Kaizen.az - Çox oxunan 5 kitab
employment
employment

Çox oxunan 5 kitab

24-01-2023

Dərc olunma tarixi
3 dəq Oxunma müddəti

283

Baxış sayı

Paulo Coelho - "Kimyagər"

 

Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Sehr, mistisizm, müdriklik və möcüzəni özündə birləşdirən ilhamverici nağıl "Kimyagər" müasir klassikalardan biridir və nəsillər boyu saysız-hesabsız oxucuların həyatını dəyişdirib. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.Oxumaqdan zövq alacağınız,peşman olmayacağınız kitablardan biridir.

 

 

Jostein Gaarder - "Sofinin dünyası"
 
Norveç yazıçısı Yustin Garderin bütün dünyada məşhur olan bu kitabı əsasən uşaqlara ünvanlansa da, yaşlılar üçün də maraqlı olacağı şübhəsizdir. Kitab fəlsəfə kimi ağır bir mövzudan bəhs elədiyi halda son dərəcə cəlbedicidir. Fəlsəfəylə maraqlanan, ən azı ümumi şəkildə fəlsəfə tarixini öyrənmək istəyənlər üçün bu kitabı dəyərli saymaq olar. Fəlsəfəyə marağınız varsa və fəlsəfə haqqında yeni-yeni öyrənmək istəyirsinizsə,bu kitab ən yaxşı seçimlərdəndir."Ən ağıllı insan nəyi bilmədiyini biləndir"-Sokrat. "İnsan düşünən bir varlıqdır,əgər düşünmürsə deməli insan deyil". "Hər zaman ən qorxulan insan sual verən insandır"
 
 

 Xalid Hüseyni - "Çərpələng uçuran"

 

Xalid Hüseyninin bu romanı yazıçının əsərləri içərisində ən təsirli,ən möhtəşəmidir. ‘Çərpaləng uçuran’  kitabı mədəniyyətlərarası savaş,vətəndaş müharibəsi,müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma,və miqrasiya kimi bir çox mövzulara bədii baxış açısı gətirir.Kitabda dostluq,sədaqət,xəyanət kimi duyğular özünü çox təsirli şəkildə biruzə verir.Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından bezən Əmir ayılanda artıq gec olduğunu düşünür. Haçansa gec olurmu? 

 

 

Ceyn Ostin - "Qürur və qərəz"

 

Əgər romantika janrı sizi maraqlandırırsa,bu kitab ən yaxşı seçim olacaq.Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

 

 

Con Steynbek - "Siçanlar və adamlar"

 

“Siçanlar və adamlar” povestindəki obrazlar – bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan, dünyada böyük şöhrət qazanmasına baxmayaraq, elə bil Con Steynbek bu povestdə heç vaxt ondan ayrı düşməyən öz duyğularını, onun həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazırdı.Bir novella olaraq “Siçanlar və İnsanlar” romanı bizə dostluq və yoldaşlığın dəyərini öyrətməklə yanaşı, arzulara inanmağın təhlükələrini təbliğ edən əsərdir.Əsər qısa olmağına baxmayaraq,çox təsirlidir və özündə bir çox vacib mesajları birləşdirir.

 

Bu əsərlərin hər biri çox vacib duyğuları özündə ehtiva edir. Bunları oxumaq sizlərə bir çox dəyərlər qatacaq,sizlərə həyat dərsi verəcək. 20 yaşınıza qədər bu kitabları oxumaq sizlər üçün çox önəmli ola bilər. Son olaraq tövsiyə edərdim ki,kitabları oxuduqdan sonra onları araşdırıb onlar haqda videolar izləmək,məlumatlar oxumaq, başqalarının kitab haqda fikirlərini oxumaq sizə kitabı daha yaxşı anlamağa kömək edəcək.

 

0 Rəy

Şərh yazmaq üçün daxil olun