
-
İstifadəçi adı:
nilufarhuseynli -
Ad Soyad:
Nilufar Huseynli -
Məqalə sayı:
1
Dərc olunma tarixi
23.05.2024 Fərdi İnkişafBaxış sayı
Oxunma müddəti
Nostalgiyanın tarixi
"Nostalgiya" kəlməsi yunan sözü olub "nostos" yəni evə dönüş , "algos" isə acı, kədər mənasını daşıyan sözlərdən əmələ gəlib. Bu ifadə yarandığı ilk zamanlardan yurd özləmini çəkmək mənasına gəlmiş olsa da, hal-hazırda mənası ümumi keçmişə özləm kimi ifadə olunur.
Nostalgiya ilə bağlı yaşanan duyğuların tarixən necə meydana gəldiyini və bu duyğunun hansı etaplardan keçdiyini görmək üçün gəlin 17.ci əsrə nəzər salaq. Bu dövrdə başqa ölkələrə göndərilən İsveçrə əsgərlərində xəstəlikli qəribə simptomlar görünməyə başladı, belə ki, yuxusuzluq, yorğunluq və həzmsizlik kimi xüsusiyyətlər ortaya çıxdı. Zamanla bu ortaya çıxmış hal o qədər qəribə hal aldı ki, əsgərlərin ani ölümləri ilə nəticələnirdi. Bu xəstəlik İsveçrə xəstəliyi kimi adlandırıldı və yalnızca bu bölgənin əsgərlərinə aid olmayıb başqa ərazilərdə də özünü göstərməyə başladı. Bu hal tam olaraq əsgərlərin öz evlərini özləməyindən dolayı gələn bir özləmlə bağlı güclü xəstəlik kimi qərarlaşdı. Buna tədbir olaraq isə, bir çox yerlərdə əsgərlərə onların keçmişini, ailələrini xatırladacaq əşyalar, mahnılar qadağa qoyuldu. Hətta bir cəza olaraq qadağaları çeynəyənlərə edam cəzası tətbiq olunurdu. Bu dönəm əsgərlərin içində yaşadığı bu psixolojik sarsıntılı ağrı fiziki ağrılarına çevrilmiş olan bu xəstəlik zərif bir sözcük olaraq nostalgiya ifadəsi ilə tanımlanmağa başlamışdı. Zamanla isə sadəcə bu xəstəlik əsgərlər arasında yayılmaqla əlavə olaraq ümumi daima olduğu yaşamdan uzaqlaşdırılmış yerli əhalidə də görünməyə başlamışdı.
İndiki dövrdə nostalgiya bir xəstəlikmidir?
Bəlli olduğu kimi, keçmişdə nostalgiya anlayışı güclü yayılmış xəstəlik kimi dəyərləndirilib, bəs hal hal-hazırda da bu belədirmi ?
Nostalgiyanın kütləvi şəkildə yayılmağının qarşısına keçmək üçün bir çox tədbir görülsə də, aralarından əsasən biri bu anlayışın adı çəkilən zaman hüzur hissini yaşatmağa səbəb oldu ; nostalgiyanın ədəbiyyat ilə birləşimi. İnsanlar içlərindəki bu acını sənətə qonaq edərək hal-hazırda keçmişə duyduğu özləmlə birlikdə motive oluub güclü şəkildə işləməyi bacararaq bunu xəstəlik mövqeyindən çıxardılar. Hal-hazırda nostalgiya sadəcə ümumi depressiya kimi xəstəliklərin içinə aid ola biləcək şəkildə formalaşmışdır.
Nəticə olaraq isə gəldiyimiz nöqtə budur ki, insanın içində zaman keçdikcə geridə qalmış zamana daha xüsusi sevgi olur və çünki hiss edir ki, bəzi hekayələrini bir daha yaşa bilməyəcək. Bunun fərqinə vararaq insanlar bir fincanın dolu və boş tərəfinə baxanlar şəklində iki yerə bölünürlər ; bir daha yaşaya bilməyəcəkləri günlərin adına mütəmadi yas tutmuş şəkildə indiki zamandan qopuq şəkildə yaşayanlar və öncədən özlərinə məxsus yaşam hekayəsi yaşadığını anlayıb xoşbəxt bir şəkildə indiki zamanını da ümidlə, nostaljik duyğuları əsasında yaranmış hüzur ilə yaşayanlar olaraq. Zaman anlayışını, keçmişi, indini, gələcəyin nə olduğunu tam qavrayaraq yaşayıb həyati baxışımızı buna görə dəyişdikdən sonra həyat daha çox hüzurlu və maraqlı hal alır. Hər zaman içində olduğunuz zamanın ən gözəlini yaşamağınız diləyi ilə.
Rugu
15.06.2024Çox gözəl məlumatlar 😊
Aynure
17.06.2024Ela təşəkkürlər
İstifadəçi adı:
nilufarhuseynliAd Soyad:
Nilufar HuseynliMəqalə sayı:
107.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf