-
İstifadəçi adı:
ShafaAliyeva -
Ad Soyad:
Şəfa Əliyeva -
Məqalə sayı:
1
Dərc olunma tarixi
26.01.2023 FilmlərBaxış sayı
1566Oxunma müddəti
3 dəq“İnstinkt” filmi Daniel Kuinin “İsmayıl” əsərinin motivləri əsasında çəkilib. İlk səhnələrdə iki il əvvəl itkin düşmüş antropoloq Ethan Povelin həbsxanaya düşməsini görürük. Bir az sonra cinayətlərin səbəbini öyrənmək işi gənc psixoloqa həvalə edilir. Beləcə, antropoloqun iki illik həyatını danışması ilə hekayə başlayır. Tədqiq etdiyi qorilla qrupu bir müddət sonra Ethanı öz aralarına alır. Ethan vəziyyəti belə təsvir edir: “Qorilla deyildim, aralarına aldıqları bir insan idim. Eynilə on min il əvvəlki kimi”. Üstəlik halından məmnun olduğunu qeyd edir. Amma insanların gəlişi ilə hər şey məhv olur. Antropoloq ona həyatın mənasını bəxş etmiş heyvanların yanında “alıcılar”a qarşı mübarizə aparmağı seçir. “Alıcılar”ı xüsusi qeyd etməyimin səbəbi kitabı oxuyanda eyni mənaya gələn “razılar” sözü ilə tez-tez rastlaşmağımızdır. Razılar, yəni günümüzün insanı...
Kitab haqqında qısaca qeyd edim. Bir nəfərin “MÜƏLLİM şagird axtarır. Dünyanı xilas etmək üçün səmimi istək tələb olunur. Şəxsən müraciət edin” elanını oxuması ilə başlayır. Şagird İsmayılı görənə qədər elanın qorilla tərəfindən verildiyini bilmir. İsmayıl və şagirdinin tanış olması ilə hadisələr başlayır. Kitabı oxuduqdan sonra ağlımızda belə bir sual yaranır: “İsmayılın dərdi nə idi?” Kitab və filmin ortaq nöqtəsini tapmaqda elə bu sual bizə yol göstərəcək. Çünki İsmayılın dərdi, əslində, bütün bəşəriyyətin dərdi olmalı idi. Həm filmdə, həm də kitabdakı problem təbiət ananın insanlar tərəfindən məhv edilməsidir. Kitabda bu qətl aydın şəkildə izah olunub, həll yolları da təklif edilib. Düşünürəm ki, filmdə bu hal kiçik xəbərdarlıq şəklində verilib. Orada qətl edilən qorillalar məhz insanların məhv etdiyi təbiət anaya bənzədilib. İsmayıla görə, “narazılar”ın yaşadığı dünya daha ədalətli idi. Filmdə antropoloqumuz da ilkin insanlar haqqında kitab dili ilə desək “narazılar” haqqında məlumat verərkən həsədlə qeyd edir: “Lazım olduğu qədər əkdilər, ehtiyaclarından artıq heyvan öldürmədilər, mübarizə apardılar, amma heç savaşmadılar. Soyqırım törətmədilər. Dünyanın parçası idilər və onu paylaşdılar”.
Filmin çatdırmaq istədiyi fikir də məhz bu nöqtədə aydınlaşır. Əsas məsələ “Alıcılar” arasında gedən və ardı-arası kəsilməyən mübarizənin yaratdığı nəticələrdir. Hazırda azlıq çoxluğa tabedir. Güclü zəifi əzir. Amma belə davam edərsə, nə tabe ediləcək azlıq, nə də tabe olunacaq çoxluq qalacaq.
Əgər insan yoxa çıxsa, qorilla üçün ümid varmı?
Səbinə Abdulla
20.09.2023Düşürən ki, ümid olsun deyə mütləq bu kitab oxunmalı, o filmə baxılmalıdır. Əməyinizə sağlıq 😇
Günəş Mirzəyeva
20.09.2023Əməyinizə sağlıq.Maraqlıdır!!!
Elşən Əliyev
20.09.2023Bu filmə baxmamışdım. Amma bunu oxuduğdan sonra filmə və kitaba marağım oyandı. Filmə baxdım. Kitabıda tezliklə oxumağa başlayacam
Günay Əliyeva
20.09.2023Əla😍Əllərinə sağlıq🤗🌹
Misri Qasımova
20.09.2023Əməyinizə sağlıq😍❤️
Vəfa Məmmədova
20.09.2023😍🧿
Vəfa Məmmədova
20.09.2023Əllərinə sağlıq❤️
Pərvin Mehtiyev
20.09.2023Gözəl yazıdır. Kitabını oxumuşam, filmini isə izləməmişəm. Oxuduğum bir kitabın filmini izləmək ən çox zövq aldığım şeylərdən biridir. Məni buna motivə etdiyiniz üçün təşəkkür edirəm🌹
Nəzrin Kamallı
20.09.2023Çox maraqlıdır. Bəyəndim.💚
Parvana
20.09.2023Salam. Çox gözəl yazı alınıb. Əlinizə, əməyibizə sağlıq💐
İstifadəçi adı:
ShafaAliyevaAd Soyad:
Şəfa ƏliyevaMəqalə sayı:
107.03.2021
Filmlər
01.04.2021
Filmlər
02.08.2021
Filmlər