employment.az employment.az

Dərc olunma tarixi

27.01.2023 Fərdi İnkişaf

Baxış sayı

eye 584

Oxunma müddəti

clock 2 dəq

Polşada təqaüdlü təhsil

Polşa özünəməxsus tarixi  və Avropa İttifaqı ölkəsi olması baxımından universitet təhsili üçün çox yaxşı seçimdir. 

 

Polşada universitetdə təhsil almaq keyfiyyətli akademik kadrları olan universitetləri, həmçinin son dərəcə münasib və iqtisadi təhsil xərcləri ilə Mərkəzi Avropanın ali təhsildə yüksələn ölkələrindən biridir. Mühəndislik proqramları ilə yanaşı Biznesin İdarəedilməsi, Beynəlxalq Münasibətlər və Sosial Elmlər kimi bölmələrə diqqət yetirən Polşa universitetləri, magistr proqramlarında Tibb və Stomatologiya təhsili verən Tibb Universitetləri ilə də diqqət çəkir. Bu bölmələrdən başqa; Maşınqayırma, Mexatronika, İnşaat Mühəndisliyi, Kompüter Mühəndisliyi, Psixologiya, Beynəlxalq İqtisadiyyat, Logistika kimi mühəndislik fakültələri ilə yanaşı MBA proqramları da diqqət çəkir. Jagiellonian Universiteti, Warsaw Universiteti, Kozminski Universiteti, Warsaw İqtisadiyyat Universiteti, Wroclaw Universiteti və Warsaw Texniki Universiteti kimi adları ilə dünya reytinqlərində diqqət çəkən Polşa universitetlərindən hər il daha çox beynəlxalq tələbə tələbi yaranır.

 

Polşada təqaüdlü təhsil qazanmaq üçün ilk öncə edəcəyiniz özünüzə inanmağınızdır. Həyatda gördüyünüz,inandığınız bütün mifləri silin. Hadisələr göründüyü kimi deyil və istədikdən sonra ardının türklər demiş "çorap söküğü" kimi gəldiyinə şahid olacaqsınız. Başqalarının təcrübələri sizində təcrübəniz olacağı anlamına gəlmir. Əgər biri sizə öz yaşadığı uğursuzluqlardan danışarsa özünüzü "karlığa" qoyun. Çünki zehniniz nə qədər mənfiyə yüklənərsə, sizi bir o qədər arzularınızdan uzaq edəcək.

 

Warsaw Universitetində  magistr təhsili qazanmaq üçün müraciət prosesi:

 

Tələb olunan sənədlər:

  • Attestat
  • Diplom və onun əlavəsi (transkript)
  • Bunların tərcümə təsdiqi və Aposteli.

 

Apostel 1 həftə vaxt alır, bunun üçün siz tərcümə və təsdiq edib müraciət edə bilərsiniz, sənədləri isə daha sonra sistemə yükləmə imkanı var. Daha sonra sizə 3 dəqiqəlik çəkib göndərəcəyiniz , 3 ədəd intervyu sualları verilir. Daha sonra intervyu qane etdiyi təqdirdə B2 səviyyəsini təsdiqləyən beynəlxalq sertifikatı sistemə yükləyirsiniz. 

 

Qəbul aldıqdan sonra daxili təqaüd qazanmaq nə dərəcə realdır?

 

Application fee 125 eurodur. Eyni anda 3 fakültəyə müraciət edə bilərsiniz. Vizaya müraciət 80 euro-dur və 2 həftə ərzində vizanı əldə edə bilirsiniz. Universitetə qəbul olduqdan sonra scholarship müraciəti edə bilərsiniz. Tələblər:

 

  • minimum 90% GPA
  • minimum IELTS 6.0 və ya beynəlxalq təsdiq olunmuş sənəd.

 

 

heart save
Yazar
  • İstifadəçi adı:

    narminhuseynzade
  • Ad Soyad:

    Nərmin Hüseynzadə
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?