-
İstifadəçi adı:
xayalahmad -
Ad Soyad:
Xayal Ahmad -
Məqalə sayı:
6
Dərc olunma tarixi
31.10.2023 Fərdi İnkişafBaxış sayı
639Oxunma müddəti
5 dəqTanrı varmı? Bu sualın cavabı hansı tanrıdan danışmağınızdan asılıdır. Yuval Noah Harariyə görə 2 cür tanrı var.
1. Bəzən insanlar tanrı haqqında danışarkən haqqında heç bir şey bilmədiyimiz bir şəxsdən danışırlar. Biz kainatın sirlərini izah etmək üçün tanrıya müraciət edirik. Yer planeti necə yaranıb? Fizika qanunları necə formalaşıb? Şüur nədir və haradan gəlir? Biz bu sualların cavabını bilmirik və cahil olduğumuz mövzuların hər birinə "‘bu tanrının işidir" deyirik. Bu sirli Tanrının ən əsas xüsusiyyəti onun haqqında konkret heç nə bilmirik. Bu, filosofların tanrısıdır. Gecə yarısı həyatı sorğulayanda haqqında danışdığımız tanrı.
2. İnsanlar tanrıya sərt və dünyəvi qanunları qoyan şəxs kimi baxırlar. Bu tanrı haqqında çox şey bilirik. Biz onun moda, yemək, seks və siyasət haqqında nə düşündüyünü dəqiq bilirik və milyonlarla qaydalara, hökmlərə və fikir ayrılıqlarına haqq qazandırmaq üçün göydəki bu qəzəbli adama müraciət edirik. Bəziləri deyirlər ki, tanrı bizim heç vaxt spirt içki içməyimizə icazə vermir. Bəziləri deyir ki, o, bizdən hər bazar səhəri şərab içməyimizi tələb edir. Seçkilərdə belə kimə səs verməli olduğumuz barəsində düşüncələrini bilirik. Onun nə istədiyini və nəyi sevmədiyini təfərrüatı ilə izah etmək üçün yüzlərlə kitablar yazılmışdır. Bu 2-ci tanrının əsas xüsusiyyəti onun haqqında hər şeyi bilməyimizdir. Bu, qadın düşməni və homoseksualların tanrısıdır. Odun başına yığışıb yanan kafirlərə daş atıb lənət oxuyanda bəhs etdiyimiz tanrı budur.
https://www.youtube.com/watch?v=iYr7C-5cLBo
Dindarlardan tanrının həqiqətən var olub-olmaması soruşulduqda, onlar ümumiyyətlə kainatın anlaşılmaz sirlərindən və insanın qavrayışının hüdudlarından danışırlar. “Elm Böyük Partlayışı izah edə bilməz, deməli, bu tanrının möcüzəsi olmalıdır”. Ancaq bir kartı digəri ilə gizli şəkildə dəyişdirərək tamaşaçıları aldadan sehrbazlar kimi, dindarlar da tez bir zamanda 1-ci tanrı ilə 2-ci tanrını əvəz edirlər. “Biz Big Bang-i başa düşmürük, ona görə də ictimai yerə çıxarkən başımızı örtməli və eynicinslilərin evliliyinə icazə verməməliyik”. Bu iki şey arasında nəinki məntiqi əlaqə yoxdur, həm də mahiyyətcə ziddiyyətli bir ifadə var.
Bu 2 tanrı arasındakı “əlaqə” tez-tez bir kitab tərəfindən təmin edilir. Kitab bir çox əhəmiyyətsiz qanunvericiliklə doludur, lakin hələ də kosmik sirlə əlaqələndirilir. Əslində, Quranın və ya hər hansı digər müqəddəs kitabları, enerjinin, kütlə ilə işığın sürətinin kvadratına bərabər olduğunu bəlirləyən gücün yazdığına dair heç bir sübutumuz yoxdur. Əlimizdə olan elmi məlumatlara görə, bütün bu müqəddəs mətnlər xəyalpərəst Homo sapiens üzvləri tərəfindən yazılmışdır. Bu, əcdadlarımızın sosial normaları və siyasi quruluşları əsaslandırmaq üçün yaratdığı rəvayətlərdir.
Kainatın sirləri məni həmişə maraqlandırıb. Amma mən heç vaxt bunun müsəlmanlığın, yəhudiliyin, xristianlığın və ya hinduizmin sərt qaydaları ilə nə əlaqəsi olduğunu başa düşə bilməmişəm. Onların minilliklər boyu ictimai asayişin qurulmasında və qorunub saxlanmasında çox faydalı olduqları şübhəsizdir. Amma bu mənada onların dünyəvi dövlətlərin və qurumların qanunlarından əsaslı fərqi yoxdur.
Tövratdakı 10 əmrin üçüncüsü tanrının adını boş yerə çəkməməyi buyurur. Bəzi insanların bu ifadəyə olan yozumu uşaqcadır; Onlar tanrının adının söylənməsinin qadağan edildiyini hesab edirlər. Ola bilsin ki, bu əmrin əsas mənası ondan ibarətdir ki, biz heç vaxt öz şəxsi maraqlarımıza, düşmənçiliklərimizə haqq qazandırmaq üçün tanrının adından istifadə etməməliyik. İnsanlar kiməsə nifrət edir və ona “Allah lənət etsin” deyirlər; bir parça torpağa göz dikib “Allahın əmridir” deyirlər. Üçüncü əmrə daha çox əməl etsəydik, dünya daha yaxşı bir yerə çevrilərdi. Sən qonşu dövlətdə müharibə edib onun torpağını ələ keçirmək istəyirsən? Tanrını kənara qoy və başqa bir bəhanə tap.
İstifadəçi adı:
xayalahmadAd Soyad:
Xayal AhmadMəqalə sayı:
607.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf
07.03.2021
Fərdi İnkişaf