-
İstifadəçi adı:
faxriyya.bagirova -
Ad Soyad:
Fəxriyyə Bağırova -
Məqalə sayı:
1
Dərc olunma tarixi
22.05.2024 FilmlərBaxış sayı
2481Oxunma müddəti
4 dəq1970-ci ilin qışı...
Roger və Carolyn Perron özlərini gözləyən qorxunc gələcəkdən xəbərsiz bir şəkildə Harrisvile qəsəbəsi, Rhode İsland-da yerləşən 200 hektarlıq bir ərazidə tikilmiş villanı alırlar. 14 otaqlı və geniş həyəti olan bu ev Perron ailəsinə bəs edəcək qədər böyük idi.
10 il davam edəcək olan bu kabusun səbəbi Perronların evi 10 illik kreditlə almış olması idi. Əslində, bu 7 nəfərlik ailənin heç gedəcək yeri də yox idi.
Evə köçdükləri ilk illər ərzində uşaqlar gözə görünməyən varlıqlarla əlaqə qurmuş, danışmış və hətta, oyunlar oynamışdılar. İlk başlarda, bu varlıqlar heç bir pis niyyət güdmürdülər və heç bir zərərləri də yox idi. Carolyn və Roger uşaqlarının yaxşı vaxt keçirdiklərini düşünür və bu yaşlardakı uşaqların xəyali dostlarının olmasını normal bir davranış kimi qəbul edirdilər. Ancaq, tezliklə, evdə düşündüklərinin əksinə bir problem olduğunu başa düşmələri uzun çəkmədi.
Evdə qapılar öz-özündən bağlanıb-açılır, şüşə stəkanlar qırılır və çərçivələr tez-tez yerə düşürdü. Gecələr açıqlaya bilmədikləri səslər eşidir, uşaqların yataqları şiddətli bir şəkildə silkələnirdi. Evdə birdən çox varlığın olduğuna inanılsa da, onlar arasında filmdə də adı keçən Bathsheba adlı ruhun daha şeytani olduğu düşünülür. Bathsheba-nın əsas şiddət göstərdiyi evin sahibəsi olan Carolyn-in özü idi. Ona fiziki şiddət göstərir, bədəninin müxtəlif nahiyələrinə iynələr batırırdı.Filmdə Bathshebanın Carolyn-ə qarşı bu aqresiv davranışının səbəbi kimi onu, ailəsini və uşaqlarını qısqanması göstərilir. Bəs gerçəkdə Bathsheba kim olub?
Bathsheba Sherman 1800-cü illərin ortalarında o zamanlar Arnold Estate adlanan bu evdə yaşamış və Judson Sherman ilə evli olan bir qadın idi. Onun bu evlilikdən Herperd adında bir oğlu var idi. Ancaq, ətrafda yaşayanların dediyinə görə Bathshebanın Herperd-dən əlavə 3 dənə də övladı var idi və onların heç biri 7 yaşına belə çata bilməmişdi. Bathshebanın qara magiya ilə məşğul olan cadugər olduğu haqqında inanclar var idi. Buna səbəb, Bathsheban-ın himayəsində ola kiçik bir uşağın kəllə sümüyünə iynə batırılaraq ölməsi idi. Məhkəmə onun bu işlə əlaqəsi olmadığı qərarına gəlsə də, bu qəsəbənin sakinlərini inandırmağa bəs etməmişdi. Qonşular Bathshebanın kiçik uşağı şeytana qurban etdiyinə inanırdılar. Bu qadın 1885-ci ilə qədər Perronların yaşadığı evdə yaşamış və deyilənlərə görə, 1885-ci ilin yazında həyətdəki ağacdan özünü asaraq öldürmüşdür. Filmin afişi isə əslində bu hadisəyə işarədir. Tikildiyi zamandan bu yana 8 nəsil ailəni qonaq edən bu ev sanki lənətli idi. Qəsəbənin ictimai məlumatlarının saxlandığı “The Black Book of Burrillville” kitabında olan qeydlərə görə bu ev, özünü asmaqla 2, zəhərlə isə bir özünə qəsdə, 11 yaşlı Prudence Arnold-un fəhlə tərəfindən qətlinə, 2 boğulma və 4 kişinin donaraq ölməsinə və daha bir çox bədbəxt ölüm hadisələrinə şahidlik etmişdi.
Carolyn-in yaşadığı işkəncələr artanda, Perron ailəsi çarəni o zamanlar minlərlə insana kömək edən Ed və Lorraine cütlüyünə müraciət etməkdə tapırlar. Warrenlər ailəyə kömək etməyi qəbul edirlər. Filmdə Warrenlərin bir şeytançıxarma həyata keçirərək uğurlu olduğunu görsək də, gerçəkdə belə bir şey olmayıb. Bunun əvəzinə Warrenlər, tezliklə, böyük bir xəta olduğunu anlayacaqları bir seans keçirirlər. Seansda işlər gözlənilməz dərəcədə pis gedir və Ed və Lorraine cütlüyü ruhlar dünyası ilə bağlaya bilmədikləri bir qapı açırlar. Bu evdəki ruhların daha aqressiv və dözülməz olmasına gətirib çıxarır. Evin böyük qızı Andrea Perron yaşadıqları bütün bu açıqlana bilməyən hadisələri “House of Darkness House of Light” adlı kitabında birləşdirmişdir. Andrea bu seansı kitabında bu cür qeyd edir: “Əslində, bizim seans ərzində orada olmağımız qadağan idi. Ancaq mən bu halda yata bilməzdim, ona görə gizlincə otaqdan çıxdım, bacılarım da arxamca gəldi. Qapının aralığından hər şeyi görə bilirdim. Nə oldusa, bir anda baş verdi. Anam birdən-birə anlaşılmayan dildə danışmağa başladı, stulu göyə havalandı və şiddətlə divara çırpıldı. Biz qorxudan yüksək səslə qışqırdıq.” Bu hadisədən sonra Roger Warrenləri evdən qovur. Bütün bu olanlara baxmayaraq Perron ailəsi 7 il daha burada yaşamağa məcbur olur. 1980-ci ilin iyununda ailə bir daha geri dönməmək üzrə evi tərk edir. Bu hadisələr 2013-cü ildə 20 milyon dollarlıq kiçik bir büdcə ilə çəkilmiş Qorxu Seansı filminin ssenarisinin əsasını təşkil etmişdir. 300 milyon dollardan çox gəlir gətirən, dünyada tez bir zamanda tanınan bu filmin çəkilişlərində gerçək Lorraine Warren və Perron ailəsi də iştirak etmişdir.
Rafael Mehdiyev
11.06.2024Həqiqətən çox maraqlı bir film idi. Filmin arxasında belə bir gerçək həkayəsinin olmağını bilmirdim. Bəyəndim
Jameli
19.06.2024Oxudum Maraqlı hekayədir uğurlar 👏🏻❣️
Alí Qulu
22.06.2024Əhsən,Filmi izləmişdim,amma bu məlumatları bilmirdim
Fariz Aliyev
22.06.2024Film özü maraqlı məqalə isə daha maraqlıdır Təşəkkürlər
Fidan Bağırova
23.06.2024Olduqca maraqlı bir məqalə idi, uğurlar🩵
İstifadəçi adı:
faxriyya.bagirovaAd Soyad:
Fəxriyyə BağırovaMəqalə sayı:
107.03.2021
Filmlər
01.04.2021
Filmlər
02.08.2021
Filmlər