employment.az employment.az

Dərc olunma tarixi

07.03.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 3201

Oxunma müddəti

clock 3 dəq

Nəyə Görə İşlərimizi Təxirə Salırıq?

Əminəm ki, bir çoxumuz gündəlik həyatımızda görəcək işlərimizi təxirə salmağa meyilliyik. 2006-ci ildə Harvard universitetinin professorları Todd Rogers və Max Bazerman "nəyə görə işlərimizi təxirə salırıq?" sualına cavab tapmaq üçün bəzi araşdırmalar etməyə başladılar. Belə ki, onlar işləyən insanlara gələcəyə investisiya məqsədli əmək haqqlarının 2 faizini balansda saxlayan bir sistem təklif edirlər. Təklif 2 versiyada həyata keçirilir.

 

 

1. Birinci versiyada iştirakçılara mümkün olduqca tez biz zamanda sistemin fəaliyyətə başlayacağını təklif edirlər. Bu versiyani iştirakçıların sadəcə 30 faizi qəbul edir.

 

 

2. Digər  versiyada isə bu sistemin bir il sonra fəaliyyətə başlayacağı təklifi irəli sürüldü. İştirakçıların 70 faizi bu təklifi qəbul etdi.

 

 

Axı nəyə görə indi deyil də bir il sonra?

Araşdırmalar göstərir ki, insanlar fürsətlərdən yerindəcə istifadə etmək istəyirlər. Nümunədən də göründüyü kimi insanlar gəlirlərinə indi deyil də, bir il sonra qənaət etməyi məqsədəuyğun hesab edirlər. Təxirə salmağımızın səbəbi zehnimizin dərhal bir fayda istəməsidir.

 

Uzunmüddətli perspektivdə seçim asandır,amma bu gün seçim etmə vaxtı gəldikdə məhsuldar olmayan davranışların dərhal faydalarını qiymətləndiririk. İqtisadçılar bu konsepsiyanı “zaman uyğunsuzluğu” adlandırırlar, çünki gələcək haqqında düşündüyümüzdə uzunmüddətli fayda gətirən seçimlər etmək istəyirik (“Bəli, daha çox qənaət edəcəyəm”). Lakin bu gün haqqında düşünəndə qısamüddətli faydalara səbəb olan seçimlər etmək istəyirlər (“Bunu dərhal xərcləyəcəyəm”).

 

İşlərinizi təxirə salmaqdan qurtulmaq üçün ilk növbədə dərhal qərar verməyin. Təxirə saldığınız işin sizin üçün nə kimi nəticələr verəcəyini düşünün. Digər aspektdən yanaşsaq, gün ərzində sadəcə 10 dəqiqə vaxtınızı alacaq işi görmək bir həftə sonra sizin bir saat vaxtınızı ala bilər.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?