Yerin kürə şəklində olduğu qəbul edilməzdən əvvəl müxtəlif mədəniyyətlər onun forması haqqında fərqli inanclara sahib idilər. Nümunə olaraq: Yerin bir birinin üzərində olan tısbağalardan asılı olduğu, slindrik olduğu, düz olduğu kimi bir çox fikirlər var.
Bizim eramızdan əvvəl 340-cı ildə Aristotel 'Göy haqqında' adlı kitabında Yer planetinin kürə şəklində olduğu ilə bağlı 2 tutarlı sübut göstərmişdi.
1) Aristotel Ay tutulmalarının Yerin Ay ilə Günəş arasında dayandığı hallarda baş verdiyini anlamışdı. Ay tutulması zamanı Yer həmişə Ay üzərində dairəvi kölgə salırdı. Bu da yalnız Yerin kürə şəklində olduğu halda mümkündür.
2) Dəniz səyahətləri zamanı müşahidə edilirdi ki, gəmilər sahildən uzaqlaşdıqca, onların ilk öncə gövdələri gözdən itir. Sonra gəminin üst hissələri (dirək, yelkən) tədricən yox olmağa başlayır. Bu hal Yerin səthinin əyri olduğu halda baş verə bilər.
Mənbə:
https://courses.lumenlearning.com/suny-astronomy/chapter/eclipses-of-the-sun-and-moon/
https://powersportsguide.com/why-do-boats-disappear-over-the-horizon/
Şərh yazmaq üçün daxil olun