-
İstifadəçi adı:
Gulsabah -
Ad Soyad:
Gulsabah Mustafayeva -
Məqalə sayı:
1
Dərc olunma tarixi
26.07.2022 HekayələrBaxış sayı
1664Oxunma müddəti
5 dəqVan Gogh kimilərinə görə dərsləri çətinliklə anladığı üçün, kimilərinə görə isə özünü yalnız hiss etdiyi üçün 12 yaşında oxuduğu məktəbi tərk etmişdir. Onun bacısı Elizabet öz xatirələrində Vincent'in ciddi, həssas bir oğlan olduğunu, ailəsi və dostlarının yoldaşlığından çox təkliyi üstün tutan biri olduğunu, çiçəkləri, quşları və həşəratları sevdiyini xatırladır. Van Gogh'un erkən yaşlarına dair məlumatlar o qədər də çox deyil. Onun həyatı, vəziyyəti haqqında olan məlumatlara qardaşı Theo ilə olan qısa yazışmalarında rast gələ bilərik. Van Gogh rəsm çəkməyə 1881-ci ildə, yəni 28 yaşında başlamışdır və sadəcə 9 il kimi qısa müddətdə 2100-ə yaxın əsər yaratdı.
Əslində, bəzilərimiz düşünür ki, rəssamlar daxillərində olan istedadı uşaq yaşlarında ortaya çıxarır ve sonra dərslər alaraq bu bacarığı daha da inkişaf etdirirlər. Amma Van Gogh'un həyatından da gördüyümüz kimi, bu belə deyil. Van Gogh 28 yaşında öz bacarığını kəşf etdi. Beləliklə Van Gogh "sənət nədir" sualına cavab tapmış oldu.
Dəyərli sənətkarın həyat hekayəsindən söz açdıqda, onun yaşadığı dövrü də unutmamalıyıq. Vincent həmin dövrdə çox da geniş yayılmayan post-impressionizm fəlsəfi fikrini təmsil edirdi.
Rəssamın əsərlərində istifadə etdiyi parlaq rənglərlə (əsasən mavi və sarının tonlarına üstünlük verirdi) göstərmək istədiyi, əslində təbiətin özü deyil , sənətçinin təbiət qarşısındakı ruhi vəziyyətidir. Van Gogh'un ən məşhur əsərlərindən biri olan "The Starry Night"- da rəssam, psixoloji dispanserin pəncərəsindən gördüyü göy üzünü təsvir etməmişdir. Yəni o, dəli olduğu üçün göy üzünü belə görmürdü, əksinə o gördüyü mənzərənin ona hiss etdirdiyini təsvir edirdi. Fikrimcə, Van Gogh dəliliyi sayəsində rəsm çəkməmişdir, dəliliyinə rəğmən rəsm çəkmişdir.
Dahi sənətkar bütün həyatını yoxsulluq içərisində keçirmişdir. Günlərini demək olar ki, yavan çörək yemək, qəhvə içmək, siqaret çəkmək və ən önəmlisi rəsm çəkməklə keçirirdi. 1886-cı ilin mayında qardaşı Theo'ya keçən ilin mayından bəri yalnız 6 dəfə isti yemək yediyini yazmışdı. Van Gogh Theo'un göndərdiyi bütün pulu rəsm çəkmək üçün olan alətlərə xərcləyirdi.
Vincent van Gogh bir müddət Arlesdə işlədiyi rəssam Paul Gauguin ilə mübahisə etdikdən sonra axşam çağı sol qulağını kəsdi. Səhər saatlarında polis onu yatağında huşsuz vəziyyətdə tapdı. Sonra isə yenə də halüsinasiyalar görməyə başladı. Bu hadisədən sonra Van Gogh psixoloji dispanserə yerləşdirildi. Dispanserdə onu qəfəsə saldılar, amma yenə də sənətinə olan sevgisi, rəsm çəkmək eşqi bitib-tükənmirdi. Bir müddətdən sonra Van Gogh dispanseri tərk etdi. Van Gogh dispanserdən ayrıldıqdan sonra Paris yaxınlığında bir həkim tərəfindən müalicə edildi. 1890-cı ilin may ayına çatanda 70 gündə 75 əsər yaratmışdı, amma bütün bunlara baxmayaraq yalnızlıq qorxusu onu tərk etmədi ve yenə depressiyaya girdi. Özünün dediyi kimi, o, işinə ruhunu və qəlbini verdi və bu müddətdə də ağlını itirdi.
Van Gogh demişdir -"Rəsmlərimin satılmadığı həqiqətini dəyişdirə bilmərəm , amma insanlar zamanla rəsmlərimin, üzərində istifadə olunan boyadan daha çox dəyərli olduğunu anlayacaqlar. 2004-cü ildə elm adamları hər bir ulduzun ətrafında qaz ve toz buludlarinin hərəkət etdiyini aşkar edir və bu onlara həqiqətən də Van Gogh' un "The Starry Night" əsərini xatırladır. Beləliklə, alimlər dahi rəssamın əsərlərini piksellər şəkilinə çevirib, 2 piksel arasındakı məsafəni tapmaqla və digər araşdırmalar etməklə "Turbulent axın" hadisəsinin riyazi izahını verirlər.
Van Gogh 27 iyul 1890-cı ildə yaşadığı yataqxanada tapdığı silahı götürüb tarlaya gedir və günortadan sonra özünü həmin silahla vurur. Əslində Van Gogh tarlada ölmür və hətta qaçaraq qaldığı yataqxanaya geri dönür. Orada ona 2 həkim baxır, amma heç biri cərrah olmadığı üçün ona yardım edə bilmir. Bir gün sonra qardaşı Theo ona baş çəkməyə gəlir. Özünü vurduqdan sonra 30 saat müddətində Van Gogh sağ qalmağı bacarır, amma infeksiya qapan yara onun ölümünə səbəb olur. Qardaşı Theo'ya dediyi son cümlə "kədər sonsuzadək davam edəcək" olmuşdur. Van Gogh 37 yaşında illərcə davam edən yoxsulluq ve psixoloji xəstəliyin ardından kimilərinə görə intihar, kimilərinə görə cinayətə qurban gedərək həyata vida edir. Özünü silahla vurduqdan sonra çəkdiyi şəkil duyğusallıq baxımından bir cox sənətçinin diqqətini çəkir ve onlar həyata bu cür bağlı olan insanın özünü öldürmə ehtimalının olmadığını iddia edirlər, amma fikrimcə, Van Gogh'un psixoloji problemlərinin olduğunu unutmaq olmaz. Təbii ki, buna görə onun duyğuları dəyişə bilər və özünü öldürmək həddinə çata bilərdi. Van Gogh ölümündən sonra şöhrət qazandı. Eduardo Galeano'un dediyi kimi "Bu gün Van Gogh ona yemək verməyəcək restoranların divarlarını, onu psixoloji dispanserdə saxlayan həkimlərin müayinə otaqlarını və onu həbsə salacaq vəkillərin otaqlarını bəzəyir".
İstifadəçi adı:
GulsabahAd Soyad:
Gulsabah MustafayevaMəqalə sayı:
107.03.2021
Hekayələr
07.03.2021
Hekayələr
07.03.2021
Hekayələr