employment.az employment.az

Dərc olunma tarixi

18.07.2022 Fərdi İnkişaf

Baxış sayı

eye 1903

Oxunma müddəti

clock 4 dəq

Bütün zamanların ən çox satılan 10 kitabı

 

1. A tale of two cities (İki şəhərin hekayəsi) - 200 milyon

Çarlz Dikkensin ilk dəfə 1859-cu il 30 apreldə çap etdirdiyi əsəri olmaqla, yaradıcılığının özəyi sayılır. Roman üç kitabdan ibarətdir. 200 milyon nüsxədən çox satılan əsər dünyada ən çox satılan romandır. Dikkens, əsəri kitab şəklində çap etməzdən öncə qurucusu olduğu "All the year round" həftəlik qəzetində bölümlər şəklində nəşr etmişdir.
 
2. The Lord of the Rings (Üzüklərin hökmdarı) – 150 milyon

“Üzüklərin hökmdarı” xeyirlə şərin mübarizəsi haqqında gözəl bir nağıl - dostluq, ümid, sədaqət kimi əbədi mövzulardan bəhs edən klassik və ölümsüz bir əsərdir. Əvvəlcə bir cildlik əsər olmalı idisə, sonradan üç hissəyə bölünərək dərc olunmuşdur: "Üzük qardaşlığı", "İki qala" və "Kralın qayıdışı". “Üzüklərin hökmdarı” son yüz ildə ən çox oxunan yüz kitab arasında ilk yerlərdən birini tutur.

 
3. The Hobbit – 140,6 milyon

İngilis yazıçısı Con Tolkin tərəfindən fantaziya janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır.
 

4. The little prince (Balaca şahzadə) – 140 milyon

Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayə. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub. Kitabdaki şəkilləri Ekzüperi özü çəkib. Əsərdə böyüklərin dünyası uşağın gözü ilə izah edilir. "Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır" – kitabın proloqu.

 

5. Harry Potter and the Philosopher's Stone (Harri Potter və Fəlsəfə Daşı) – 107 milyon

Valideynlərini itirmiş on bir yaşlı Harri Potter xalasının ailəsində yaşayır, özünün əsl cadugər olması isə ağlına belə gəlmir. Lakin günlərin bir günü bayquşun onunçün gətirdiyi məktubdan sonra Harri Poterin həyatı büsbütün və həmişəlik dəyişir…
 

6. And Then There Were None (On zənci balası) – 100 milyon

Dünyada 100 milyondan çox satışa imza atmış az sayda kitab var. Ümumilikdə fantastik və dram janrında olan bu kitablara detektiv janrda yalnız bir-Aqata Kristinin On zənci balası kitabı daxildir. Kitabın ilk nəşrində adı Ten little niggers olaraq qeyd edilmişdir. Yəni,on balaca zənci. Daha sonralar bu adın irqçiliyə yol açdığı düşünüldü və adı “And Then There Were None” (Və sonra heçkim qalmadı) olaraq dəyişdirildi. Son illərdə isə bir çox ölkələrdə ilk adı ilə adlandırılır. Roman “Qatil kimdir” sualının ən uğurlu şəkildə ifadə edildiyi əsərdir. Buna bir də qaçışı olmayan kimsəsiz ada əlavə edildikdə həyəcan romanın hər səhifəsində daha da artır.

 
7. Dream of the Red Chamber (Qırmızı palatanın yuxusu) – 100 milyon

18-ci əsrin ortalarında Cao Xueqin tərəfindən yazılmış bir romandır. Çin ədəbiyyatının dörd böyük klassik romanından biridir. Psixoloji əhatə dairəsi və 18-ci əsr Çininin dünyagörüşünü, estetikasını, həyat tərzini və sosial əlaqələrini müşahidə etməsi ilə tanınır.
 

8. A History of Adventure (Macəra Tarixi) – 100 milyon

İngilis yazıçısı Henry Rider Haggard tərəfindən yazılmış və ilk dəfə 1886-cı ilin oktyabrından 1887-ci ilin yanvarına qədər The Graphic jurnalında dərc edilmiş roman. Fantastik roman janrının klassiklərindən biri, 44 dildə 83 milyon nüsxə sataraq onu bütün zamanların ən çox satılan kitablarından biri edib.

 9. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe (Narniya Salnamələri: Aslan, Cadugər və Qarderob) – 85 milyon

Alisa möcüzələr ölkəsində kitabının müəllifi C.S. Lewis-in 7 kitablıq Narniya Salnamələri kitab seriyasının ikinci kitabı. Bu, əslində seriyanın yazılan ilk kitabıdır. İngiltərədə ən çox oxunan uşaq kitablarından biridir, seriyanın 3 kitabından ibarət filmi milyon dollarlıq büdcə ilə çəkilmişdir.

 

10. The Da Vinci Code (Da Vinçi şifrəsi) – 80 milyon

Den Braun tərəfindən 2003-cü ildə nəşr olunan dedektiv-triller janrında roman. Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünü, Sion və Opus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir.

 

 

 

 

 

 

 

 

heart save
Yazar
  • İstifadəçi adı:

    Nuray Rəhimova
  • Ad Soyad:

    Nuray Rəhimova
  • Məqalə sayı:

    2

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?