employment.az employment.az

Dərc olunma tarixi

20.07.2023 Filmlər

Baxış sayı

eye 620

Oxunma müddəti

clock 3 dəq

Mənfi personajlar niyə bizi cəzb edir?

Heç özünüzü filmlərdəki mənfi personajlar kimi hiss etmisiniz mi? Uşaqlıqdan bizə nəyin yaxşı, nəyin pis olduğunu öyrədirdilər. Cinderella kimi yaxşı, ögey anası kimi pis personajları bir-birindən fərqləndirə bilirik. Amma bəzi filmlərdə bu, elə də asan deyil. Batman və Superman-ı geridə qoyaraq, Patrick Bateman və Joker kimi "pis adamlar"la getdikcə daha çox maraqlanırıq. Onlara bu qədər aşiq olmağımızın səbəbi nədir?

AUP-da Eleonora Marcone bu məsələni belə izah edir: "Filmlərdə dəhşətli işlər görən personajlar bir qayda-qanuna tabe olmadıqları üçün beynimizdə cəsarətli və güclü kimi görünürlər. Onların öz qaydaları var və heç kimin fikrini vecinə almırlar. Cəsarət və güclü ağıl hamımızın adətən istədiyimiz və dost seçərkən qarşıdakı şəxsdə axtardığımız xüsusiyyətlərdən biridir. İstədiklərimizi etmək üçün güclü iradə lazımdır və günün sonunda hamımız buna sahib olmaq istəmirik mi?"- o soruşur.

Araşdırmalar sübut edir ki, biz özümüzə bənzəyən personajlara daha çox rəğbət bəsləyirik. Müsbət personajlar filmlərdə mükəmməl kimi təsvir olunur və onlarla empati qurmaq çətindir. Çünki hər birimiz öz qüsurlarımız və qaranlıq tərəfimizi bilirik. Pis adamlar isə daha realist olur. Beləliklə, pis adamlar çox vaxt yaxşı adamlara nisbətən bizə daha yaxın olurlar.

Eyni zamanda, mənfi obrazlar 100% pis olmur. Onlar problemli həyat hekayələri olan mürəkkəb personajlardır. Hər kəs Harry Potter filmlərindəki Dolores Umbridge-ə nifrət edir, çünki o, əsassız olaraq pis niyyətlidir. Onun davranışlarının arxasında heç bir hekayə və ya məntiq yoxdur. O, sadəcə öz istədiyini edir. Ancaq digər mənfi personajların bəyəndiyimiz və hətta qəbul etdiyimiz düşüncələri var.

Freud-a görə, insanlar mənfi obraz rolunda özünü görmək istəyir. Amma bunu real həyatda edə bilmirlər. Ona görə də pis olmaq istəyimizi uyğun film personajları vasitəsilə həyata keçiririk.

Mənfi personajlar kino sənayesində zərurətdir. Onlar olmasaydı, biz Batman, Harry Potter kimi personajları indi sevdiyimiz qədər sevməzdik. Böyük qəhrəmanlara böyük düşmənlər lazımdır. Sadəcə xatırlamaq lazımdır ki, onlar mənfi obrazlardır. Onlarla empati qurmağımız, onlar kimi pis əməllər etməyimizə səbəb olmamalıdır.

heart save

Gülnar Qasımova

20.09.2023

Maraqlı və faydalı məlumatlar üçün təşəkkürlər.

Yazar
  • İstifadəçi adı:

    xayalahmad
  • Ad Soyad:

    Xayal Ahmad
  • Məqalə sayı:

    6

Əlaqəli məqalələr

paper-1-img
İzləyə Biləcəyiniz 5 Film

07.03.2021

Filmlər

Həftə sonları izləyə biləcəyiniz 5 film listəsini sizinlə paylaşırıq

paper-1-img
Motivasiya Edici 5 Film

01.04.2021

Filmlər

Hər birimizə məlum olduğu kimi, uğura doğru addımlayarkən motivasiya ən başlıca tələblərdən biridir. Bu gün sizlərlə motivasiyanızı yüksəldəcək 5 filmdən bəhs edəcəyik.

paper-1-img
Dahilərin Həyat Hekayələrindən Bəhs Edən 10 Film

02.08.2021

Filmlər

Dahilərin həyatını və uğur hekayələrini izah edən filmlər həmişə ilhamverici olub. Bu gün sizlərlə dahilərin həyat hekayələrindən bəhs edən 10 filmi bölüşmək istəyirəm.