-
İstifadəçi adı:
shiralix -
Ad Soyad:
Shirali Badalov -
Məqalə sayı:
1
Dərc olunma tarixi
20.07.2022 FilmlərBaxış sayı
1735Oxunma müddəti
3 dəqFilmlərdən fərqli olaraq sənədli filmlər real həyatları göz önünə gətirir. Məhz bu baxımdan sənədli filmlər daha duyğu yüklü olur. İzləməkdən zövq alacağınız bir neçə sənədli filmi sizlər üçün sıraladıq. Xoş mütaliələr diləyirik.
1. For Sama - 2019-cu il istehsalı olan bu sənədli film Waad al-Kateb-in Suriyanın Hələb şəhərində 2011-ci ildə başlayan vətəndaş müharibəsi dövründə 5 illik həyatına fokuslanır. Sənədli film boyunca Hələb Universitetinin tələbəsi olan Waad al-Kateb-in aşiq olmasını, Hələb şəhərindəki xəstəxanaların birində həkim olan Hamza al-Kateab ilə evlənməsini, Səma adlı qızını dünyaya gətirməsini və vətəndaş müharibəsi boyunca analıq yolunu izləyirik. Sənədli film 2020-ci ildə 92-ci akademiya mükafatlarında "ən yaxşı sənədli film" üçün akademiya mükafatına namizəd göstərilib. Həmçinin sənədli film 73-cü BAFAs film mükafatlarında "ən yaxşı sənədli film" seçilib. Bundan əlavə sənədli film daha onlarla mükafatın qalibidir.
2. Free Solo – Bu sənədli film Alex Honnald adlı bir gənc alpinistin 914 metr yüksəkliyində olan El-Kapitan adlı bir qaya parçasına “Free Solo” meydan oxumasını mərkəzə alır. Free Solo isə heç bir alət istifadə etmədən, yalın əllə dırmanış növüdür. 2018-ci il Amerika istehsalı olan bu sənədli film Alex Honnaldın 2009-2017-ci illəri ərzində bu dırmanış üçün hazırlıq dövrünü əhatə edir. Bu möhtəşəm meydan oxumanın nəticəsini öyrənmək üçün şiddətli şəkildə filmə baxmağınızı tövsiyyə edirik. Əlavə olaraq film 2019-cu ildə 91-ci Akademiya mükafatlarında “ən yaxşı sənədli film” kateqoriyası üzrə qalib olmuşdur.
3. Magnus – Sənədli film şahmat tarixinin ən güclü şahmatçılarından biri olaraq bilinən və şahmat üzrə 5 qat Dünya Çempionu olan Magnus Carlsenin ilk Dünya Çempionluğuna (2013) qədərki dövrü əhatə edir. Magnus çempionatın finalında Viswanathan Anand ilə qarşılaşmışdı.
4. Honeyland – Sənədli film Makedoniyada yaşayan və arıçılıqla məşğul olan Hatice Muratovanın hekayəsini bizə göstərir. Film boyunca biz Haticenin necə bal toplamasını, yataq xəstəsi olan anası və qonşuları ilə münasibətini izləyirik. Filmin çəkilişləri 3 il davam edib və toplamda 400 saatlıq kadr lentə alınıb. Film “Sundance” film festivalında 3 kateqoriya üzrə qalib olmaqla yanaşı, 92-ci Akademiya mükafatları üzrə “ən yaxşı sənədli film” və “ən yaxşı beynəlxalq film” kateqoriyaları üzrə namizəd göstərilib.
5. My Octopus Teacher – 2020-ci il Netflix istehsalı olan bu sənədli filmdə Craig Foster adlı bir şəxsin Cənubi Afrika sahillərində bir ahtapotla münasibət qurmasından bəhs edilir. Sənədli film 2021-ci ildə 93-cü Akademiya mükafatlarında “ən yaxşı sənədli film” kateqoiyası üzrə Oscarın qalib olmuşdur.
6. Apollo 11 – İnsan üçün kiçik amma insanlıq üçün böyük bir addım atıldı: – Neil Armstrongun məşhur cümləsindən də bəlli olduğu kimi, bu sənədli film insanlığın Aya ilk gedişindən, yəni Apollo 11 səfərinin hazırlıq müddətindən insanlığın Aya ilk enişinə qədər olan müddəti ekranlara gətirir. 2019-cu il istehsalı olan bu sənədli film tamamilə arxiv görüntülər əsasında hazırlanmışdır.
İstifadəçi adı:
shiralixAd Soyad:
Shirali BadalovMəqalə sayı:
107.03.2021
Filmlər
01.04.2021
Filmlər
02.08.2021
Filmlər