-
İstifadəçi adı:
parviz_pirizade -
Ad Soyad:
Pərviz Pirizadə -
Məqalə sayı:
1
Dərc olunma tarixi
18.04.2022 Fərdi İnkişafBaxış sayı
Oxunma müddəti
Bir çoxunuz məhşur fizik Albert Eynşteyni tanıyır və onun məşhur nisbilik nəzəriyyəsi də aktuallıqda alimin özündən geri qalmır. Alimin nisbilik nəzəriyyəsi bizə zaman qavramı haqqında çox şey öyrədir, keçmişdə zamanın nə olduğu bir çox alimlər üçün qaranlıq qalsa da, Albert Eynşteyn sayəsində zaman haqqında bu gün çox geniş təsəvvürümüz formalaşmışdır. Zaman 4-cü ölçüdür,və məkanda necə hərəkət ediriksə zamanda da elə hərəkət edirik, lakin burda bir məqam var ki, 4-cü zaman ölçüsündə hərəkətimiz məhduddur, çünki məkandan fərqli olaraq biz zamanda yalnız irəli doğru hərəkət edə bilərik. Biz zamanda hərəkət istiqamətimizi təyin edə bilməsək də, zaman ölçüsündə gedəcəyimiz yol- yəni yaşayacaqlarımız öncədən təyin olunub, biz isə həmən olacaqları yaşamaq üçün zamanda irəli doğru hərəkət edirik. Ümid edirəm ki , bu yazdıqlarımla məsələ haqqında ilkin anlayışları sizdə formalaşdıra bildim. İndi isə istərdim ki, bu teoriyanın haradan gəldiyini ən sadə yolla, kiçik bir eksperiment ilə izah edim.
Bu eksperimenti sizə izah edə bilmək üçün ilk öncə işıq sürəti haqqında danışmalıyam. İşıq sürəti sabitdir və kainatda çata biləcəyiniz ən böyük sürətdir. İşıq sürəti təbiəti ilə, aşağı sürətlər kimi nisbi deyil, yəni aşağı sürətlərlə qarşı qarşıya hərəkət edən iki obyektin bir birinə nəzərən sürətləri toplanırdısa, (bizə əks istiqamətdə gələn avtomobil ,bizə nəzərən daha sürətli hərəkət edir, nəinki öz sürücüsünə görə) işıq sürəti ilə hərəkət edən hər iki obyektin sürəti hər iki sürücü üçün eynidir. Bundan başqa siz əlinizlə topu üfüqi istiqamətdə atsanız, o müəyyən sürət alacaqdır, lakin həmən hərəkəti velosiped sürə-sürə etsəniz həmən topun sürəti daha artıq olacaq çünki yekun sürət topun öz sürəti ilə velosipedin sürətinin cəminə bərabərdir, ancaq həmən eksperimenti işıq vasitəsilə etsəniz, əlinizdə top əvəzinə fənər olsa, və siz fənəri ilkin olaraq dayandığınız vəziyyətdə yandırsanız, sonra isə velosiped sürə-sürə etsəniz hər iki halda fənərdən işığın yayılma sürəti eyni olaraq qalacaq. Deməli işığın sürəti bütün müşahidəçilər üçün eynidir . Bəli,işığın belə bir maraqlı təbiəti var. Burdan aldığımız nəticə ilə isə artıq ekseperimenti izah etmək olar.
Şəkildə Albert Eynşteynin, məhşur xəyali qatar eksperimenti təsvir olunub .Qatar A nöqtəsindən B nöqtəsinə işıq sürətindən aşağı sürətlə hərəkət edir və C nöqtəsindəki adam stasionar vəziyyətdə qatarı müşahidə edir. Bu zaman həmən adam A və B nöqtəsində eyni anda şimşək çaxdığını müşahidə edir, çünki işıq müşahidəçiyə çatmaq üçün hər iki nöqtədən eyni yolu qət edir. Eyni hadisəni qatarın içərisində - D nöqtəsində olan adamın prizmasından müşahidə etsək, çox maraqlı bir vəziyyət ilə qarşılaşmış olacıq. D nöqtəsində olan adam üçün B nöqtəsidəki şimşək birinci , A nöqtəsindəolan şimşək isə ikinci çaxacaqdır,çünki qatar A nöqtəsindən B nöqtəsinə hərəkət edir , işıq A nöqtəsindən müşahidəçiyə çatmaq üçün daha çox yol məsafə qət etməlidir, və bu da təbi ki, daha çox vaxt alacaq, lakin müşahidəçi B nöqtəsinə hərəkət etdiyi üçün B nöqtəsi ilə müşahidəçi arasında məsafə azalır, buna görədə işıq daha tez bir zamanda müşahidəçiyə çatır. (Ümidvaram ki, hələ də buradasınız :-) ).
Bəs sizcə hansı müşahidəçi haqqlıdır? . Cavab maraqlıdır - hər ikisi. Deməli həyatımızda baş verən hadisələrin ardıcıllığı nisbidir və hərəkət istiqamətimizə uyğun olaraq dəyişir. Sizin üçün baş vermiş hadisələr, mənim üçün hələ baş verməmiş ola bilər və ya tərsi. Təcrübədəki məsafəni nəqədər artırsaq fərq bir qədər də artacaq, misal olaraq bizim qalaktikamızdan yüzlərlə işıq ili uzaqlıqda yerləşən yadplanetli üçün beethoven hələ də 9cu simfoniyasını yazır,və yaxud bizim üçün 200 il sonra baş verəcək hadisə bizdən çox uzaq məsafədə yerləşən yadplanetli üçün artıq baş verib. Qısaca ümumiləşdirsək, gələcəyimiz artıq kimin üçünsə baş verib.
Məhəmməd Mehdiyev
20.09.2023Çox maarifləndirici məqalədir. Müəllifə təşəkkürlər!
Cavid Piri
20.09.2023Əla
Cavid Piri
20.09.2023Müəllifə təşəkkürlər
Aydın Hüseynov
20.09.2023Çox maraqlı isbatıdır, təşəkkürlər
İstifadəçi adı:
parviz_pirizadeAd Soyad:
Pərviz PirizadəMəqalə sayı:
107.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf