Kaizen.az - Google Şirkətinin Müsahibə Sualları

Google Şirkətinin Müsahibə Sualları



Google şirkətinin müsahibə sualları


Hər il Google şirkəti təxminən vakansiyalar üçün 3 milyona yaxın müraciət qəbul edir. Və bu namizədlərin sadəcə 0.2 faizi işə qəbul olur.  Bu da təxminən 6000 namizəd deməkdir. Çoxumuzun bildiyi kimi, Google şirkəti öz müsahibə sualları ilə də məşhurdur.  Sizinlə Google şirkətinin 5 fərqli müsahibə suallarını bölüşmək istəyirik.

1. Bir avtobusa neçə qolf topu sığar?

2. 24 saat ərzində ərzaq çatdıran bir çatdırılma xidmətiniz var. Bu xidmət üçün neçə avtomobil lazım olduğunu təxmin edin. 

3. HTML 5-in nə olduğunu nənənizə necə izah edə bilərsiniz?

4. Bir körpüdən gün ərzində təxminən neçə avtomobil keçir?

5. Samanlıqda iynə tapmaq üçün neçə yol düşünə bilərsiniz?

6. Bir yolda 30 dəqiqə içində bir vasitəyə rast gəlmə nisbəti 0,95 faiz isə 10-cu dəqiqədə rast gəlmə nisbəti nədir? 

7. Dörd nəfər gecə qaranlığında bir kəndir körpüdən keçmək məcburiyyətində qalır. Ancaq sadəcə bir əl fənərləri var və içindəki batareya 17 dəqiqə çatacaq. Körpü eyni anda iki nəfərdən artıq yük qaldıracaq qədər möhkəm deyil və əl fənəri olmadan keçmək üçün çox təhlükəlidir. Hər bir düşərgədə yaşayanın keçid sürəti də fərqlidir. Biri 1 dəqiqədə, digəri 2 dəqiqədə, digəri 5 və ən zəifi 10 dəqiqədə keçər. Necə olur?

0 Rəy

Şərh yazmaq üçün daxil olun