-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
146
Dərc olunma tarixi
02.11.2022 Fərdi İnkişafBaxış sayı
1042Oxunma müddəti
2 dəq“Gümüş”, “ağ”, “hansı rəngi əks etdirirsə” və “heç bir rəng yoxdur” bu suala verilən ən məşhur cavablardandır. Bu fakt sizə qəribə gələ bilər, ancaq güzgülərin əksəriyyəti əslində çox zəif yaşıl rəngdədir. Bəli, yaşıl.
Bir çox insanlar rəngi necə qəbul etdiyimiz ilə bağlı müəyyən məlumata sahibdir, belə ki: Elektromaqnit spektri insan gözünə görünən və görünməyən bir sıra dalğa uzunluqlarından ibarətdir.
İşıq bir obyektlə təmasda olduqda, obyekt görünən spektrdən müəyyən dalğa uzunluqlarını udur. Hər hansı görünən spektrin udulmayan dalğa uzunluqları əks olunur və gözlərinizə yol tapan əks olunan dalğa uzunluqları istənilən sayda rəng kimi qəbul edilir. Bütün görünən dalğa uzunluqlarını udan obyektlər qara kimi qəbul edilir. Bütün görünən dalğa uzunluqlarını əks etdirənlər ağ kimi qəbul edilir.
İndi isə gəlin sualımıza qayıdaq: Güzgü hansı rəngdədir? Güzgülər, ağ kimi qəbul etdiyimiz şeylər kimi, görünən bütün dalğa uzunluqlarını əks etdirir. Bəs onda niyə güzgülər ağ deyil və niyə printer kağızında əksinizi görə bilmirsiniz?
Bunun səbəbi işığı əks etdirməyin müxtəlif yollarının olmasıdır. Ağ vərəq "diffuz əksetmə" adlanan bir şey nümayiş etdirir, çünki bu ifadədən də göründüyü kimi, obyekt bir çox istiqamətlərdə işığı diffuz şəkildə, yəni səpələnmiş şəkildə əks etdirir. Güzgü səthini tərk edən dalğa uzunluqları onların gəldiyi bucaq və konfiqurasiyaya görə təşkil edilir.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14607.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf
07.03.2021
Fərdi İnkişaf