employment.az employment.az

Dərc olunma tarixi

25.06.2023 Filmlər

Baxış sayı

eye 812

Oxunma müddəti

clock 3 dəq

Planı suya düşmüş "Parazitlər"

6 kateqoriyada namizəd olan və 4 mükafat qazanan Parazit filmi ilk dəfə ingilis dilində olmayan film olaraq "Ən yaxşı film" seçildiyi zaman Oskar mükafatları tarixinə adını yazdırmışdı. 92-ci Oskar mükafatlarında film ən yaxşı direktor, ən yaxşı ssenari, ən yaxşı xarici dildə film və ən yaxşı film mükafatları olmaqla, 4 Oskara layiq görüldü. “Ən yaxşı film” kateqoriyasında sadəcə Oskara deyil, Kann kinofestivalı, BAFTA, Qızıl Qlobus, Beynəlxalq AACTA kimi bir çox fərqli festivalda da mükafatlandırılmışdır.

Bəs "Parazit"-in sirri və hekayəsi nə idi? Əslində bəhsi keçən “Parazit” kim idi?

Öncəliklə,bu filmin hekayəsi haqqında əvvəlcədən nə qədər az bilsəniz,onun yüksək sənət dili ilə əks olunmuş kino dilindən və dərin,gizli metaforlarla dolu ssenarisinin sürprizlərindən bir o qədər çox həzz ala biləcəksiniz! Odur ki,bu yazıda filmin süjet xəttinə ümumi olaraq nəzər salaraq ən diqqət çəkici səhnələri və daxilində yer alan incə detallı metaforları şərh etməyə çalışacağıq.


Hər şey zəngin bir ailənin evində müəllim olaraq işləməyə başlayan yoxsul bir gəncin,yavaş-yavaş öz ailəsini işlədiyi evə müxtəlif saxta adlarla yerləşdirməsi və evin işçilərini qüsursuz planları ilə işdən qovdurmaları ilə başlayır. Ev sahibləri isə bu insanların əslində bir ailə olduğundan xəbərsizdir.


“Parazit” adı ilə bizə parazitə çevrilmiş, var-dövlət üçün hər cür planlar quran kasıb ailənin(Kim ailəsi) zəngin bir ailənin(Park ailəsi) həyatına bir-bir girib parazit kimi məskunlaşma hekayəsini göstərir. Sosyal bərabərsizlik,sistemin ədalətsizliyi və sinfi qarşıdurma filmin əsas elementləridir. Kasıb “Kim” ailəsi parazit kimi evdə məskunlaşacaqları günü gözləyir və bütün planlarını ona görə qurur. Ancaq bir yerdən sonra isə heç bir şey onların düşündükləri və planlaşdırdıqları kimi getmir.


İki ev ilə bir hekayə anlatmaq...

•    İki ev arasındakı sinif fərqi evlərin vizuallığı və qəbul etdiyi işıq miqdarı ilə də vurğulanır. Kasıb evin tək təbii işıq mənbəyi küçəni ayaq səviyyəsində görən bir pəncərədir. Rejissor burada: “Nə qədər kasıbsınızsa, günəş işığına çıxışınız da bir o qədər az olur və bu gerçək həyatda da belədir: Pəncərələr sizin üçün məhduddur” deyə izah edir.

•    Kim ailəsinin Park ailəsinin yoxluğunda ev sahibi kimi davranması və onlar evə qayıdanda "böcək kimi" qaçmaq üçün yer axtarması mənalıdır...

•    İki ev arasında digər bir fərq də yerdə mebellerin altında gəzən canlıların müxtəlifliliyidir. Kim ailəsinin evini istila edən yalnız həşəratlar,böcəklər olduğu halda,Park ailəsinin evini isə işğal edənlər evlərindəki işçiləri zənn etdikləri,lakin bu evdə özlərinə bir yaşayış mühiti qurmaq üçün çabalayan Kim ailəsidir. Üstəlik,Kim ailəsi küçə dezinfeksiyası ilə bu canlılardan xilas olmağı qismən bacarsa da,Park ailəsi üçün bu istilanın qarşısını almaq mümkün görünmür..

Uğurlu Daşın Lənəti

Süjet xəttində önəmli yer tutan metaforlardan biri də filmin əvvəlində Kim ailəsinə oğullarının dostu tərəfindən hədiyyə edilən zənginlik,uğur və bərəkət simvolu olduğu iddia edilən möcüzəvi qaya daşıdır. Daş ailənin əlinə keçən kimi yoxsul ailənin işləri doğrudan da yaxşıya doğru getməyə başlayır,ta ki sanki ümidlərinin və planlarının boş olduğunu işarə edən incə detallı bir səhnəyə qədər..

Kim ailəsinin evini su basır,ailənin bütün əşyaları məhv olur,daşqın onların evini viran qoyur,amma bu daş necəsə suyun səthinə çıxır. Filmdəki böyüklükdə,ağır görünən bir qaya parçasının daim su üzündə qalması,əslində onun həqiqi bir daş olmadığına,sanki içinin boş olduğuna dəlalətdir. Bu da əslində gerçəkləşəcəyinə inanılan vədlərin,ümidlərin boş və yalan,planların da puç olduğunun öngöstəricisidir.

"Parazit"in əvvəlindən sonuna qədər bütün ailə üzvləri başçıdan planının nə olduğunu soruşur. O da ən ağır məqamlarda ailəni sakitləşdirir və hər zaman bir planı olduğunu deyir,oğlu ilə olan son dialoqlarından birində isə o gözlərini bağlamış,sanki nəhayət qaranlıqdan doğan həqiqəti dərk edərək deyir : "Ən gözəl plan – plansız olmaqdır. Bilirsən niyə? Əgər plan qurursansa, həyat həmişə bu planı pozur".

"Parazit"-hər izləyicinin fərqli detallar tapa biləcəyi,fərqli baxış açısı ilə müxtəlif mənalar çıxara biləcəyi,hekayəsi analiz edildikcə dərinləşən,dərinləşdikcə düşündürən bir filmdir.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    146

Əlaqəli məqalələr

paper-1-img
İzləyə Biləcəyiniz 5 Film

07.03.2021

Filmlər

Həftə sonları izləyə biləcəyiniz 5 film listəsini sizinlə paylaşırıq

paper-1-img
Motivasiya Edici 5 Film

01.04.2021

Filmlər

Hər birimizə məlum olduğu kimi, uğura doğru addımlayarkən motivasiya ən başlıca tələblərdən biridir. Bu gün sizlərlə motivasiyanızı yüksəldəcək 5 filmdən bəhs edəcəyik.

paper-1-img
Dahilərin Həyat Hekayələrindən Bəhs Edən 10 Film

02.08.2021

Filmlər

Dahilərin həyatını və uğur hekayələrini izah edən filmlər həmişə ilhamverici olub. Bu gün sizlərlə dahilərin həyat hekayələrindən bəhs edən 10 filmi bölüşmək istəyirəm.