employment.az employment.az

Dərc olunma tarixi

01.02.2023 Fərdi İnkişaf

Baxış sayı

eye 653

Oxunma müddəti

clock 3 dəq

Uğur hekayəsi

Başarılı bir adam olmaq üçün deyil,

Önəmli bir adam olmaq üçün çalışın. (Albert Eynşteyn)

 

Bu dünyada uğur qazanmağın yolu tək bacarıq və bilgidən keçmir. Mən bunu qətiyyətlə deyirəm. Niyə? Çünki hələ nənəmin nağıl və dastanlarını dinlədikdə də, bədii əsərlər mütaliə etdikdə də həmişə düşünürdüm ki, niyə əksər əsərlərdə məhz güclü, bacarıqlı və bilikli adamlar sonda qalib gəlir və dinləyici yaxud oxucu həmin qəhrəmanı təqdir edir? Məgər pis xislətli xəbis insan da məqsədinə məhz bilgi, ağıl və bacarıq sayəsində nail olmurmu?. Məgər bu da naqis insanın uğuru deyimi? Niyə biz xoş niyyətli uğuru alqışlayır, bəd niyyətdən doğan uğuru lənətləyir, uğur adlandırmırıq?

 

Demək, yanaşmamız doğru deyil.

 

Belə bir rəvayət söyləyirlər ki, şah qonşu dövləti işğal etdikdən sonra döyüşçülərə ərmağan olaraq şəhəri talamağa, istədikləri qədər qənimət götürməyə icazə verir. Geri dönən döyüşçülərin əksəriyyəti zinət əşyaları, bahalı ev əşyaları, yeddillik şərab küpləri götürmüş və ağır yük altında geri dönmüşlər, yalnız bir nəfər döyüşçü yarım kisə qarğıdalı toxumunu kürəyinə atıb yavaş- yavaş, sakit addımlarla yoldaşlarına yaxınlaşır. Bunu görən şah və əyanları qəhqəhə çəkib gülmüş və yoldaşları isə onu fərsiz adlandırmışlar.

 

Beləcə illər keçir, şah ölkəsində var-dövləti şahın var-dövlətini aşan bir kəndlinin olduğu xəbərini alır. Xəbərin doğru olduğunun təsdiqini alan şah kəndlini yanına çağırtdırır və buna necə nail olduğunu soruşur.

 

Kəndli təzim edib deyir:

 

-Şah sağ olsun, illər öncə biz işğalçı döyüşçülər sizin göstərişinizlə işğal etdiyimiz ölkədən qənimət götürmək əmrini aldıq. Hər kəs ən bahalı əşyaları götürdü, mən isə bir kisə qarğıdalı toxumu. Və siz bu vəziyyəti görüb ürəkdən güldünüz və məni fərsiz hesab etdiniz. Şah ironiya edərək gülümsədi və dedi:

 

-Bəli, xatırladım. Bəs sən o fərasətlə necə oldu ki, var-dövlət əldə edə bildin?

 

Kəndli:

 

-Şah sağ olsun, siz məni fərsiz döyüşçü adı ilə qoşundan çıxarıb evimə göndərdikdən sonra mən həmin qəniməti-qarğıdalı toxumunu mənə pay kimi verdiyiniz azacıq torpağımda əkib becərdim, bol məhsulumu satıb  növbəti məhsul ili üçün yenə torpaq aldım və beləcə ildən-ilə məhsulumu artırdıqca torpağımı genişləndirdim. Nəhayət, yarım kisə qarğıdalı toxumu mənə saysız-hesabsız dövlət sahibi etdi.

 

Şahım, mən yoldaşlarımdan fərqli olaraq xərcləndikcə azalan deyil, xərcləndikcə artan məhsulu seçim etməklə yalnız bacarıqlı olduğumu yox, özümə və hər kəsə önəmli olanı seçim etdim.

 

Kəndlinin hekayətindən dərs alan şah xeyli susdu və əlini kəndlinin çiyninə qoyub dedi:

 

-Sən mənə doğru olanı anlatdın. Həqiqətən, insan  bilik və bacarığını önəmli olanı əldə etmək üçün sərf edərkən önəmli insan olurmuş.

 

Hekayətdəki rəvayət əslində həyatda həqiqətən baş vermişdir. Sadəcə zaman dəyişdirilmiş və obrazlar bədiiləşdirilmişdir.

 

 

heart save
Yazar
  • İstifadəçi adı:

    Ulker
  • Ad Soyad:

    Ulker Haciyeva
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?