employment.az employment.az

Dərc olunma tarixi

24.05.2024 Fərdi İnkişaf

Baxış sayı

eye 171

Oxunma müddəti

clock 3 dəq

"Öz"-ünü sevməyin gücü

   Dünyaya gələrkən olacağımız mühiti, böyüdülmə şəraitimizi, ailəmizi seçmə şansımız yoxdur. Böyüdükcə ilkin olaraq içində olduğumuz ailəyə əsasən sevgi hissimiz şəkillənir. Məsələn, sevgi hissini uşaq ağlıyla necə görürüksə elə də təqlid etməyə başlayırıq. Valideyn övladına gülürsə, başını sığallayırsa, təqdir edə bilirsə, sevdiyini qarşılıqsız şəkildə deyirsə, uşağın gözündən sevginin dili birini təqdir etmək, başını sığallamaq olur. Bu vəziyyətdə böyüyənlər həm özgüvənli şəkildə böyüyür, həm də sevgisini göstərməkdən çəkinmir. Digər bir nümunəyə baxsaq 1 yaşı belə olmadan övladı üzərindən öz xəyallarını quranlar, "Mən hər şeyi sənin yaxşılığın üçün edirəm" deyib övladlarına psixolojik təzyiq göstərənlər, istədiklərini ala bilmədikcə öz uşaqlıqlarının əskikliklərini bəzən həm də fiziki şiddətlə sonlandıran valideynlər var. Övladlarını Allahın bəndəsi, şəxsiyyət kimi görmədən öncə öz qulları kimi görənlər nəticədə şiddəti sevginin dili kimi öyrədir. Bu vəziyyətdə olan insanlar bir baş sığallanması,bir xoş söz üçün öz mənliklərindən əl çəkirlər və böyükdükcə bu manipulyasiyalar davam edir. Bəziləri isə kimliklərini tapmaq üçün,bu travmalarına qalib gəlmək üçün illərlə beyinləri ilə qəlbləri arasında mübarizə aparırlar. Fərqində olmadan bu vəziyyətə öyrəşənlər,başqa cür yaşamağı təcrübə etməyənlərdə var. Kimlər ki sevgi adı altında daha sonraki nəsilləri də məhv etməyə davam edir. Burdan anlamalı olduğumuz sevginin göstərgəsi ailənin maddi vəziyyəti yaxud digər sahib olduğu statuslar deyildir, ola da bilməz.Sevgi sözlərlə ifadə olunar amma əsas göstəricisi rəftarlardır.

İnsan yaş aldıqca, ətraf mühiti dəyişdikcə özünəməxsus fikirləri formalaşdırmağa başlayır. Cəsarət edib özünə "mən kiməm?", "nə istəyirəm?" sualını verdikdə həyatının yenidən formalaşması prosesinə başlama şansı qazanır.  Özünü aldatmadan, rahatlıqla cavab tapa bilirsə düzgün yoldadır, lakin düşünməyi vaxt alırsa səhv gedən nəsə var. Həqiqətən cavab tapıb dəyişməyə başlamaq üçün rahatlığından fədəkarlıq etməlidir. Çoxları psixologiyada da var olan bir termin olan "öyrənilmiş çarəsizlik" vəziyyətini yaşadıqlarından risk edib yenilik etməyə çətinlik çəkirlər. Dəyişməyi istəmək yolun müəyyən bir hissədir. Bunun üçün çalışmaq və dayanmadan davam etmək üçün həqiqətən niyə bu dəyişimi istədiklərini tapmalıdırlar. Anlamalıdırlar ki, hər bir insan özünəməxsus yaradılan fərqliliklərə sahib bir varlıqdır. Hər kəs eyni olmalıdır deyə qanun yoxdur. İstədiyi hər arzusunu reallaşdıran biri qulağa həqiqi mənalı gəlmir, elə deyil? Sonsuz bir dünyada fani ömürə sahib biri necə bütün arzularını gerçəkləşdirə bilər yaxud gerçəkləşdirsə belə nə qədər eyni monoton tərzdə yaşamaqdan zövq alar? Tam olan yazılmış bir xoşbəxtlik qanunu yoxdur. İstəklər, sevinclər, xəyallar -hər kəsin bir dünyası var və ona uyğun şəkilləndirilirlər.

Başınıza həmişə müsbət hadisələr gəlməz, hər kəsin fərqli problemləri var. Hər bir insan sınanır. Məsələ bu sınaqlara peşmançılıq gözüylə deyil də, təcrübə kimi baxaraq davam etməyi bilməkdir. Xoşbəxt insan kimdir- sualının tək cavabı ola bilər. Yaşanan hər şeyə və hər kəsə rəğmən özünün fərqində olmağı bilən, özünü sevməyi unutmayandır. Özünü sevən insan necə olur?- ən sevdiyiniz insanı düşünün və ona qarşı etdiyiniz rəftarları özünüzə etməyə başlayın. Özünüzlə vaxt keçirərkən sıxılmamaq, haqlarınızı müdafiə etmək, istəkləriniz üçün çalışmaq kimi situasiyalar nümunədir. Unutmayın ki, özünü sevməyi bilməyən biri heç vaxt tamamilə başqasını sevə bilməz. Bəlkə sevgi deyə etdiyi hərəkət mərhəmət hissinin göstəricisidir, bəlkə kiməsə yaxşılıq etmə hissinin verdiyi vərdişdir yaxud sonda "çox sağol" sözünü eşitdikdə hiss edilən anlıq tətmin hissidir. Birini həqiqətən sevməyə özünüzdən başlamadıqca sevginin necə bir hiss olduğunu tam dərk etməyiniz mümkünsüzdür. Özünü sevməyin ruhunuzda fərqində olmadan açılan yaraları belə necə qapadığını hiss etdikcə varlığınızı daha dərindən hiss edəcəksiniz. Həyata başqa gözlə baxmağa başlayaraq motivasiyanızın, ətrafındakı insanların, olduğunuz mühitlərin necə dəyişildiyinə şahid olmağa başlayırsınız. İnsan özünü olduğu kimi qəbul edib, hər halı ilə sevməsə və başqalarının sevgisi üçün özündən fədəkarlıq etməyə davam edəcəksə, sonda yaşamadan öləcək. Yaşamayan ölü olmaq ya ölərkən xoşbəxt ölmək?

heart save
Yazar

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?