employment.az employment.az

Dərc olunma tarixi

16.11.2022 Fərdi İnkişaf

Baxış sayı

eye 667

Oxunma müddəti

clock 4 dəq

Xaricdə təhsil almaq üçün nə etməliyik?

Hər il universitet,magistr kimi akademik təhsil almaq istəyən minlərlə tələbə xarici universitetlərə müraciət edir. Xaricdə təhsil almaqla tələbələr xarici ölkədə təhsil almaq və yeni bir diyarın mədəniyyətini mənimsəmək imkanı əldə edirlər. Bəs biz xaricdə təhsil almaq üçün nə etməliyik ?

 


Xaricdə Təhsil almaq üçün nə etməli?


1.    Xarici dil öyrənmək
2.    Akademik göstəricilərin yaxşı olması
3.    Təqaüd proqramı tapmaq
4.    Tələb olunan sənədləri hazırlamaq
5.    Müsahibədən keçmək
6.    Viza almaq

 


Xarici dil öyrənmək – bu addıma xaricdə magistr təhsili almaq istəyənlər universitetin ilk illərindən, bakalavr təhsili almaq istəyənlər isə məktəb illərinin ortalarından (6-7ci sinifdən) etibarən başlamalıdırlar.

 


Akademik göstəricilər seçilən universitetdən asılı olaraq dəyişiklik göstərən faktordur. Lakin nəzərə alaq ki, bəzi universitetlərin seçim kriteriyalarında GPA (Orta Müvəffəqiyyət Göstəricisi) ən önəmli faktor sayıla bilir. Amma bunu da nəzərə alın ki, GPA -i yüksək saxlamaq üçün universitetdən əlavə fəaliyyətlərdən qalmaq olmaz.
Təqaüd məsələsinə gəldikdə isə siz ilk olaraq təhsil almaq istədiyiniz ölkəni seçməlisiniz. Daha sonra ona uyğun olan təqaüd proqramını tapmalısınız. Sizləri bəzi ölkələrin təqaüd proqramları ilə tanış edək:

 


DAAD təqaüd proqramı
Alman Akademik Mübadilə Xidməti olan DAAD, tələbələrə yüksək büdcəli təqaüd dəstəyi verən bir xidmətdir. DAAD Almaniya daxilində və xaricində gənclərə təhsil və ya tədqiqat müddətində beynəlxalq təcrübə qazanmağa imkan verir. Buna görə də DAAD yalnız ilk akademik bakalavr dərəcəsi üçün xaricdəki alman məktəblərinin ən yaxşı məzunlarına təqaüdlər verir. Bu təqaüd proqramında iştirak etmək üçün alman dil biliyiniz minimum A2 səviyyəsində olmalıdır. Qeydiyyatdan keçmək üçün isə DAAD-ın rəsmi websaytı  daad.de/en/  budur. Bu proqram çərçivəsində siz hüquq, tibb, mühəndislik, biznes , incəsənət, sosial və humanitar elmlər, kompyuter və informasiya elmləri, ekologiya, biznes və iqtisadiyyat və s. ixtisaslar üzrə təhsil ala bilərsiniz.

 

Visegrad
Visegrad təqaüdü ölkəmizdə ən çox müraciət olunan təqaüd proqramlarından biridir. Həm qəbul şərtləri digər bir çox təqaüd proqramından daha rahat olduğu üçün, həm də ona görə ki, proqram dörd ölkəni əhatə edir. Beləliklə siz proqramın əhatə etdiyi Visegrad qrupuna daxil olan ölkələrdə (Polşa, Çexiya, Slovakiya, Macarıstan) yerləşən universitetlərin hər hansı birindən qəbul aldığınız halda (universitetlərin siyahısı proqramın rəsmi saytında yerləşdirilir), bu təqaüd proqramına müraciət edərək həm təhsil, həm də yaşayış xərclərindən azad olmaq imkanı əldə edirsiniz. Müraciət linki isə budur https://my.visegradfund.org/scholarships .

ER.GO
İtaliyada təqaüdlə təhsil almaq istəyən tələbələr bu təqaüd proqramına müraciət edə bilərlər. Təqaüdlər ER.GO regional təşkilatı tərəfindən verilir. Müracət üçün sizdən daşınmaz əmlak, evin sahəsi , ailə üzvlərinin sayı haqqında arayış, ailə gəlirləri, ailənin əgər banka borcu varsa və s. bu tipli məlumatlara dair sizdən sənədlər tələb olunacaqdır. Qeydiyyat https://servizionline.er-go.it/domande2/ bu sayt vasitəsilə aparılır və müraciət tarixləri əsasən 8 iyul-04 sentyabr arasında dəyişir. Tələbəyə isə maksimum 5397 avro ayrılır.


VİSBY
Təqaüd, universitetin illik təhsil haqqı, yaşam xərcləri, səyahət xərcləri qarşılayır, bundan əlavə netvörkinq təşkilatları, alumni qruplarına üzvlük verir. Təqaüd üçün diplom, transkript, motivasiya məktubu, CV, tövsiyə məktubları və iş təcrübəsi tələb olunur. Bu proqramın digərlərindən daha əlverişli olmaq səbəbi isə ölkəmiz üçün müəyyən bir kvotanın ayrılmasıdır. Bu saytdan https://www.universityadmissions.se/intl/start qeydiyyatdan keçməklə müraciət edə bilərsiniz.

Xaricdə təhsil almaq üçün isə bu sənədlərə sahib olmalısınız
Dil Sertifikatı -  (İELTS və ya TOEFL)- Xaricdə təhsil almaq üçün mütləq şəkildə ingilis dil bilikləriniz keçiriləcək dərsləri tam başa düşəcək şəkildə və kommunikasiya əlaqələri qura bilməyiniz üçün yüksək səviyyədə olmalı və dil biliklərinizi təsdiqləyən isə sertifikata sahib olmalısınız. Əsasən İELTS sertifikatı demək olar ki, bütün universitetlər tərəfindən tanınır və qəbul olunur.

 


Diplom və ya Transkript - Magistr və PhD üzrə xaricdə təhsil almaq istəyən namizədlər diplom və ya transkriptlərini ingilis dilinə tərcümə olunmuş şəkildə notarial qaydada təsdiq etmələri və daha sonra qəbul olmaq istədikləri universitetlərə təqdim etməlidirlər. Bakalavr təhsili almaq istəyən tələbələr isə attestat sənədini ingilis dilində notarial qaydada tərcümə və təsdiq olunmuş sürətini universitetə təqdim etməlidirlər. Xaricdə təhsil almaq üçün isə akademik göstəriciniz olan GPA və ya ÜOMG nəticəniz yüksək olmalıdır ki, sizin qəbul olmaq şansınızda yüksək olsun. Əsasən bu göstərici universitetlər tərəfindən 70 baldan yuxarı tələb olunur.

 

Motivasiya Məktubu - Bu məktub sizin qəbul olmaq istədiyiniz universitet və təhsil almaq üçün nə qədər həvəsli və istəkli olduğunuzu bildirən bir sənəddir.

 


Tövsiyə Məktubu - Motivasiya məktubu kimi bu sənədidə bəzi universitetlər tələb, bəziləri isə tələb etmirlər. Tövsiyə məktubunun motivasiya məktubundan fərqi ondan ibarətdir ki, bu məktubu siz yox, başqası yazır. Yəni sizi qəbul olmaq istədiyiniz universitetə professor və ya başqa elmi dərəcəli bir şəxs tövsiyə edir.
Əsas tələb olunan sənədlər bundan ibarətdir, lakin siz bu sənədlərlə yanaşı xaricdə təhsil almaq üçün viza üçün qəbul sənədinə, bank hesabına sahib olmalısınız.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?