employment.az employment.az

Dərc olunma tarixi

25.01.2023 Hekayələr

Baxış sayı

eye 1360

Oxunma müddəti

clock 3 dəq

George Dantzig və lövhədəki iki sual

Corc Bernard Dantziq (George Bernard Dantzig) 1939-cu ildə Berkli Kaliforniya universitetində doktorantura pilləsi üzrə təhsil alırdı. O, bir gün Cerzi Neymanın (Jerzy Neyman) statistika dərsinə gecikir. Dərsi bölməmək üçün kitabxanada oturub dərsin bitməsini gözləyir. Növbəti dərs sinif otağına girəndə lövhədə iki misalın yazılı olduğunu və yanında sual işarəsi qoyulduğunu görür. Dantziq lövhədəki misalların ev tapşırığı olduğunu düşünüb onları dəftərinə qeyd edir. Misalların kifayət qədər çətin olduğunun fərqinə varsa da onları həll etmək üçün günlərlə çalışır. Bir neçə gün sonra misalları həll edən Dantziq müəllimi Neymanın yanına gəlir və ev tapşırığını bu qədər gec həll etdiyi üçün ondan üzr istəyir. Neyman tapşırıqları ondan qəbul edir. Bir neçə həftə sonra Dantziqin tapşırıqlarını yoxlayan müəllim heyrətlə onun yanına gəlir və ondan bu misalları necə həll etdiyini soruşur. Həll etdiyi misalların sadə bir ev tapşırığı olmadığını, 150 ildir həll edilə bilməyən riyazi problemlər olduğunu bildirir. Riyaziyyatın həll edilə bilməyən məşhur problemləri haqqında danışarkən bu misalları lövhəyə yazdığını, özünün belə həll etməyə cəhd etmədiyini və özü kimi adi insanların da həll etməyə cəhd etməyəcəyini düşündüyünü söyləyir. Dantziq dərsə gecikdiyi üçün misalları ev tapşırığı zənn etdiyini, çox çətinlik çəksə də həll etməyə çalışdığını söyləyir. Bundan sonra Neyman bütün sinifə müraciət edərək deyir: “Budur dostlar, 150 illik sual dediyimiz, əslində 150 illik özgüvənsizliyin nəticəsi imiş. Kaş ki, hər kəs özünün nələrə qadir ola biləcəyinin fərqində olsa...” 

 

Dantziqin həll etdiyi bu problemlər sonradan elmi məqalə şəklində dərc olunur və bu problemlərin həlli riyaziyyatda yeni bir cığır açır. Dantziq bu gün də riyaziyyatın ən önəmli bölmələrindən biri olan xətti proqramlaşdırma məsələlərinin (Linear Programming) atası hesab olunur. Eyni zamanda xətti proqramlaşdırma məsələlərinin həlli üçün istifadə olunan simpleks üsulu (simplex method) da o kəşf etmişdir. 

 

Dantziqin bu hekayəsi sonradan bir çox insanlara motivasiya mənbəyi olmuşdur. Eyni zamanda bu hekayə Good Will Hunting (1997) filmi üçün də ilham qaynağı rolunu oynamış, filmin giriş hissəsi Dantziqin hekayəsindən ilhamlanaraq yazılmışdır. Bu hekayə bizə qarşılaşdığımız problemlərin mütləq bir həll yolu olduğunu, əgər kifayət qədər çalışsaq, onlarla başa çıxa biləcəyimizi göstərir. İnsan hər zaman qarşılaşdığı problemlərə, çətinliklərə müsbət yanaşmalı, onları həll etmək üçün səy göstərməlidir. İmkansızı bacarmağın yeganə yolu, onun mümkün olduğuna inanmaqdır.

heart save

Aydan Şükürlü

20.09.2023

Maraqlı hekayədir 👍🏼

Səbinə Hüseynova

20.09.2023

Good will hunting 🤌🏼

Resad

20.09.2023

👍👍👍

Xədicə Fərəcova

20.09.2023

👍👍👍

Xədicə Fərəcova

20.09.2023

👍

Eltac Abbasova

20.09.2023

👍

Leyla Axundova

20.09.2023

Maraqlıdır 👍

Yazar
  • İstifadəçi adı:

    amina_abbasva
  • Ad Soyad:

    Əminə Abbasova
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Mauricio Estrella’nın Uğur Hekayəsi

07.03.2021

Hekayələr

Bir şifrə onun həyatını necə dəyişdirdi? Gəlin komputer şifrəsi ilə həyatı dəyişən qrafik dizayner Mauricio Estrella’nın uğur hekayəsi ilə tanış olaq.

paper-1-img
Mağaza Bağlanır

07.03.2021

Hekayələr

Mehmet Koçoğlu qalan məhsullarını satmaq üçün asdığı "mağaza bağlanır" elanını yeni bir biznes modelinə çevirdi.

paper-1-img
Gates Fondu

07.03.2021

Hekayələr

Bill Gates və Melinda Gates ailə həyatı qurmadan öncə sərvətlərinin 95 faizini yardıma yatıracaqlarını bildirmişdilər.