-
İstifadəçi adı:
Subhana -
Ad Soyad:
Subhana Bagirova -
Məqalə sayı:
1
Dərc olunma tarixi
18.01.2023 FilmlərBaxış sayı
1021Oxunma müddəti
7 dəq"Uşaqlığın son gecəsi", "Yeddi oğul istərəm", "Bir cənub şəhərində", "Atları yəhərləyin", "Ögey ana" kimi bir çoxumuzun heyranlıqla izlədiyimiz filmlərin yaradıcısı olan Azərbaycan film sektorunda bu gün izləmək üçün yaxşı film tapmaq o qədər asan deyil. Təəssüf ki, kinoteatrlarda əksərən sadəcə bayağı komediya filmlərinə rast gəlirik. Bəs son illərdə heç keyfiyyətli, fərqli mövzuda film çəkilməyibmi?
Gəlin, fərqli mövzuda, keyfiyyətli ssenariyə malik bəzi yerli filmlərlə tanış olaq:
1. “Dolu” - Yerli film izləyicilərinin, yəqin ki, ilk ağlına gələcək filmlərdən biri “Dolu” filmidir. 2012-ci ildə çəkilən bu filmin rejissoru Elxan Cəfərov, ssenarisi Aqil Abbasova aiddir. Film I Qarabağ müharibəsi zamanı son damla qanına qədər vuruşan Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edir.
2. “Xeyirlə şərin rəqsi” - Çingiz Abdullayevin “Quba kapriççiosu” əsəri əsasında çəkilmiş bu filmin rejissoru Yavər Rzayevdir. 2016-cı ildə ekranlaşdırılmış bu film dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub.
3. “Soyuq günəş” - Son illərdə adından çox bəhs etdirən bu film 2020-ci ildə ekranlaşdırılıb. Rejissoru Məlahət Əhməd, ssenari müəllifi Sədaqət Kərimova olan filmin məzmunu Yarməd və Yarqunatın sevgi hekayəsindən bəhs edir. Bu filmdə ləzgi xalqının adət-ənənələri və həyat tərzi öz əksini tapmışdır.
4. “Axınla aşağı” - 2014-cü ildə çəkilmiş filmin rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Petraxiadır. Film avarçəkmə müəllimi olan Əli və onun zəif ailə həyatından bəhs edir. Film festivallarda bir sıra mükafatlara layiq görülmüşdür.
5. “Yoxdu belə söhbət” - Rejissoru Rüfət Həsənov, ssenari müəllifləri Kamal Həsənov, Asif Rüstəmov, Rüfət Həsənov olan bu filmin digər adı “İki Nəfərlik Mall”dır. 2018-ci ildə izləyicilərlə qovuşan bu filmin mövzusu iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təssadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Alzheimer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalır.
6. “Aktrisa” - Kriminal-dram janrında olan bu filmin rejissoru Rövşən İsax, ssenari müəllifləri İlqar Fəhmi və Rövşan İsaxdır. Film 3 qətl hadisəsi və bu qətllərin üstünü açmağa çalışan müstəntiq haqqındadır.
7. “Üçüncü günün adamı” - 2017-ci ildə ekranlaşdırılmış filmin rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşadır. Əsas mövzusu Qarabağ münaqişəsi olan filmdə qətl törətməklə təqsirli bilinən Sadiqin azadlığa çıxdıqdan sonra ata-anasının qəbrini ziyarət etmək üçün təmas xəttini keçməsi və bundan sonra baş verən hadisələrdir.
8. “Kino Kino” - Gəray Həsənovun rejissorluğu ilə çəkilən bu film 2019-cu ildə tamaşaçılara təqdim olunub. Ssenari müəllifləri Gəray Həsənov və Züleyxa Nael olan film, film çəkmək üçün investor axtarışında olan üç dostun macərasından bəhs edir.
9. “Əlvida, Şmidt!” - Rejissorluğunu Əli-Səttar Quliyevin öhdəsinə götürdüyü 2017-ci ildə çəkilən bu filmin ssenari müəllifi Rüstəm Babazadədir. Tragikomediya janrında olan film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub. Azərbaycanda doğulub böyüyən, etnik alman olan Emilin ürək xəstəliyi olduğu üzə çıxdıqdan sonra almanların köçürüldüyü Xanlar rayonuna səyahətindən bəhs edən film 70 dəqiqə uzunluğundadır.
Bonus: “Körpü” TV serialı - Sadəcə 8 bölümdən ibarət olan serialın rejissoru Emil Quliyev, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədovdur. Fantastik-komediya janrlarını özündə birləşdirən bu serialın əsas qəhramanı olan Mamed aktyordur. Bir gün o, Səməd adında qəribə biri ilə qarşılaşır. Səməd dünyada ilişib qalmış ruhları qarşı tərəfə keçirməyə yardım edən bir qurumda çalışır və Mamedə burada işləməyi təklif edir. Serial Mamedin bu işə başladıqdan sonra həyatının necə dəyişdiyini öz izləyicilərinə təqdim edir və hər bölümdə bir ictimai problemə diqqət çəkir.
Siz bu siyahıdakı filmləri izləmisinizmi? Hansı yerli filmləri əlavə edərdiniz?
İstifadəçi adı:
SubhanaAd Soyad:
Subhana BagirovaMəqalə sayı:
107.03.2021
Filmlər
01.04.2021
Filmlər
02.08.2021
Filmlər