employment.az employment.az

Dərc olunma tarixi

09.09.2022 Hekayələr

Baxış sayı

eye 1242

Oxunma müddəti

clock 5 dəq

Kraliça Elizabeth: Dünyanın ən zəngin və ən yaşlı hökmdarının füsunkar həyat hekayəsi

Kraliça II Elizabeth 21 aprel 1926-cı ildə Londonda anadan olub. Anası York hersoginyası olan Elizabeth Bouz-Layon,atası isə York Hersoqu Şahzadə Albert kimi də tanınan Kral VI Georgedir. 1930-cu ildə onun bacısı Marqaret anadan olub. 1936-cı ildə atası kral olduqdan sonra Bukingem sarayında yaşamağa başladılar və taxtın növbəti varisi II Elizabet oldu.

 

Kraliça Elizabeth bacısı Marqaretlə birlikdə evdə təhsil alırdı. Onların dayəsi Marion Krouford təhsil vermək vəzifəsini öz üzərinə götürmüşdü. II Elizabeth və Margaret evdə təhsil alan sonuncu kral ailəsi oldular. Dayə Krouford 1950-ci ildə xatirələri haqqında "Kiçik Şahzadələr" adlı kitab yazdı. Kitabda II Elizabetin itlərə və atlara olan sevgisi və davranışı təsvir edilmişdir. Lakin kitabın nəşri kral ailəsi tərəfindən birmənalı qarşılanmayıb. Həmçinin II Elizabet konstitusiya tarixi üzrə Eton Kollecinin rektorun Henri Martendən təhsil alıb. Sonrakı illərdə o, həmyaşıdları ilə sosial əlaqə qurması üçün hazırlanmış Eton Kollecinə getdi.

 

Kraliça Elizabet ictimaiyyətin diqqətini çəksə də, bir gün kraliça olacağını heç düşünməmişdi. Çünki taxt-tacın varisləri atası VI George və əmisi VIII Edvard idi. 1936-cı ildə II. Elizabethin babası Kral V George-nin ölümü ilə taxt-tac sahibi onun əmisi VIII Edvard oldu. İngiltərə kilsəsinin və hökumətinin təzyiqlərinə görə VIII Edvard evliliyi seçib taxtdan əl çəkməyə məcbur oldu. Beləliklə, VI George tacın yeni sahibi oldu. II Elizabetə varis olaraq "Ali Şahzadə Elizabet" titulu verildi.

 

Kraliça Elizabet və Marqaret İkinci Dünya Müharibəsinin başlaması ilə Şotlandiyaya getdilər. 1939-cu ilin sentyabrından dekabrına qədər burada qaldılar. 1940-cı ilin fevral-may ayları arasında onlar Royal-Lodge adlı yerdə yaşayırdılar. Elizabetin anası Lord Duqlas Makqarel Hoqqun “Müharibə zamanı iki şahzadənin Kanadada yaşaması” təklifinə “Uşaqlar mənsiz,mən isə kralsız heç yerə getməyəcəyəm. Kral heç vaxt buranı tərk etməyəcək” dedi. Sonrakı 5 il ərzində onlar Vindzor sarayında qaldılar.

 

Həmin vaxt 14 yaşı olan II Elizabeth 13 oktyabr 1940-cı ildə BBC-nin Uşaq Saatında etdiyi çıxışda orduya dəstəyini göstərdi. 1945-ci ilin fevralında orduda qadın köməkçi xidmətinə qəbul olunur. Burada mexanika və sürücülük təhsili alıb. Bu cəsarətlə o, İkinci Dünya Müharibəsində iştirak edən yeganə dövlət başçısı oldu. Kraliça Elizabet 18 yaşı olanda ona "Uels şahzadəsi" titulunun verilməsi istənilib, lakin atası VI George bunu etməkdən imtina edib.

 

II Elizabet və Marqaret İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra şən izdihama qoşulmaq üçün London küçələrinə çıxdılar.

Kraliça Elizabet 1947-ci ildə İngiltərənin müstəmləkə etdiyi ölkələrə səfər etdi. Daha sonra 9 noyabr 1947-ci ildə keçmiş Danimarka şahzadəsi Şahzadə Filiplə nişanlandı. Şahzadə Filip o zaman Kral Dəniz Piyadalarının leytenantı idi. 20 noyabr 1947-ci ildə Vestminster Abbeyində kral toyunda evləndilər.

 

Toydan əvvəl Kral VI George tərəfindən O, Merionet qrafı, Qrinviç baronu və Edinburq hersoqu kimi titullara layiq görülüb.

Ümumilikdə dörd övladı olan Kraliça Elizabeth ilk övladı Çarlzı 1948-ci ildə dünyaya gətirib. 1950-ci ildə Anna, 1960-cı ildə Endryu və 1964-cü ildə sonuncu övladı Edvard dünyaya gəldi.

 

Həyat yoldaşı Şahzadə Filip ilə səyahət edən Kraliça Elizabeth 6 fevral 1952-ci ildə Keniyada olarkən atasının vəfat etdiyini və taxtın yeni sahibi olduğunu öyrəndi. Bir il sonra o, ilk dəfə televiziya önündə tac taxdı. Bununla da O, əvvəllər atasının sədrlik etdiyi Millətlər Birliyinin prezidenti seçildi və Millətlər Birliyinə üzv olan ölkələrin dövlət başçısı oldu.

 

Kraliça Elizabeth 1992-ci ildə bir çox problemlə üzləşdi. Şahzadə Endryu, şahzadə Anna və şahzadə Çarlzın ailələrində yayılan söz-söhbətlər və onların üçünün boşanma prosesi böyük problemlərə səbəb olub. Və elə həmin il Vindzor sarayında yanğın baş verdi. Bütün bu hadisələr kraliçaya mənfi təsir etdi.

 

Xalq tərəfindən çox sevilən Şahzadə Diana 1997-ci ildə faciəvi şəkildə öldü. Kraliça Elizabet isə bu məsələyə çox sakit yanaşıb və 5 günlük ümummilli matəm dövründə heç vaxt saraydan çıxmadı. Bu isə xalq tərəfindən heç də yaxşı qarşılanmadı.

 

2012-ci ildə onun taxta çıxmasının 60-cı ili olduğu üçün yubileyə hazırlıq görüldü. Həmçinin apreldə doğulsa da ənənəyə sadiq qalıb və kraliçanın doğum günü iyunun 3-cü şənbə günü qeyd edilib.

 

Xalqın gözündə royalti imicini dəyişmək lazım idi. 2011-ci ildə Şahzadə Uilyam və Keyt Middltonun evliliyi bunu az da olsa bacardı. Eyni zamanda Kraliça Elizabetin 2012-ci ildə London Olimpiadasına qatılması böyük uğur kimi qiymətləndirilib.

 

Kraliça Elizabeth Birləşmiş Krallığın kraliçası, Millətlər Birliyinin rəhbəri və 53 üzv dövlətdən 16-sının kraliçası idi. II Elizabeth 9 sentyabr 2015-ci ildə ulu babası Kraliça Viktoriyanın hakimiyyətini keçərək Britaniyanın ən uzun müddət padşahlıq edən monarxı və tarixdə ən uzun müddət padşahlıq edən kraliçası oldu.

 

8 Sentyabr 2022-ci il tarixində Kraliça Elizabethin ölüm xəbəri “London körpüsü dağıldı” devizi ilə elan edildi. Kraliçanın ölümü ilə əlaqədar Bukingem sarayında bayraqlar yarıya endirildi. Təxminən bir əsrə şahid olan Kraliça Britaniyanın ən uzun müddət hakimiyyətdə olan monarxı oldu. Dünya miqyasında Fransa kralı XIV Lüdovikdən sonra gəlirdi. 1952-ci ildə taxta çıxan Elizabet 14 Amerika prezidenti və 15 Britaniya baş nazirini görüb.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
Mauricio Estrella’nın Uğur Hekayəsi

07.03.2021

Hekayələr

Bir şifrə onun həyatını necə dəyişdirdi? Gəlin komputer şifrəsi ilə həyatı dəyişən qrafik dizayner Mauricio Estrella’nın uğur hekayəsi ilə tanış olaq.

paper-1-img
Mağaza Bağlanır

07.03.2021

Hekayələr

Mehmet Koçoğlu qalan məhsullarını satmaq üçün asdığı "mağaza bağlanır" elanını yeni bir biznes modelinə çevirdi.

paper-1-img
Gates Fondu

07.03.2021

Hekayələr

Bill Gates və Melinda Gates ailə həyatı qurmadan öncə sərvətlərinin 95 faizini yardıma yatıracaqlarını bildirmişdilər.