Kaizen.az - Nəyə Görə İşlərimizi Təxirə Salırıq?

Nəyə Görə İşlərimizi Təxirə Salırıq?



Nəyə görə işlərimizi təxirə salırıq?


Əminəm ki, bir çoxumuz gündəlik həyatımızda görəcək işlərimizi təxirə salmağa meyilliyik. 2006-ci ildə Harvard universitetinin professorları Todd Rogers və Max Bazerman nəyə görə işlərimizi təxirə salırıq? sualına cavab tapmaq üçün bəzi araşdırmalar etməyə başladılar. Belə ki, onlar işləyən insanlara gələcəyə investisiya məqsədli əmək haqqlarının 2 faizini balansda saxlayan bir sistem təklif edirlər. Təklif 2 versiyada həyata keçirilir.



1. Birinci versiyada iştirakçılara mümkün olduqca tez biz zamanda sistemin fəaliyyətə başlayacağını təklif edirlər. Bu versiyani iştirakçıların sadəcə 30 faizi qəbul edir.



2. Digər  versiyada isə bu sistemin bir il sonra fəaliyyətə başlayacağı təklifi irəli sürüldü. İştirakçıların 70 faizi bu təklifi qəbul etdi.



Axı nəyə görə indi deyil də bir il sonra?

Araşdırmalar göstərir ki, insanlar fürsətlərdən yerindəcə istifadə etmək istəyirlər. Nümunədən də göründüyü kimi insanlar gəlirlərinə indi deyil də, bir il sonra qənaət etməyi məqsədəuyğun hesab edirlər. Təxirə salmağımızın səbəbi zehnimizin dərhal bir fayda istəməsidir.


Uzunmüddətli perspektivdə seçim asandır, amma bu gün seçim etmə vaxtı gəldikdə məhsuldar olmayan davranışların dərhal faydalarını qiymətləndiririk. İqtisadçılar bu konsepsiyanı “zaman uyğunsuzluğu” adlandırırlar, çünki gələcək haqqında düşündüyümüzdə uzunmüddətli fayda gətirən seçimlər etmək istəyirik (“Bəli, daha çox qənaət edəcəyəm”). Lakin bu gün haqqında düşünəndə qısamüddətli faydalara səbəb olan seçimlər etmək istəyirlər (“Bunu dərhal xərcləyəcəyəm”).


İşlərinizi təxirə salmaqdan qurtulmaq üçün ilk növbədə dərhal qərar verməyin. Təxirə saldiğiniz işin sizin üçün nə kimi nəticələr verəcəyini düşünün. Digər aspektdən yanaşsaq, gün ərzində sadəcə 10 dəqiqə vaxtınızı alacaq işi görmək bir həftə sonra sizin bir saat vaxtınızı ala bilər.

0 Rəy

Şərh yazmaq üçün daxil olun