employment.az employment.az

Dərc olunma tarixi

27.01.2023 Fərdi İnkişaf

Baxış sayı

eye 776

Oxunma müddəti

clock 4 dəq

İngilis dilini öyrənərkən necə iradəli, nizam intizamlı və disiplinli olaq?

Disiplin nə deməkdir? Disiplin hazırda nə istədiyiniz ilə ən çox etmək istədiyiniz arasında seçim etməkdir. Yeni bir dil öyrənməyin böyük bir hissəsi bacarıqlarınızı təkmilləşdirmək adına həftənin bir çox saatını sərf edəcək qədər özünə nəzarət etməkdir.

 

Yorğun bir iş günündən sonra televizoru açmaq əvəzinə ingilis dilini məşq etmək sizin üçün çətin ola bilər.

 

   Əgər ingilis dilini özünüz üçün öyrənirsinizsə, başqa heç kimin sizə axıcı danışıq yolunda yardım edə bilməyəcəyini başa düşərsiniz. Sizə dəstək olacaq başqa insanlar tapa bilərsiniz, ancaq ən sonunda bunu etməli olan sizsiniz və bu o deməkdir ki, bu istəyinizinə nail olmaq üçün ilk olaraq disiplinə sahib olmalısınız.

 

   Bəs necə daha çox disiplinə sahib ola bilərsiniz? Sizə faydalı olduğunu bildiyiniz halda həmin an addım atmaq üçün kifayət qədər motivasiyanız yoxdursa, özünüzü necə məcbur edə bilərsiniz?

 

   İndi sizə özünüzə nəzarəti təkmilləşdirməkdə sizlərə kömək edəcək xüsusi texnika və strategiyalardan bəhs edəcəm. Disiplin bir növ əzələyə bənzəyir. Başqa bir işlə məşğul olmağı üstün tutduğunuz zaman müəyyən bir tağşırığı etmə bacarığınız güc tələb edir və bu gücü, əzələlərinizi inkişaf etdirdiyiniz kimi siz yaradırsınız: məşq etməklə.

 

   Əzələlər haqqında məlumata sahibsinizsə, onları məşq etdirməsəniz, çox güclü olmayacaqlarını bilərsiniz və onları gücləndirmək üçün onlardan istifadə etməlisiniz.

 

Bəs “disiplin” ilə əzələlərinizi necə inkişaf etdirə bilərsiniz?

 

Cavab sadədir: normal əzələlərinizi inkişaf etdirdiyiniz kimi. Əgər idman zalında ilk gününüzdürsə, gedib ən ağır yükləri götürüb qaldırmağa başlayacaqsınız? Xeyr, ilk öncə yüngül çəkilərlə başlayacaqsınız və bədəniniz məşq stresinə alışdıqca daha ağır çəkilərə keçəcəksiniz və bu disiplində də belədir. Siz asan olanla başlamaq və təbii olaraq getdikcə daha çətin şeylərə keçmək istəyirsiniz.

 

   Disiplin qurmağın bir hissəsi nə edə biləcəyiniz barədə özünüzə qarşı dürüst olmağınızdır. Əgər ingilis dilini ümumiyyətlə məşq etməmisinizsə, gündə iki saat məşq etməyə başlaya biləcəyinizi düşünürsünüz? Yəqin ki, yox. Ancaq ingilis dilini öyrənməyə heç vaxt sərf etmirsinizsə, bu rəqəmi gündə 5 dəqiqəyə qədər artıra bilərsinizmi? Əlbəttə. Bu səbəbdən hazırki səviyyənizi anlayın və qəbul edin. Əgər siz çox neqativsinizsə, yalnız çox yüngül çəkicləri qaldıracaq (və ya heç qaldırmayacaqsınız) və bu şəkildə daha da güclənə bilməzsiniz. Əgər çox pozitivsinizsə, sizin üçün çox ağır olan çəkiləri qaldırmağa çalışacaq və uğursuz olacaqsınız və sonrasında böyük bir ehtimal ki, özünüzlə bağlı ümidləriniz puç olacaq. Amma hər 2 vəzyətdə də daha güclü olmayacaqsınız. Beləliklə disiplininizi inkişaf etdirərkən, nəyə qadir olduğunuzu bilməyiniz vacibdir. Yavaş-yavaş başlamaq və tədricən ağır çəkiləri qaldırmaq daha yaxşıdır.

 

   Bəs necə başlayaq? Etməli olduğunuz ilk şey məqsədinizi aydınlaşdırmaqdır. Niyə ingilis dilinizi inkişaf etdirmək istədiyinizi bilmirsinizsə, böyük bir ehtimal ki, motivasiyanızı itirəcəksiniz. Bir şeyi NİYƏ istədiyinizi dəqiq şəkildə aydınlaşdırdıqdan sonra, ona nail olmaq üçün yol açılır.

 

 

   Disiplin əzələnizi inkişaf etdirmək sahib ola biləcəyiniz ən dəyərli bacarıqlardan biridir. Bu sadəcə ingilis dilində deyil, həyatınızdakı hər şeydə sizə kömək edəcəkdir. Buna görə də unutmayın: “Disiplin sadəcə indi istədiyiniz və ən çox istədiyiniz şey arasında seçim etməkdir”. İndi isə sualım budur: “Ən çox nə istəyirsiniz və niyə?”

 

   İngilis dilinizi təkmilləşdirmək üçn kiçik, gündəlik vərdişlər yaratmaq üçün nə edə bilərsiniz?. Bunu indi edin. Hər gün.... Uğurlar

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?