzun illərdir ki, çoxlu tapşırıqlar yerinə yetirən (birdən çox işi eyni anda yerinə yetirən) insanların etməyənlərdən üstün olduğu düşünülürdü. Bununla belə, indi araşdırmalar göstərir ki, çoxlu tapşırıqlar əslində öyrənməni daha az effektiv edə bilər.

Araşdırmalara görə, bunu etmək insanların işlədikləri zaman məhsuldarlığını azaltmaqla yanaşı, həm də diqqəti zəiflədir və qavrama qabiliyyətini azaldır. Öyrəndiyiniz zaman çox tapşırıqlı olmaq məlumata diqqəti cəmləməyi çətinləşdirir və onu başa düşmənizi azaldır. Çox tapşırıqlı təhlükələrindən qaçmaq üçün diqqətinizi tapşırığa yönəltməklə başlayın və əvvəlcədən müəyyən edilmiş vaxt ərzində işləməyə davam edin.

 

Yekun

Necə öyrənəcəyinizi bilmək istəyirsinizsə, effektiv olduğu sübut edilmiş öyrənmə üsullarını tətbiq etmək vacibdir. Yaddaşınızı artırmaq və müxtəlif yollarla öyrənmək kimi strategiyalar faydalı ola bilər. Daimi olaraq yeni şeylər öyrənmək, sınanmış təcrübədən istifadə etmək və tez-tez özünüzü sınamaq da daha səmərəli öyrənən olmaq üçün faydalı yollar ola bilər.

 

Kaizen.az məsləhəti

Daha effektiv öyrənən olmaq vaxt apara bilər və yeni vərdişlər yaratmaq həmişə təcrübə və qətiyyət tələb edir.

Ən əsası, bilik və bacarıqlarınızı təkmilləşdirməyə qadir olduğunuz düşüncə tərzini inkişaf etdirməyə çalışın. Böyümək üçün öz potensialınıza inanmaq, izlədiyiniz öyrənmə imkanlarından istifadə etməyin ən yaxşı yollarından biridir.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?