-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
143
Dərc olunma tarixi
07.03.2021 Fərdi İnkişafBaxış sayı
4000Oxunma müddəti
3 dəqƏminəm ki, bir çoxumuz gündəlik həyatımızda görəcək işlərimizi təxirə salmağa meyilliyik. 2006-ci ildə Harvard universitetinin professorları Todd Rogers və Max Bazerman "nəyə görə işlərimizi təxirə salırıq?" sualına cavab tapmaq üçün bəzi araşdırmalar etməyə başladılar. Belə ki, onlar işləyən insanlara gələcəyə investisiya məqsədli əmək haqqlarının 2 faizini balansda saxlayan bir sistem təklif edirlər. Təklif 2 versiyada həyata keçirilir.
1. Birinci versiyada iştirakçılara mümkün olduqca tez biz zamanda sistemin fəaliyyətə başlayacağını təklif edirlər. Bu versiyani iştirakçıların sadəcə 30 faizi qəbul edir.
2. Digər versiyada isə bu sistemin bir il sonra fəaliyyətə başlayacağı təklifi irəli sürüldü. İştirakçıların 70 faizi bu təklifi qəbul etdi.
Axı nəyə görə indi deyil də bir il sonra?
Araşdırmalar göstərir ki, insanlar fürsətlərdən yerindəcə istifadə etmək istəyirlər. Nümunədən də göründüyü kimi insanlar gəlirlərinə indi deyil də, bir il sonra qənaət etməyi məqsədəuyğun hesab edirlər. Təxirə salmağımızın səbəbi zehnimizin dərhal bir fayda istəməsidir.
Uzunmüddətli perspektivdə seçim asandır,amma bu gün seçim etmə vaxtı gəldikdə məhsuldar olmayan davranışların dərhal faydalarını qiymətləndiririk. İqtisadçılar bu konsepsiyanı “zaman uyğunsuzluğu” adlandırırlar, çünki gələcək haqqında düşündüyümüzdə uzunmüddətli fayda gətirən seçimlər etmək istəyirik (“Bəli, daha çox qənaət edəcəyəm”). Lakin bu gün haqqında düşünəndə qısamüddətli faydalara səbəb olan seçimlər etmək istəyirlər (“Bunu dərhal xərcləyəcəyəm”).
İşlərinizi təxirə salmaqdan qurtulmaq üçün ilk növbədə dərhal qərar verməyin. Təxirə saldığınız işin sizin üçün nə kimi nəticələr verəcəyini düşünün. Digər aspektdən yanaşsaq, gün ərzində sadəcə 10 dəqiqə vaxtınızı alacaq işi görmək bir həftə sonra sizin bir saat vaxtınızı ala bilər.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14307.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf
07.03.2021
Fərdi İnkişaf