employment.az employment.az

Dərc olunma tarixi

07.03.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 3314

Oxunma müddəti

clock 3 dəq

Kanada'da Təmiz Hava Satışı

Kanada'da təmiz hava satışı 

 

39 yaşlı Lam və 32 yaşlı Paquette, Banff hava qutularını dünya miqyasında satan Vitality Air şirkətinin ortaqlarıdır. Moses Lam və Troy Paquette, dünyanın ən gözəl və təmiz yerlərindən biri olan Kanadada yerləşən Banff National Park-ın havasını kiçik şüşələrə salıb, hər birini 20 dollara sataraq bir il ərzində 230.000 dollar qazandılar.

 

Hazırladıqları sistemlə havanı bir dəzgah vasitəsi ilə alovlandırıb, daha sonra boş çənlərə, sonda isə kiçik şüşələrə qoyurlar. Və bu havanı "Bir şüşədə, əldə edə biləcəyiniz ən təmiz hava" kimi marketinq strategiyası adı altında insanlara satırlar. Hər birini 20 dollara satdıqları təmiz hava alıcıları hər il dayanmadan artır.

 

Əslində bu işə zarafat kimi başladılar lakin daha sonra fikir real bir marketing hekayəsinə çevrildi. Sahibkarlar sadəcə əyləncəli bir şey etmək istədiklərini  və şüşələrdəki sudan ilhamlanaraq şüşələri hava ilə doldurmağa çalışdıqlarını qeyd edirlər. Lam və Paquette ilk dəfə bağlı qaba qoyduqları havanı eBay’da 99 cent’ə satdıqdan sonra bunu biznes fikrini çevirməyə qərar vermişlər. Həmçinin onlar  2015-ci ildə Vitality Air üçün təxminən 1 milyon dollar məbləğində sərmayə qoydular. Bir müddət sonra isə bu ideya onlara milyonları qazandırdı. Hətta Çindən Hindistana, Meksikadan ABŞ-a insanlar təmiz hava ilə doldurulmuş Vitality Air bidonlarını almağa gəlirlər. 

 

Düşünə bilərsiniz ki, borular tibbi məqsədlər üçün oksigen balonu kimi istifadə edilir. Lakin, xeyr. İnsanlar bu boruları sadəcə təmiz hava almaq istədikləri üçün alırlar. Onu da qeyd edək ki, Kanadada kifayət qədər diqqət çəkməyən şirkət rəsmiləri, istehsal etdikləri məhsulun hava çirklənməsi problemilə ilə üzləşən Çində daha çox insanın diqqətini cəlb etidyini bildirirlər.

 

Bəs siz təmiz hava qəbul etmək üçün pul ödəyərsiniz mi?

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    146

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?