employment.az employment.az

Dərc olunma tarixi

26.01.2023 Hekayələr

Baxış sayı

eye 992

Oxunma müddəti

clock 4 dəq

Eynşteyn məktəbdə "2" almırmış! Əslində o...

Eynşteynlə bağlı insanlar arasında ən geniş yayılan məlumatlardan biri də onun məktəbdə pis qiymətləri alması və dəli biri olaraq görülməsidir. İnsanları buna inandırmaq o qədər çətin olmaz bilirsiz. Çünki çoxu insan bunları eşidib özlərinin də Eynşteyn qədər ağıllı ola biləcəklərinə inanırlar. Axı əksər insanın məktəb qiymətləri pis olur. Bunları xəyal etmək çox da çətin olmaz. Ancaq unutmamaq lazımdır ki, uğur qazanmaq və bacarmaq üçün insan birinci özünə yalan danışmağı dayandırmalıdır. Hər kəsdən öncə özünü inandırmalı, özünü təyin etməlidir. Eynşteyni "Eynşteyn" edən şeylərdən biri də elə onun özünü tapması idi. Hər kəsi dinləyər, ancaq sanki heç kəsə inanmazdı. Dinlədiklərinə inanmadıqda isə çox zaman gülümsəyirdi. Məsələn, Eynşteynin orta məktəb müəllimlərindən biri: "Kaş ki, Eynşteyn mənim şagirdim olmasaydı", - demişdi. Bunun səbəbi heç də Eynşteynin tənbəl olması deyildi. Səbəb Eynşteynin arxa partada oturaraq müəllimin dediklərinə tez-tez gülümsəməsi idi. Müəllim bunu özünə hörmətsizlik kimi başa düşürdü və tez-tez Eynşteynə: " Səndən heç bir olmaz",- demişdir. Ancaq oldu...

 

Bəli, çox insanın tanıdığının əksinə olaraq Eynşteyn tənbəl biri deyildi. O məktəbdə pis qiymətlər almırdı. Hətta tam əksinə məktəbi çox uğurlu qiymətlərlə bitirmişdi. Hər nə qədər məktəbdən nifrət etsə də. Daha doğrusunu desək məktəb və dərs sistemindən. Eynşteyn o zamandan bu günə qədər davam edən və hələ də dəyişməyən təhsil sistemindən çox narazı idi və ondan nifrət edirdi. Lakin bunlara rəğmən öz dərslərini əksik etməzdi. Hətta bunu aşağıdakı Eynşteynin məktəb qiymətlərindən də sizə göstərə bilərəm.

 

Bu Eynşteynin 30 Sentyabr 1896-cı ildə aldığı qiymət cədvəlidir. Bu zaman o İsveçrədə oxuyurdu. O dönəmdə İsveçrədə ən yüksək qiymət 6, ən kiçik qiymət isə 1 idi. Şəkildən də aydın olduğu kimi Eynşteynin məktəb qiymətləri heç də pis olmamışdır. Hətta əksinə çox yüksək olmuşdur. Bəs Eynşteynin pis qiymətlər aldığı və onun dəli olduğu iddiası hardan gəldi? Niyə insanlar arasında bu məsələ geniş və səhv şəkildə yayıldı?

 

Bunun ən böyük səbəbi İsveçrədəki məktəb qiymətləndirmə sistemi idi. Bəli, Eynşteyn Almaniyada dünyaya gəldi və ilk məktəb dönəmini də burda oxudu. Lakin məktəbin son illərini İsveçrədə oxumuşdu. İsveçrədə isə ən yüksək qiymət 6 idi. Ancaq Eynşteyn bura gələnə qədər aldığı bütün qiymətlər 1 idi. Çünki Almaniyada bu sistem tam tərsinə işləyirdi. Almaniyada ən yüksək qiymət 1, ən kiçik qiymət 6 idi və bu da illər ərzində Eynşteynin çoxlu 1-lər yığmasına səbəb olmuşdu. Və gələk əsas məqama. Bu qarışıqlıq necə oldu?

 

Əslində Eynşteyn İsveçrəyə gələndə qiymətləndirmə sistemi Almaniya sistemi ilə eyni idi, yəni burada da ən yüksək qiymət 1 idi. Eynşteyn burda da çoxlu 1-lər almışdı. Lakin yuxarıdakı qiymətləndirmə cədvəlini aldığı məktəbin son ilində, yəni 1896-cı ildə İsveçrədə bu sistem dəyişdi. Qiymətlər tərsdən hesablanmağa başladı. Uyğun olaraq da ən yüksək qiymət 6 oldu və cədvələ qiymətlər bu şəkildə yazıldı. Bu da insanlar tərəfindən Eynşteynin son ildəki qiymət cədvəli ilə əvvəlki qiymətləri arasında qarşılıq yaratmasına səbəb oldu. Bununla da insanlar daha qarışıqlığı çözmədən Eynşteynin məktəbdə uğursuz olduğu iddiasını yaymağa başladılar. İnsanlar Eynşteynin daha öncələr Almaniyada oxuduğunu öyrənmədən, qiymət sistemini öyrənmədən onu ağılsız hesab etmişdir. Gördüyümüz kimi səbəb çox sadə imiş...

 

 Burada bir çox insan fərqli səbəb görə bilər. Amma mənə görə burdakı ən böyük səbəb  qərəzlik, yəni ön yarqılı olmaqdır. Təəssüf ki, insanlar nəyin necə baş verdiyini öyrənmədən, insanların dərdini soruşmadan, onların fikrini öyrənmədən sadəcə gördüklərinə əsaslanaraq insanlar haqqında fikir bildirir, onları qınayır və hətta buna əmin olmadan onları sorğuya belə çəkirlər. Məncə bu hekayə sadəcə bir mətn olmamalıdı və düşünürəm ki, sadə olsa da bu hekayədən öyrənməli olduğumuz çox şeylər var...

heart save

Şəlalə Sanılı

20.09.2023

🤌

Yazar
  • İstifadəçi adı:

    İlyas Qantayev
  • Ad Soyad:

    İlyas Qantayev
  • Məqalə sayı:

    4

Əlaqəli məqalələr

paper-1-img
Mauricio Estrella’nın Uğur Hekayəsi

07.03.2021

Hekayələr

Bir şifrə onun həyatını necə dəyişdirdi? Gəlin komputer şifrəsi ilə həyatı dəyişən qrafik dizayner Mauricio Estrella’nın uğur hekayəsi ilə tanış olaq.

paper-1-img
Mağaza Bağlanır

07.03.2021

Hekayələr

Mehmet Koçoğlu qalan məhsullarını satmaq üçün asdığı "mağaza bağlanır" elanını yeni bir biznes modelinə çevirdi.

paper-1-img
Gates Fondu

07.03.2021

Hekayələr

Bill Gates və Melinda Gates ailə həyatı qurmadan öncə sərvətlərinin 95 faizini yardıma yatıracaqlarını bildirmişdilər.