Kaizen.az - Həftəsonu filmlərlə maraqlıdır
employment
employment

Həftəsonu filmlərlə maraqlıdır

 

1.   İnterstellar-Ulduzlararası. ABŞ istehsalı olan bu film elmi fantastika üslübunda olan ən yaxşı filmlərdəndir. Hətta bildirmək istəyirəm ki, filmlərə marağım bu filmdən sonra daha da artdı. Film bəşəriyyətin həyatda qalması üçün yeni ev axtarışında Saturun yaxınlığından keçən bir qrup astronavtdan bəhs edir. Düşünürəm ki, bütün kino həvəskarları bu filmi mütləq şəkildə izləməlidir. Filmin insanda buraxdığı duyğusal təsiri inanılmazdır.

 

2.    "The Godfather": ABŞ istehsalı olan bu film bir gangster filmidir. "The Godfather"ın hekayəsi ABŞ-da yaşayan bir İtalyan mafiyası ailəsini əks etdirir.

 

3.    "Pulp Fiction" filmi bir neo-noir janrında çəkilmiş filmdir. Bu filmdə Los Angeles-də yaşayan və fərqli həyatları olan bir qrup insanın həyatınından bəhs edilir.

 

4.    "Inception": Bu film də ABŞ istehsalı bir filmdir. Film həqiqətən ağlınızı başınızdan alacaq. Düşünürəm ki, "Inception" filmini baxmağa dəyər edən əsas nüans baş rolda Leonardo Di Caprionun iştirak etməsidir. 2010-cu ildə fantastika film janrında istehsal olunan bu film böyük marağa səbəb olmuşdur.

 

5.    "The Green Mile": "The Green Mile" filmi bir şahəsərdir desək tam yerinə düşər. Filmdə həbsdə olan bir adamın yaşadığı hadisələrə şahid oluruq. Fikrimcə bu filmi hərkəs izləməlidir. Sevimli aktyorumuz Tom Hanks da bu möhtəşəm filmdə rol almışdır.

 

6.    "The Departed":  Qeyd etdiyim bu film, "The Departed"ın hekayəsi Boston polis departamentində çalışan bir qrup polis və məhşur mafya arasında yaşanan hadisələrlə bağlıdır.

 

7.    "The Prestige": Triller janrında olan bu film, beyin yandıran filmlər tərzindədir. "The Prestige" filmində önəcədən dost olan iki sehirbazın sonradan rəqib olduğu və bir-birinin sirlərini araşdırdığı bir mübarizəni izləyir.

 

8.   The Twilight Saga-Alatoranlıq bir ən çox izlənən yapımlarından olan ən yaddaşlarda dərin iz buraxan Alatoranlıq Saqa'sı dövrünün ən çox izlənilən filmlərindən olub.Fərqli  hekayəsi və kurqusuyla bəyazpərdəyə damqasını vuran Alatoranlıq Saga'sı yazarın-Stephenie Meyer 'in şahəsərlərindən hesab olunur.

 

9. The İnvisible Guest-Görünməz tanıq.İspan filmi olan "Görünməz qonaq" dedektiv üslubunda olan ən yaxşılardandır.Əgər dedektiv janrında film izləməyi sevirsiznizsə bu film sizin üçün əla seçim olar.

 

0 Rəy

Şərh yazmaq üçün daxil olun