employment.az employment.az

Dərc olunma tarixi

22.01.2023 Fərdi İnkişaf

Baxış sayı

eye 1380

Oxunma müddəti

clock 6 dəq

Necə daha yaxşı öyrənə bilərəm?

 

Hər birimiz dərslərdə, seminarlarda, konfranslarda və digər yerlərdə bir şeylər öyrənməyə çalışırıq. Bəs heç düşündünmü? Bu bilgiləri necə daha yaxşı öyrənib yadda saxlamaq olar? Birlikdə baxmağa nə deyirsən? Əminəm ki, sən də bilmək istəyərsən. Yoxsa burda olmazdın deyilmi? O zaman başlayaq:)

 

Hər insanın özünəməxsus öyrənmə metodu vardır. Ancaq bir şeyləri öyrənmənin və xatırlamağın ən yaxşı üsullarından biri not almaqdır. Buna başqa cür “qeyd aparmaq” da deyə bilərik, lakin “not almaq” daha gözəl və daha sadə səsləndiyi üçün biz ondan istifadə edəcəyik. Not almaqdan danışarkən onun əhəmiyyətindən də danışmalıyıq. Sizə notların vacibliyini bir fakt ilə çox qısa göstərəcəm. Dünyanın ən uğurlu iş adamlarından və Virgin Holding-in rəhbəri olan  Richard Branson bir vloq yazısında demişdir; “Qurduğum ən uğurlu şirkətlərin bəzilərinin ideyası çox əlaqəsiz anda ağlıma gəlmişdir. Əgər bu ideyalarımı not dəftərimi açıb orda yazmasaydım, bu an bunların sahibi olmazdım”. Təsəvvür edə bilirsiz? Kim bilir, bəlkə nə qədər önəmli fikirlər tarixdə not alınmadığı üçün itib batmışdır.

İş Hayatında İyi Not Tutmanın 6 Yöntemi | AB Proje Yönetimi 

Çoxu insan not almaq dedikdə deyilənlərin və ya oxuduqlarının əksəriyyətinin və ya hamısının dəftərə yazılması kimi başa düşür. Ancaq bu belə deyildir. Not tutmağın da özünəməxsus üsulları vardır. Hər şeyi not almağa çalışmaq imkansız bir şeydir. Həm bu sizə danışanı dinləməyə imkan verməz. Digər tərəfdən vaxtınızı aparır və bu çox gərəksizdir. Not alarkən biz əsas hissələri qeyd etməliyik. Bəs bu əsas hissələri necə tapmaq olar? Yadda saxlayın ki, bir danışmada ən çox vurğulanan, ən çox təkrarlanan, ən çox misal gətirilən yerlər mövzunun əsas yerləri hesab olunur. İndi isə gəlin ən yaxşı və ən praktik not alma üsuluna baxaq. Bu üsul “Cornell not alma üsulu” adlanır.

 

Cornell not alma üsulu

Cornell üsulu 1949-cu ildə Amerikanın Cornell universitetində professor Walter Pauk tərəfindən hazırlanmışdır. Bu üsul bir çox digər not tutma üsulundan uğurlu və keyfiyyətli hesab edilmişdir. Cornell üsulu ilə biz həm danışanın sürətinə çata, həm də özümüzdə keyfiyyətli notlar ala bilərik. Bəs bu üsulla necə not almaq olar ? Gəlin baxaq.

 

Bu cür not olmaq üçün əlbəttə ki, ilk öncə bizə bir qələm və boş səhifə lazım olacaq. Vərəqi dörd yerə bölürük. Bu hisslər sağ sütun(notlar), sol sütun(aşar sözlər), yuxarı başlıq(başlıq) və aşağı hissədən(xülasə) ibarət olacaqdır. Ancaq bu ayırmanı bildiyimiz normal qaydada yox, bir qədər fərqli edəcəyik. Bu aşağıdakı kimi olacaqdır:

 

 

            

·       Başlıq hissəsinə ad-soyadınızı, tarixi və ya mövzunun adını(başlığını) yaza bilərsiniz.

 

·       Notlar hissəsində əsas yerləri, kiçik sxemləri, problem həllərini və digər notlarınızı qısa olaraq yaza bilərsiniz. Bir sözlə qeydlərimizi aparacağımız hissə notlar hissəsi olacaqdır.

 

·       Açar sözlər hissəsində isə qeyd olunmuş notlarla və ya mövzu ilə bağlı olan açar sözlər, əsas fikirlər, əsas sözlər yazılır. Açar sözlər elə yazılmalıdır ki, bura baxdıqda siz mövzunun ümumi məzmununu qısa göz onünə gətirə biləsiniz. Ona görə də açar sözlər diqqətlə seçilməlidir.

 

·       Xülasə qismində də biz mövzunun qısa izahını yazırıq. Bunu yazarkən “bu gün nə öyrəndim?” sualına cavab tapmağa çalışacağıq.

 

Əla!!! Notlarımızı aldıq, açar sözləri yazdıq, xülasəni hazırladıq. Bəs burda bitdimi? Artıq öyrənmiş sayılırıqmı? Xeyr əlbəttə ki... Elə ən önəmli hissə bundan sonra başlayır. Çoxları burda səhv edirlər. Not aldıqdan sonra artıq hazır olduqlarını düşünürlər. Düzdü bu şəkildə not alıb qeydlər aparmaq gözəldir. Ancaq məsələ burda bitmir. Əsas önəmli olan hissə yazdıqlarımıza göz gəzdirib təkrar etməkdir. Bu təkrarında bir metodu vardır. Not vərəqimizi qarşımıza qoyub notlar olan hissəni, yəni sağ sütunu bir dəftərlə örtürük. Sonra soldakı açar sözlərə baxaraq mövzunu xatırlamağa çalışırıq. Və bu proses bütün bilgilər qalıcı olana qədər davam edir. Cornell nəinki bir öyrənmə metodu, həmçinin qalıcı öyrənmə metodudur. Bu yöntəm digərlərindən daha sadə, asan, pratik və daha keyfiyyətlidir. Ona görə də bu metoddan istifadə etməkdə indidən sonra hər kəsə uğurlar. Unutmayaq nə qədər oxuduğumuz deyil, nə qədər qavradığımız önəmlidir. Ona görə də not tutmaq deyil, necə not tutmağımız daha önəmlidir. Beləcə daha faydalı ola bilərik...

 

 

heart save
Yazar
  • İstifadəçi adı:

    İlyas Qantayev
  • Ad Soyad:

    İlyas Qantayev
  • Məqalə sayı:

    4

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?