-
İstifadəçi adı:
justaman.e -
Ad Soyad:
Elgün Həsənov -
Məqalə sayı:
1
Dərc olunma tarixi
19.04.2022 Fərdi İnkişafBaxış sayı
Oxunma müddəti
Hər kəsə salam! Bu gün mən sizlərə Danning Kruger effekti haqqında danışmaq istərdim.
1995-ci ilin aprelində Makartur Uiler üzünə limon şirəsi çəkərək Pittsburqda iki bank qarət edir. Onun fikrinə görə, limon şirəsi onu kameralar qarşında görünməz etməli idi, eynən limon şirəsinin görünməz mürəkkəb istifadəsi kimi. O, hətta qarətdən qabaq bu ideyanı öz "Polaroid" kamerası qarşısında sınaqdan keçirdiyinidə iddia edirdi. Əlbəttə ki, bu, tam axmaqlıq idi və o, çox tez bir zamanda polislər tərəfindən tutulur. Həbsi zamanı, Makarturun son sözləri "Mən ki limon şirəsini çəkmişdim.." sözləri olur.
Əvvəlcə Uiler-i adi ruhi xəstə-cinayətkar hesab edirlər. Onu, hətta ən axmaq cinayətkarlardan biri olduğu üçün 1996-cı ildə dünya Almanahına daxil edirlər. Lakin Kornelldəki psixologiya professoru David Danning və onun aspirantlarından biri olan Justin Kruger bu, Danning-Kruger təsiri kimi tanınan, hal-hazırda ümumi bir fenomenin gözəl bir nümunəsi olduğunu başa düşürlər.
Dunning Kruger təsiri nədir?
Qısacasına təsvir etsək, insanların öz qabiliyyətlərini düzgün qiymətləndirməməsi meylidir. Ortalamadan az qabiliyyətlərə sahib olan insanlar öz qabiliyyətlərini həddindən artıq qiymətləndirməyə meyllidirlər, ortalamadan çox qabiliyyətlərə sahib olan insanlar özlərinin nə qədər yaxşı olduqlarını dərk etmirlər. Yəni, bəzi insanlar nə qədər axmaq olduqlarını başa düşmək üçün çox ağılsızdırlar, ağıllı insanlar isə onların əllərindəki hər şeyi əksəriyyətin edə biləcəyinə inanırlar.
Ən səsli adətən axmaqlıq dağındadır.
Təəssüf ki, hamıdan bərkdən danışanlar tez-tez daha böyük əminliklə və ən az səriştəyə malikdirlər. Məsələn, siyasi spektrin hər iki tərəfində "müdriklər" saatlarla onların az anladıqları mövzularda danışırlar. Adətən onlar elm, iqtisadiyyat, xarici siyasət, tibb və s. haqqında sonsuz danışırlar. Onda haradan onlarda belə əminlik? Bəli, onlar Dunning-Kruger təsirindən əziyyət çəkir. Eyni şəkildə, siyasətçilər çox az bildikləri zaman özlərini ekspertlər kimi təqdim etməyi sevirlər. Bu da tez-tez sosial şəbəkələrdə baş verir, burada insanlar öz fikirlərini bölüşürlər, sanki onlar ekspertlərdir. Əslində, onların bir çoxu yalnız bir və ya iki məqaləni oxuyub, və ya digər istifadəçinin videolarını izləyib, öz fikirlərini kritika ilə ifa edirlər. Onlar bəzən potensial təhlükəli, yanlış məlumatlar yayaraq, açıq-aydın mənasız fikirlər mübadiləsi aparırlar. Digər tərəfdən, daha təhsillilər, daha sessizdirlər. Ümidsizlik vadisində olanlar fırıldaqçılar kimi hiss edirlirlər.
İstifadəçi adı:
justaman.eAd Soyad:
Elgün HəsənovMəqalə sayı:
107.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf